Gerçək Təbiət Tarixi -II- (Quşlar Və Məməlilər)
Yer üzündə minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti baxışları, enli qanadları və sivri caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.
Bəs quşlar necə mövcud olmuşdur?
Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar dövrümüzdən təqribən 150-200 milyon il əvvəl bu sürünən əcdadlarından ayrılmışlar. İlk quşlar uçma qabiliyyəti zəif olan məxluqlar olublar. Ancaq təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri yerini uçmaq üçün istifadə etdikləri tüklərə veriblər. Ön ayaqlar da tamamilə tüklərlə örtülüb artıq ayaq kimi istifadəyə yararsız hala gəlib və qanadlara çevriliblər. Beləliklə, bəzi sürünənlər mərhələli təkamül prosesi nəticəsində özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.
Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.
Təkamülçülərə görə uçuşun mənşəyi
Quruda yaşayan canlı olan sürünənlərin necə uçmağa başladıqları təkamülçülər arasında müxtəlif fərziyyələrə səbəb olmuş mövzudur. Bu mövzuya dair əsas iki nəzəriyyə var: birinci nəzəriyyə quşların əcdadlarının ağaclardan yerə endiklərini müdafiə edir. Bu nəzəriyyəyə əsasən, quşların əcdadları ağaclarda yaşayan sürünənlərdir və onlar zaman ərzində “budaqdan-budağa tullanaraq qanadlanmışlar”. Buna arboreal nəzəriyyə deyilir. Digər fikir də quşların yerdən yuxarıya doğru qanadlandığı şəklindədir və kursorial nəzəriyyə kimi məlumdur.
Hər iki nəzəriyyə də tamamilə fərziyyələrə əsaslanır. Nə arboreal nəzəriyyəni, nə də kursorial nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur. Təkamülçülərin bu problemə qarşı tapdıqları həll yolu da olduqca bəsitdir, onlar belə bir dəlilin olduğunu “fərz edirlər”. Kursorial nəzəriyyəni irəli sürən Yeyl Universitetinin geologiya professoru Con Ostrom bu fikrini belə açıqlayır:
Hər hansı bir pro-avisə (uçuşdan öncəki canlıya) aid heç bir fosil dəlili yoxdur. O tamamilə fərziyyəvidir... Belə bir canlı yaşamış olmalıdır.106
Ancaq arboreal nəzəriyyəyə əsasən, “yaşamış olmalı” bu ara keçid forma heç vaxt tapılmamışdır. Kursorial nəzəriyyə daha problemlidir. Bu nəzəriyyənin əsas arqumenti budur ki, bəzi sürünənlər həşərat ovlamaq üçün qabaq qollarını uzun müddət və tez-tez çırpmışlar və zaman ərzində bu qabaq qollar qanadlara çevrilmişdir. Qanad kimi olduqca kompleks bir orqanın milçək tutmaq üçün bir-birinə çırpılan qabaq qollardan necə meydana gəlməsi haqqında isə heç bir açıqlama verilmir.
Təkamül nəzəriyyəsini quşların mənşəyi məsələsində çarəsiz qoyan cəhətlərdən biri də qanadların kompleks quruluşudur. Başqa sözlə, qanadlar ancaq mükəmməl quruluşları ilə funksionaldırlar, “natamam” qanad isə heç bir funksiyanı yerinə yetirə bilmir. Bu təqdirdə təkamülün irəli sürdüyü yeganə mexanizm olan “mərhələli inkişaf” modeli heç bir şey ifadə etmir. Türk bioloq Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:
Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır.107
Robert Karol isə “tüklərin uçuş orqanlarının bir ünsürü kimi, təkamülünün necə başladığını izah etmək çətindir, çünki archaeopteryxdəki kimi böyük ölçüyə çatanadək necə funksional olduqlarını anlamaq çox çətindir” deyərək etiraf etməyə məcbur olmuşdur.108 Daha sonra isə tüklərin izolyasiya üçün təkamül keçirdiyini iddia etmişdir, ancaq bu açıqlama tüklərin uçmaq üçün xüsusi şəkildə formalaşmış kompleks dizaynını izah edə bilmir.
Xəyali nəzəriyyələr, Xəyali canlılılar
Təkamülçülərin uçmağın mənşəyini açıqlamaq üçün ortaya atdıqları ilk nəzəriyyə, sürünənlərin “milçək ovlamağa çalışarkən qanadlandıqları “(üstdə), ikinci nəzəriyyə isə “budaqda budağa tulanarkən quş olduqları”-dır. Ancaq nə yavaş-yavaş qanadlanan canlılara aid fosillər var, nə də belə bir çevrilmənin mümkün olduğuna aid bir tapıntı... |
Qanadların quşun döş çıxıntısına sağlam şəkildə birləşməsi quşu havaya qaldırmaq, havada müvazinətini saxlamaq və hər istiqamətə hərəkət etmək üçün əlverişli olması vacibdir. Quşun qanad və quyruq tüklərinin yüngül, elastik və bir-birinə uyğun nisbətdə olması, qısaca desək, uçmaq üçün əlverişli şəkildə mükəmməl aerodinamik quruluşda olması şərtdir. Təkamül məhz bu yerdə çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.
Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə, əgər hər hansı bir mutasiyanın bir sürünənin qabaq ayaqlarında qeyri-müəyyən dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib “təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldankənardır. Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının digər həmnövlərinə görə geridə qalacağına, şikəst olacağına səbəb olar. Təkamül nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxara.
Biofizikii araşdırmalara gəlincə, mutasiyalar çox nadir baş verən dəyişikliklərdir. Ona görə də bu şikəst canlıların milyon illərlə yarımçıq və natamam qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri hər cəhətdən qeyri-mümkündür. Həm də bu mutasiyalar əslində hər zaman zərərlidir...
Quşlar və dinozavrlar
Təkamül nəzəriyyəsi quşların kiçik formalı və ətyeyən teropod (dördayaqlı) dinozavrlardan, yəni bir sürünən növündən törədiyini iddia edir. Lakin əslində quşlarla sürünənlər arasında müqayisə aparılsa, bu canlı siniflərinin bir-birlərindən çox fərqli olduqlarını və aralarında təkamül baş vermədiyini göstərir.
Quşlar və sürünənlər arasında forma baxımından bir çox fərq var. Bunlardan ən mühümü sümüklərinin quruluşudur. Təkamülçülər tərəfindən quşların əcdadı kimi qəbul edilən dinozavrların sümükləri böyük və nəhəng formaları səbəbi ilə qalındır və içi doludur. Bunun əksinə, yaşayan və nəsli kəsilmiş bütün quşların sümüklərinin içi boşdur və bu sayədə çox yüngüldür. Bu yüngül sümük quruluşu quşların uçması üçün böyük əhəmiyyət daşıyır.
Sürünənlər və quşlar arasındakı digər fərq də metabolik quruluşdur. Sürünənlər canlılar aləmində ən yavaş metobolik quruluşa malik ikən quşlar ən yuxarı metabolik quruluşa malikdirlər (dinozavrların istiqanlı olduğu və sürətli metabolizmləri olduğu iddiası fərziyyədir). Məsələn, bir sərçənin bədən temperaturu sürətli maddələr mübadiləsi (metabolizm) səbəbindən bəzən 48°C-yə çatır. Digər tərəfdən, sürünənlər öz bədən temperaturlarını özləri əmələ gətirmirlər, əvəzində bədənlərini günəşdən gələn istiliklə isidirlər. Sürünənlər təbiətdəki ən az enerji sərf edən canlılardır, quşlar isə ən çox enerji istifadə edirlər.
Şimali Karolina Universitetinin professoru Alan Feduçia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduçia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:
25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır.109
Quşlara xas skelet sistemi
Quşların skletlərini təşkil edən sümüklərin içi dinozavrların və sürünənlərin sümüklərinin əksinə boşdur. Bu boşluq skletə sağlamlıq və yüngüllük verir. Quşların skelet quruluşlarının eynisi, günümüzdə təyyarələrdə, körpüləridə və bəzi qurğularda istifadə edilməkdədir. Dinozavrların sümükləri, böyük və sağlam olduqları üçün qalındır və içi doludur. Amma yaşayan və nəsli kəsilmiş bütün quşların sümüklərinin içi boşdur və bunun sayəsində yüngüldür. |
Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Lari Martin də quşların dinozavrlarla eyni soydan gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən “doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində olacaqdım” deyir.110
Ancaq bütün elmi tapıntılara baxmayaraq, heç bir konkret dəlilə əsaslanmayan “dinozavr-quş təkamülü” ssenarisi təkidlə müdafiə edilir. Xüsusilə qeyri-akademik, populyar KİV-lər bu ssenarini təkidlə yayımlayırlar. Yeri gəlmişkən, bu ssenariyə dəlil olmayan bəzi anlayışlar da səthi üslubla xəyali “dinozavr-quş əlaqəsinin sübutu” kimi təqdim edilir.
Məsələn, bəzi təkamülçü KİV-lərdə dinozavrların bud sümüklərindəki fərqlərin quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəlməsi tezisinə sübut olduğu hesab edilir. Sözügedən bud sümüyü fərqi saurischian (sürünənəbənzər kələzçanaqlılar) və ornithischian (quşçanaqlılar) qruplarına aid olan dinozavrlardadır. Elə bu “quşçanaqlı dinozavrlar” anlayışının bəzən “dinozavr-quş təkamülü” iddiasına dəlil olduğunu düşünürlər.
Lakin sözügedən çanaq fərqi quşların əcdadlarının dinozavrlar olması iddiasına heç bir dəlil təşkil etmir. Çünki ornithischian (quşçanaqlı) qruplarına aid dinozavrlar digər anatomik xüsusiyyətləri baxımından əsla quşlara bənzəmir. Məsələn, qısa ayaqlara, nəhəng gövdəyə, zirehə bənzər iri pulcuqlu dəriyə malik olan (hətta müharibə tanklarına bənzədilən) ankylosaurus ornithischian qrupuna aid quşabənzər quşçanaqlı dinozavrdır. Bunun əvəzində bəzi anatomik xüsusiyyətləri ilə quşlara bənzədilən uzun ayaqlı, qısa ön ayaqlara malik incə quruluşlu struthiomimus isə saurischian (kələzçanaqlılar) qrupuna daxildir.111
Bir sözlə, çanaq quruluşu heç cür dinozavrlarla quşlar arasında təkamül xarakterli əlaqə olması iddiasına dəlil deyil. “Quşçanaqlı dinozavrlar” tərifi sadəcə bənzərlikdən irəli gələn tərifdir və iki canlı qrupu arasındakı digər böyük anatomik fərqlər bu bənzərliyi təkamülçü nöqteyi-nəzərdən belə şərh etməyi qeyri-mümkün edir.
Quşun ağciyərinin özünəməxsus quruluşu
Sürünən-quş təkamülü ssenarisini qeyri-mümkün edən başqa bir səbəb quşun ağciyərinin təkamüllə açıqlanmayan özünəməxsus quruluşudur.
Quruda yaşayan canlıların ağciyərləri “iki-istiqamətli” quruluşa malikdir: nəfəs aldıqda hava ağciyərdəki şaxələnmiş kanallar boyu irəliləyir və kiçik hava kisəciklərinə daxil olur. Oksigen-karbondioksid mübadiləsi burada baş verir. Ancaq daha sonra çirklənmiş bu hava tamamilə əks istiqamətdə hərəkət edir və gəldiyi yolla ağciyərdən çıxır, əsas bronx yolu ilə xaric edilir.
Quşlarda isə hava ağciyər kanalı boyu “tək-tərəfli” hərəkət edir. Ağciyərlərin giriş və çıxış kanalları bir-birlərindən fərqlidir və bu kanallar boyu uzanan xüsusi hava kisəcikləri sayəsində hava daima ağciyərin içində tək istiqamətdə axır. Bu sayədə quş havadakı oksigeni fasiləsiz qəbul edir. Beləliklə, quşun yüksək enerji tələbatı təmin edilir. “Avien ağciyər” adlanan bu xüsusi tənəffüs sistemi Maykl Denton tərəfindən “Böhran içində olan nəzəriyyə” (A theory in crisis) adlı kitabında belə izah edilir:
Quşun ağciyərləri quruda yaşayan canlıların ağciyərlərinin əksinə çalışır. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə, hava ağciyərdə dayanmadan bir istiqamətli hərəkət edir. Bu ağciyərlərin ətrafında olan xüsusi “hava kisəcikləri” tərəfindən təmin edilir. Təfsilatı sonrakı səhifədə görsənən bu sistem sayəsində quşlar bizim kimi fasilələrlə deyil, davamlı olaraq nəfəs alırlar. Uçuş zamanı yüksək miqdarda oksigenə ehtiyac hiss edən quşlar üçün bu cür xüsusi quruluş yaradılmışdır. Bu quruluşun sürünənlərin ağciyərindən təkamül keçirərək meydana çıxması imkansızdır, çünki iki fərqli ağciyər quruluşu arasındakı “ara” bir quruluşla nəfəs almaq olmaz. |
Quşlarda əsas bronx ağciyər toxumasını təşkil edən borulara ayrılır. “Parabronx” adlandırılan bu borular sonda yenidən birləşərək havanın ağciyərlər boyu tək istiqamətdə davamlı axınını təmin edən sistemi meydana gətirirlər... Quşlardakı ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin fəaliyyəti tamamilə özünəməxsusdur. Quşlardakı bu “avien” sistemi başqa heç bir onurğalının ağciyərində yoxdur. Bu sistem bütün quş növlərində eynidir.112
Mühüm olan budur ki, ikitərəfli hava axınına malik olan sürünənlərin ağciyərlərinin təktərəfli hava axınına malik olan quş ağciyərinə təkamül yolu ilə çevrilməsi qeyri-mümkündür. Çünki bu iki ağciyər formasının arasında qalan “keçid” modeli mümkün deyil. Bir canlı yaşamaq üçün daima nəfəs almaq məcburiyyətindədir və ağciyər formasını başdan-ayağa dəyişdirən dizayn dəyişikliyi mütləq ölümlə nəticələnir. Təkamülə əsasən, bu dəyişikliyin milyon illər boyu mərhələli şəkildə baş verməsinə gəlincə, ağciyəri fəaliyyət göstərməyən bir canlı bir neçə dəqiqədən artıq yaşaya bilməz.
Quşlara xas tənəfüs sistemi:
Nəfəs alarkən: Quşun nəfəs borusundan içəri girən təmiz hava, həm ağciyərə həm də ağciyərin arxasında yerləşən arxa hava kisəçiklərinə dolur. Ağciyərdə olan kirlənmiş hava isə ön hava kisəçiklərinə ötürülür. Nəfəs verərkən: Quş nəfəs verərkən, arxa hava kisəçiklərində toplanan təmiz hava, ağciyərin içinə dolur. Bu sistem sayəsində ciyərlə təmiz hava ötülməsi heç kəsilmədən davam edir.
Bu sxemlərdə cox sadələşdirilmiş halda göstərilən bu ağciyər sisteminin yetərincə cox açıqlaması var. Məsələn, ciyərlərlə kisəçiklərin birləşmə yerlərində ,havanın doğru istiqamətdən axmasını təmin edən xüsusi tıxaclar və qapaqçıqlar yerləşməkdədir. Bütün bunlar cox qüsursuz bir yaratılış olduğunu göstərməkdədir. Bu xüsusi sistemlər, həm təkamül iddiasına qarşı öldürücü zərbədir həm də yaradılış həqiqətinin dəlillərini saysız sübutlarından biridir. |
Maykl Denton quş ağciyərinin mənşəyini təkamülçü nöqteyi-nəzərdən izah etməyin qeyri-mümkün olduğunu belə bildirir:
Bu cür tamamilə fərqli tənəffüs sisteminin yavaş-yavaş kiçik dəyişikliklərlə standart onurğalı dizaynından təkamül yolu ilə əmələ gəlməsi iddiası düşünülmədən irəli sürülmüş tezisdir. Tənəffüs fəaliyyətinin bu təkamül prosesi boyu heç dayanmadan qorunması canlının həyatına davam etməsi üçün labüddür. Hər hansı səhv funksiya ölümlə nəticələnir. Quş ağciyəri içində şaxələnmiş parabronxlarla və həmçinin bu parabronxlara hava almağı təmin edən hava kisəsi sistemi ilə birlikdə inkişaf edib ən ali səviyyəyə çatanadək və bununla birlikdə sistemli şəkildə funksiyasını həyata keçirənədək bir tənəffüs orqanı kimi vəzifəsini yerinə yetirə bilməz.113
Qısası, quruda yaşayan canlıya məxsus ağciyərdən hava tipli ağciyərə keçid mümkün deyil, çünki ara keçid mərhələsində olan bir ağciyər qeyri-funksionaldır.
Bu məsələ ilə bağlı qeyd edilməli ikinci cəhət də sürünənlərin diafraqmlı, quşların isə diafraqmsız tənəffüs sisteminə malik olmalarıdır. Bu fərqli quruluş da yenə iki ağciyər tipi arasında baş verəcək təkamülü qeyri-mümkün edir. Tənəffüs fiziologiyası sahəsində qabaqcıl mütəxəssislərdən hesab edilən Con Ruben bununla bağlı belə şərh verir:
Teropod dinozavrın quşlara təkamül yolu ilə çevrilməsi diafraqmında ciddi çatışmazlığa səbəb olacaqdır, amma bu vəziyyət canlının nəfəs alma qabiliyyətini çox kritik səviyyədə məhdudlaşdıracaqdır... Buna səbəb olan mutasiyanın seçərək lazım olanı təmin etməsi qeyri-mümkün görünür.114
Quşun ağciyəinin içində olan və havanın tək istiqamətli hərəkət etməsini təmin edən kiçik “parabronx” boruları.Bu boruların hər biri 0,5 mm olçüdədir. |
Quş ağciyərinin təkamülə meydan oxuyan digər xüsusiyyəti heç vaxt havasız qalmayan və havasız qaldıqda “çökmə” təhlükəsiylə qarşılaşan maraqlı quruluşudur. Maykl Denton bu mövzunu belə açıqlayır:
Bu cür fərqli tənəffüs sisteminin standart onurğalı dizaynından təkamül yolu ilə necə əmələ gəlməsini düşünmək demək olar ki, qeyri-mümkündür. Xüsusilə tənəffüs sisteminin funksionallığının qorunmasının bir canlının həyatı üçün nə qədər labüd olduğunu nəzərə aldıqda. Habelə quş ağciyərinin özünəməxsus forma və funksiyası hələ bir çox xüsusiləşmiş adaptasiya tələb edəcəkdir... Çünki əvvəla, quş ağciyəri bədən divarlarına bərk birləşmişdir və həcm cəhətdən genişlənməsi mümkün deyil. Digər tərəfdən, ağciyərdəki hava borularının çox dar radiusları və onların içindəki hər hansı bir mayenin yuxarı səth gərginliyi səbəbi ilə quş ağciyəri digər onurğalıların əksinə, öz içinə çökdükdən sonra yenidən hava ilə doldurula bilməz... (Buna görə) quşlarda ağciyərin içindəki hava kisəcikləri digər onurğalıların əksinə, heç vaxt boşaldılmır. Əksinə, ciyərlər ilk dəfə inkişaf etməyə başladıqları andan etibarən daima ya maye ilə (rüşeym mərhələsində), ya da hava ilə dolu olurlar.115
Yəni quşların ağciyər kanalları o qədər dardır ki, bu ağciyərin içindəki hava kisəcikləri digər quruda yaşayan canlıların ciyərləri kimi hava ilə dolub-boşala bilməz. Əgər quş ağciyəri bir dəfə tamamilə boşalsa, quş bir daha ciyərlərinə hava çəkə bilməyəcək və ya bunu etmək üçün çox böyük çətinlik çəkəcəkdir. Ona görə ağciyərin ətrafına yerləşdirilmiş hava kisəcikləri daimi hava axınını təmin edir və ciyərləri havasız qalıb funksiyasını itirməkdən qoruyur.
Əlbəttə, sürünənlərin və digər onurğalıların ağciyərlərindən tamamilə fərqli olan və qeyri-adi dərəcədə həssas tarazlıqlara əsaslanan bu sistem təkamülün iddia etdiyi kimi, şüursuz mutasiyalarla mərhələ-mərhələ inkişaf edə bilməz. Denton quş ağciyərinin bu quruluşunun darvinizmi təkzib etdiyini belə ifadə edir:
Quş ağciyəri Darvinin “əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaqdır” şəklindəki sözlərinə cavab verir.116
Quş tükləri və sürünən pulcuqları
Təkamülçü paleontoloqlar tərəfindən “ tüklü dinozavr” adlandırılan, ancaq belə bir xüsusiyyəti olmadığı sonra meydana çıxan Sinosauropteryx fosili. |
Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət isə tamamilə quşlara xas forma olan tüklərdir. Sürünənlərin bədənləri pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Quş tüklərinin sürünən pulcuqlarından təkamüllə əmələ gəlməsi fərziyyəsi tamamilə əsassızdır və fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:
Tüklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi təhlillərlə təsdiqlənmir... Tüklərin kompleks quruluşu göstərir ki, bu cür formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcəkdir. Bu vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.117
Konnektikat Universitetində fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş isə “tüklər və pulcuqlar... genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşuna qədər hər şeyiylə bir-birlərindən fərqlidirlər” deyərək eyni həqiqəti qəbul edir.118 Habelə prof. Braşın fikrincə, “quş tüklərinin zülal quruluşu da digər onurğalıların heç birində rast gəlinməyən, tamamilə özünəməxsus”dur.119
Bununla belə, quş tüklərinin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəldiyini göstərən heç bir fosil dəlili də yoxdur. Əksinə, prof. Braşın ifadəsiylə “tüklər fosil qeydlərində sadəcə quşlara xas xüsusiyyətlərlə bir anda üzə çıxırlar”.120 Sürünənlərlə quş tüklərinin ortaq mənşəyinə dəlil olan “heç bir epidermal (üst dəriyə aid) forma yoxdur".121
İndiyə kimi bir çox fosil üzərində “tüklü dinozavr” fərziyyəsi qurulmuş, amma ətraflı araşdırmalar bu iddiaları təkzib etmişdir. Məşhur ornitoloq (quşları öyrənən elm adamı) Alan Feduççia “Dinozavrların tüklərdən məhrum olmasına dair” (On why dinosaurs lacked feathers) adlı məqaləsində belə yazır:
Tüklər tamamilə quşlara xas olan formadır və sürünən pulcuqları ilə quş tükləri arasında ara keçid forma olan heç bir forma yoxdur. Longisquama kimi bəzi nümunələrdə rast gəlinən uzununa pulcuqların forması haqqındakı fərziyyələrlə razı deyiləm. Bunların tükə bənzər formalar olduğuna dair heç bir konkret dəlil yoxdur.122
Sürünənlərin pulçuqları Sürünənlərin bədənlərini örtən pulçuqlar, hər tərəfli quş tükündən fərqlidir.Pullar tüklər kimi dərinin altına girməzlər, sadəcə canlının xaricində sət təbəqə yaradırlar. Genetik, biokimyəvi,anatomik tərəflərdən quş tükləri ilə heç bir oxşarləqları yoxdur. Pullar ilə tüklər arasındakı böyük fərq , sürünən- quş təkamülü fərziyyəsini bir daha alt-üst etmişdir. |
Tüklərin yaradılışı
Quş tüklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Tüklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu tüklərin hər birinin üzərində də “tükcük” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu tükcüklərin üzərində isə “çəngəl” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.
Durnanın bircə tükünün üzərində tük borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük yerləşir. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə tüklərini düzəltməsi tüklərin normal şəklə düşməsi üçün kifayətdir.
Tüklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan Ernst Mayr bu mövzuda illər əvvəl bu etirafı etmişdir:
Duyğu orqanlarının, məsələn, bir onurğalının gözünün və ya bir quşun tükləri kimi qüsursuz şəkildə tarazlanmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində təkmilləşdiyini fərz etmək bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudlaşdırmadır.123
Quş tüklərinin kompleks quruluşu
Quş tüklərini əsaslı şəkildə tətqiq etdikdə cox həsas dizayn ortaya çıxır. Hər tükçüyün üstündə coxlu kiçik tükcüklər və bu tükçükləri bir-birinə bərkidən çəngəllər var. Şəkillərdə quş tüklərinin böyüdülmüş şəkilləri var. |
Tüklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu tüklərindəki mükəmməl estetika öz ifadəsilə Darvini “xəstə etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel, 1860-cı il tarixli məktubunda “gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur. Amma özümü zamanla bu problemə alışdırmışam” dedikdən sonra belə davam edir: “İndi isə təbiətdəki bəzi formalar məni daha çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərini görmək məni az qalır ki, xəstə etsin”.124
Qısa desək, quş tükləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş tüklərinin həddindən artıq kompleks quruluşu tüklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.
Archæopteryx xətası
Sürünən-quş təkamülü ilə bağlı iddiaları dəstəkləyən fosil nümunəsini soruşduqda təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edilir. Bu, ələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox məlum olan archæopteryx adlı fosil quşdur.
Archeopteryxin uçan bir quş olduğunun mühüm sübutlarından biri, asimmetrik tük quruluşudur. Yuxarıda bu canlıya aid tük fosili var. |
Dövrümüzün quşlarının əcdadı” olduğu irəli sürülən archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar. Archæopteryx dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.
Lakin əslində archæopteryxin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.
Archæopteryxin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).
Ancaq 1992-ci ildə tapılan yeddinci archæopteryx fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son archæopteryx fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:
Son tapılan yeddinci archæopteryx fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.125
Bu tapıntı archæopteryxin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.
Digər tərəfdən archæopteryxin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Archæopteryxin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”.126
Berlində nümaiş etdirilən ən məşhur Archaeopteryx fosili |
Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir:
Archæopteryxin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir... Van Tayn və Berqerin fikrincə, archæopteryxin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir... Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).127
Archæopteryxin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Archæopteryxin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.
Dişlər, pəncələr və digər orqanlar
Təkamülçü bioloqların archæopteryxi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.
Archæopteryxin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də archæopteryxin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.
Archæopteryxin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə archæopteryxlə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.
Ən mühüm məsələ isə ondadır ki, archæopteryx və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.128 Eyni tədqiqatçılar eyni zamanda archæopteryx ilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar.129
Archæopteryxin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə əslində səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur.130
A.D.Uolker archæopteryxin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir.131
Ueyls Universitetinin Biologiya Elmləri İnstitutundan C.Riçard Hinçlif isə rüşeymlər üzərində müasir izotopik texnikadan istifadə edərək quşların əllərinin II, III və IV barmaqlardan ibarət olduğunu, teropod dinozavrlarınkının isə I, II və III barmaqlardan təşkil olunduğunu müəyyən etmişdir. Bu isə archæopteryx-dinozavr əlaqəsinin müdafiə edənlər üçün böyük problemdir.132 Hinçlifin tədqiqatları və müşahidələri məşhur elmi jurnal olan “Elm”in (Science) 1997-ci ildəki bir sayında belə dərc edilmişdir:
Dövrümüzdə yaşayan Opisthocomus hoazin quşunun qanadlarında da eyni Archaeopteryx kimi pəncəyə oxşar dırnaqlar var. |
Teropodlarla quş sümükləri arasındakı homologiya “dinozavr mənşəyi” hipotezi ilə əlaqədar digər bəzi problemləri də yada salır. Onlardan bəziləri bunlardır: (1) archæopteryx qanadı ilə müqayisə edildikdə (bədən ölçüsünə görə) teropodun daha kiçik olan qabaq qolu. Bu cür kiçik qollar olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açıb uçması üçün inandırıcı ön qanad deyil. (2) Teropodlardakı bilək sümüyü sadəcə dörd növdə var. Teropodların çoxunda bilək sümüyü çox sayda hissələrdən təşkil olunmuşdur. Bunun archæopteryx ilə bənzərlik təşkil gətirməsi çox çətindir. (3) Zaman baxımından müqayisə ilə bağlı paradoks isə bir çox teropod dinozavrın və xüsusilə də quşabənzər dromazavrların fosil qeydlərində archæopteryxdən daha sonra tapılmalarıdır.132
Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” archæopteryx haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonları” (İcons of evolution) adlı kitabında archæopteryxin təkamül adına sanki “ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin fikrincə, bunun göstəricilərindən biri archæopteryxin əcdadı kimi göstərilən teropod dinozavrların əslində archæopteryxdən daha gənc olmalarıdır: “Yerdə qaçan ikiayaqlı dinozavrlar archæopteryxin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) archæopteryxdən daha sonra üzə çıxırlar".133
Bütün bunlar archæopteryxin ara keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə olduqca əsassızdır. Amerikalı bioloq Riçard L.Dim də ““Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu” (Demise of the “Birds are dinosaurs” theory) adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və archæopteryx haqqında bunları yazır:
Son tədqiqatların nəticələri göstərir ki, teropod dinozavrların əlləri (qabaq qol sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir, amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyirlər... “Quşlar dinozavrdır” nəzəriyyəsi ilə əlaqədar başqa problemlər də vardır. Teropodların qabaq ayaqları archæopteryxlə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənlərini də düşündükdə bir cür “ön qanad” (proto-wing) inkişafı ehtimalı qeyri-mümkündür. Teropod dinozavrların çoxunda (quşlardakı) semilunatik bilək sümüyü yoxdur və archæopteryxdə heç bir bənzəri olmayan bəzi bilək hissələri var. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların çox böyük qisminin archæopteryxdən daha sonra ortaya çıxmalarıdır."134
Archæopteryx və digər qədim quş fosilləri
Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.
Archaeopteryxlə eyni dövrdə yaşamış Confudusornis, dövrümüzdə yaşayan quşlarla çox oxşarlıqları var. |
1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı.135 Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.136 Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi.137
Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.138
Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.
Archaeoraptor: Dino-quş saxtakarlığı
Təkamül nəzəriyyəsinin tərəfdarları archæopteryxdə axtardıqlarını tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu. Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu qısa müddətdə başa düşüldü.
“Dino-quş” iddialarının ilk nümunəsi 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən “Çində tapılmış tüklü dinozavr fosilləri” hekayəsi idi. Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu. “Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq” (Plucking the feathered dinosaur) adlı məqalədə təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi olmadığı bildirilirdi:
Bir il əvvəl paleontoloqlar “tüklü dinozavra” aid fotoşəkillərin ortaya çıxması ilə həyəcan yaşamışdılar. Çinin Yixian bölgəsində tapılan sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlardan gəldiyinə dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası toplantısında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini təhlil edən altı qərbli paleontoloq bunların müasir quş tükləri olmadığını söylədilər... Kanzas Universitetindən paleontoloq Lari Martin onların çürümüş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.139
Daha böyük bir dino-quş qalmaqalı isə 1998-ci ildə başladı. “National geographic” jurnalı 1998-ci il, iyul sayında quşların dinozavrlardan təkamül yolu ilə törədiyi iddiasının artıq tutarlı fosil dəlilinə əsaslandığını irəli sürdü. Çində tapıldığı bildirilən fosilə məqalədə geniş yer ayrılaraq fosilin quş və dinozavr xüsusiyyətlərini daşıdığı müdafiə edilirdi. Məqaləni qələmə alan “National geographic” jurnalisti Kristofer P.Sloun fosil haqqında verdiyi şərhə o qədər inanmışdı ki, “insanların məməli olduğunu necə əminliklə deyə biliriksə, artıq quşların da teropod (dördayaqlı dinozavr) olduğunu eyni şəkildə söyləyə bilərik” deyirdi. 125 milyon il əvvəl yaşadığı deyilən bu növə dərhal elmi ad da verildi: archaeoraptor liaoningensis.140
Lakin fosil beş fərqli fosilin bir-birinə ustalıqla birləşdirilməsiylə hazırlanmış saxta fosil idi! Aralarında üç paleontoloqun da olduğu bir qrup tədqiqatçı bir il sonra kompyuter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər. Dino-quş əslində çinli bir təkamülçünün əl işi idi... Çinli həvəskarlar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Archaeoraptorun ön hissəsi bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər var idi.
İşin maraqlı cəhəti bu idi ki, “National geographic” jurnalı bu cür səviyyəsiz saxtakarlığı heç şübhələnmədən dərc etmiş və hətta buna əsaslanaraq “quşların təkamülü” ssenarilərinin sübut edildiyini irəli sürmüşdü. ABŞ-dakı məşhur Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən dr. Storrs Olson bu fosilin saxta olduğuna dair daha əvvəl “National geographic”i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu tamamilə qulaqardı etdiyini deyirdi. Olsonun fikrincə, “onsuz da “National geographic” uzun zamandan bəri sensasiyalı, əsassız və bayağı xəbərlər yayaraq səviyyəsini aşağı salmışdı”.141
Olson “National geographic” jurnalının idarə heyətindəki Piter Reyven adlı elm adamına yazdığı aşağıdakı məktubunda jurnalın “tüklü dinozavrlar” qalmaqalının pərdə arxasını hərtərəfli şəkildə izah edirdi:
“National Geographic” jurnalının quşların təkamülü fərziyyəsinin sübutu olaraq tanıtdığı Archaeoraptor adlı “dino quş”-un bir ildən sonra saxta fosil olduğu bilindi. |
“National geographic”in 1998-ci il, iyul sayında dərc edilən “Dinozavrlar qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə ilə əlaqədar fikirlərimi soruşdu. Onda “National geographic”in göstərmək istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək etiraz etdim, amma sonda açıq şəkildə gördüm ki, “National geographic” quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa heç nəyə maraq göstərmirdi.
Slounun məqaləsi (quş-dinozavr əlaqəsi haqqında) ön mühakiməni tamamilə yeni şəklə salan və böyük ölçüdə təsdiqlənməmiş və ya sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbər yaymaq əvəzinə onları “uydurur”. “İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə, quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə bilərik” şəkilindəki bəsit cümləsi bir və ya bir neçə elm adamının fikri kimi göstərilmir, sadəcə “KİV təbliğatı” kimi qalırdı. Bu melodramatik iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan yeni tədqiqatlarla təkzib edilmişdir, amma, əlbəttə, bunlar (“National geographic” məqaləsində) heç bildirilmir.
Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri olduğu iddia edilən formaların heç birinin quş tükü olduğu sübut edilməmişdir. Bunların bu cür olduğunu iddia etmək bir həqiqəti dilə gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə edir” şəkilindəki ifadə cəfəngiyyatdır, çünki “ibtidai quş tükləri” sadəcə nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.
“National geographic” cəmiyyətində (National Geographic Society) hələ də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç şübhəsiz, bir dinozavr olan deinonychus üçün düzəldilən maket və bala tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil...
Hörmətlə,
Storrs L.Olson
Ornitologiya Şöbəsinin Rəhbəri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi. 142
Bu fosil saxtakarlığının göstərdiyi iki mühüm həqiqət var: birincisi, təkamül nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa əl ata bilən insanlar var. İkincisi, təkamül nəzəriyyəsini cəmiyyətə təlqinlə qəbul etdirmək kimi missiya üzərinə götürmüş bəzi “elmi jurnallar” təkamül nəzəriyyəsi lehinə istifadə etmək istədikləri tapıntıları səhv olma və ya başqa cür şərh edilmə ehtimallarını tamamilə nəzərdən qaçırıb təbliğat materialına çevirirlər. Yəni elmi deyil, doqmatik davranır, inancla bağlı olduqları təkamül nəzəriyyəsini müdafiə etmək üçün elmdən istifadə edirlər.
Mövzunun digər mühüm cəhəti isə quşların dinozavrlardan təkamüllə törədiyi tezisinə heç bir dəlil tapılmamasıdır. Dəlil tapılmadığı üçün saxtası düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh edilir. Əslində isə quşların başqa canlı sinfindən təkamüllə törədiyinə dair heç bir sübut yoxdur. Əksinə, dəlillər quşların yer üzündə özünəməxsus bədən quruluşları ilə ortaya çıxdığını göstərir.
Həşəratların mənşəyi
Quşların mənşəyindən bəhs edərkən təkamülçü bioloqların bu mövzuda ortaya atdıqları “kursorial nəzəriyyə”dən danışmışdıq. Keçən dəfə də bildirdiyimiz kimi, kursorial nəzəriyyə sürünənlərin necə “qanadlandıqları” sualına “qabaq ayaqları ilə milçək ovlamağa çalışan sürünənlər hekayəsi” ilə cavab verirlər. Bu fərziyyəvi nəzəriyyəyə əsasən, sözügedən sürünənlər milçək ovlamağa çalışarkən qabaq ayaqlarını zamanla qanadlara çevirmişlər.
Bu nəzəriyyənin heç bir elmi tapıntıya əsaslanmadığını da qeyd etmişdik. Ancaq bu nəzəriyyə ilə əlaqədar olan və toxunmadığımız mühüm bir cəhət də var. Bəs, milçəklər görəsən, necə qanadlanıblar? Ümumiyyətlə, milçəklər sinfinin də aid olduğu həşəratların mənşəyi nədir?
Həşəratları canlıların təsnifatında artropodlar (buğumayaqlılar) şöbəsinin insecta yarım-şöbəsinə aid edirlər. Ən qədim həşərat fosilləri Devon dövrünə (410-360 milyon il əvvəl) aiddir. Daha sonrakı Pensilvaniya dövründə (325-286 milyon il əvvəl) isə çox sayda müxtəlif həşərat növü bir anda üzə çıxır. Məsələn, hamam böcəkləri ani surətdə və bu günkü quruluşları ilə üzə çıxmışdır. Amerika Təbiət Tarixi Muzeyindən Betti Feyber “350 milyon il əvvələ aid hamam böcəyi fosillərinin dövrümüzdəkilərlə eyni olduğunu” bildirir.143
Gənə və qırxayaq kimi canlılar əslində həşərat deyil, amma əsasən, həşərat kimi tərif edilir. Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının (American association for the advancement of science) 1983-cü ildəki illik toplantısında bu canlılarla bağlı çox mühüm fosil tapıntıları təqdim edilmişdir. Hörümçək, gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin maraqlı xüsusiyyəti isə yaşayan nümunələrindən fərqi olmamasıdır. Tapıntıları təhlil edən elm adamlarından biri fosillər haqqında “sanki dünən ölüblər” demişdir.144
(Solda) ABŞ-ın Kansas ştatında tapılan bu Acantherpestes major qırxayaq növü, təxminən 300 milyon il yaşındadır və günümüzdəki qırxayaqlarda fərqlənmir. (Sağda) 145 milyon illik milçək fosili. Çinin Liaoning bölgəsində tapılan bu fosil ilə eyni növə aid yaşayan milçəklər arasında heç bir fərq yoxdur. |
Uçan həşəratlar, yəni milçəklər də fosil qeydlərində bir anda və özünəməxsus quruluşları ilə üzə çıxır. Məsələn, Pensilvaniya dövrünə aid çox sayda cırcırama fosili tapılmışdır və bu cırcıramalar dövrümüzdəkilərlə tamamilə eyni quruluşa malikdirlər.
Burada maraqlı olan bir cəhət cırcıramalar kimi milçəklərin qanadsız həşərat növləri ilə eyni anda ortaya çıxmalarıdır. Bu da qanadsız həşəratların zamanla qanadlanaraq milçəklərə təkamül yolu ilə çevrilməsi fərziyyəsini əsassız edir. Robin Vutton və Çarlz P.Ellinqton “Təkamüldə biomexanika” (Biomechanics in evolution) adlı kitabdakı bir məqalələrində bu mövzu ilə bağlı belə yazırlar:
Həşəratlar Orta və Üst karbonifer dövrlərində ilk dəfə ortaya çıxırlar, bir-birlərindən çox fərqlənirlər və böyük hissəsi də qanadlıdır. Bir neçə qanadsız və daha ibtidai həşərat var, amma heç bir ara keçid forma yoxdur.145
Qanadlı həşəratlar, fosil qeydlərində bir anda ortaya çıxırlar və ilk görsəndikləri anda bu günkü qüsursuz quruluşlarına sahibdilər. Yuxarıda 320 milyon illik cırcırama fosil bilinən ən qədim cırcıramadır, günümüzdəkilərdən fərqlənmir. Heç bir “təkamül” olmamışdır. |
320 milyon illik bu hamam böcəyi fosili ilə günümüzdə yaşayan nümunələri arasında heç bir fərq yoxdur. |
Fosil qeydlərində bir anda ortaya çıxan milçəklərin mühüm bir xüsusiyyəti də uçuş texnikalarıdır. İnsan saniyədə 10 dəfə qolunu açıb-bağlaya bilmir, amma bir milçək saniyədə təqribən 500 dəfə qanad çalma qabiliyyətinə malikdir. Həm də hər iki qanadını eyni anda çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik uyğunsuzluq olsa, milçək müvazinətini itirər, ancaq əsla bu cür uyğunsuzluq olmur.
R.Vutton “Milçək qanadlarının mexaniki dizaynı” adlı məqaləsində belə yazır:
Milçək qanadlarının funksiyasını öyrəndikcə malik olduqları dizaynın nə qədər həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Olduqca elastik xüsusiyyətlərə malik hissələr havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün lazımi qüvvətlər qarşısında lazımi elastikliyə malik şəkildə həssaslıqla birləşdirilmişlər. Milçək qanadlarına çatan texnoloji cihaz yoxdur.146
Bu cür qüsursuz yaradılışa malik olan canlıların yer üzündə bir anda üzə çıxmalarının təkamüllə açıqlanması, əlbəttə, qeyri-mümkündür. Bu səbəbdən, Pol Pier Qrasse “həşəratların mənşəyi məsələsi bizə tamamilə qaranlıq qalıb” deyir.147 Həşəratların mənşəyi açıq şəkildə bütün canlıları Allahın yaratdığını təsdiqləyir.
Məməlilərin mənşəyi
Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül keçirərək çıxan bir cür xəyali canlıların sürünənlərə çevrildiyini, quşların da sürünənlərin təkamül keçirməsiylə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük fərqlər var. Məməlilər istiqanlı heyvanlardır (bədən temperaturlarını özləri verirlər və sabit saxlayırlar), balalarını doğurlar, əmizdirirlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə soyuqqanlıdır (bədən temperaturlarını özləri verə bilmirlər və bədən temperaturları çöldəki havaya görə dəyişir), yumurtlayaraq çoxalırlar, balalarını əmizdirmirlər və bədənləri pulcuqlarla örtülüdür.
Görəsən, necə olub ki, bir sürünən bədən temperaturunu verməyə başlamış, bu temperaturu tənzimləyən tərləmə mexanizmi əmələ gətirmiş, pulcuqlarını tüklərlə dəyişdirmiş və süd ifraz etməyə başlamışdır? Təkamül nəzəriyyəsi məməlilərin mənşəyinə dair açıqlama verməsi üçün, əvvəlcə, bu suallara qənaətbəxş elmi cavablar tapmalıdırlar.
Əmbər içində fosilləşmiş 35 milyon illik milçək. Baltik dənizinin yaxınlarında tapılan bu fosil də günümüzdə yaşayan nümunələrindən fərqlənmir. |
Lakin təkamülçü mənbələrə baxdıqda ya bu mövzuda səssizliyin hakim olduğunu, ya da tamamilə fantastik və elmdənkənar ssenarilər danışıldığını görürük. Bu ssenarilərdən biri belədir:
Soyuq bölgələrdə yaşayan bəzi sürünənlər bədənlərini isitmək üçün üsul tapdılar… Pulcuqları getdikcə daha sivri şəklə düşdü və nəticədə təkamül yolu ilə tüklərə çevrildi. Bununla bərabər baş verən digər adaptasiya isə tərləmənin inkişafı oldu. Bu, canlıya lazım gəldikdə suyun buxarlanması sayəsində bədənini soyutma imkanı verirdi. Elə bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənində əmələ gələn təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox ifrazata başladı və bu ifrazat nəticədə südə çevrildi. Bu sayədə bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar.148
Yuxarıdakı ssenari təxəyyül gücünün məhsulundan başqa bir şey deyiil. Çünki bu danışılanların baş verdiyinə dair nə bir dəlil var, nə də belə bir şeyin baş verməsi mümkündür. Bir canlının anasının bədənindəki təri “yalayaraq” süd kimi olduqca keyfiyyətli, qidalandırıcı, dəyəri yaxşı nizamlanmış qidanı ortaya çıxardığını irəli sürməsi olduqca ağlasığmaz iddiadır.
Bu cür ssenarilərin uydurulmasının səbəbi məməlilər və sürünənlər arasında əslində keçilməz uçurumlar olmasıdır. Bu uçurumlara başqa bir misal sürünənlərin və məməlilərin çənə quruluşlarıdır. Məməlilərdə alt çənədə təkcə bir sümük var və dişlər bu sümüyün üzərində yerləşir. Sürünənlərdə isə alt çənənin hər iki tərəfində üç dənə kiçik sümük var. Başqa əsas fərq bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (zindan, üzəngi və çəkic sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda bircə sümük var. Təkamülçülər sürünən çənəsinin və sürünən qulağının mərhələli şəkildə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı mərhələlərlə baş verdiyi sualı isə cavabsızdır. Xüsusilə tək sümükdən ibarət qulağın üç sümüklü formaya necə çevrilməsi və eşitmə hissinin bu zaman necə davam etdiyi əsla cavablana bilməyən sualdır.
Təbiət tarixi meylərində nümayiş edilən on milyonlarla illik məməli fosilləri ilə bu gün yaşayan məməmlilər arasında heç bir fərq yoxdur. Bundan başqa bu fosillər yer üzünün təbəqələrində, əvvəlki növlərlə aralarında heç bir əlaqə olmadan bir anda meydana çıxmışlar. |
Bütün bunlar sürünənlərin məməlilərə təkamüllə çevrildiyi fərziyyəsinin heç bir elmi əsası olmadığını göstərir. Belə ki, sürünənlərlə məməliləri bir-birilə əlaqələndirən bircə ara keçid forma fosili belə tapılmamışdır. Buna görə, Rocer Levin “ilk məməliyə keçid hələ də sirdir” demək məcburiyyətində qalmışdır.149
XX əsrin ən böyük təkamülçülərindən və neodarvinist nəzəriyyənin banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:
Dünyadakı həyatın ən dolaşıq məsələsi Mezozoy dövrünün, yəni sürünənlər dövrünün məməlilər dövrünə ani surətdə keçməsidir. Sanki bütün baş rolunu çox sayda və növdə sürünənlərin oynadığı dramın pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldıqda isə bu dəfə baş rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri isə yoxdur.150
Habelə ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə üzə çıxmışdırlar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən zəngin təxəyyül gücü üçün belə qeyri-mümkündür. Təkamülçü zooloq Erik Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:
Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər.151
Qısaca desək, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi, təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilmir. Corc Qeylord Simpson bu həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:
Bu, məməlilərin 32 fərqli dəstəsinin hamısına aiddir... Hər dəstənin məlum olan ən qədim və ən ibtidai üzvü bu dəstəyə aid əsas xüsusiyyətlərin hamısına malikdir və heç cür bir dəstədən digərinə doğru irəliləyən davamlı inkişafa rast gəlinmir. Bir çox nümunədə fərq o qədər kəskin və boşluq o qədər böyükdür ki, bütün dəstənin mənşəyi şübhəli və həddindən artıq mübahisəlidir...
Ara keçid formaların bu sistemli yoxluğu sadəcə məməlilərə xas deyil və paleontoloqların uzun zamandan bəri anladığı kimi, demək olar ki, universal faktdır. Bu fakt onurğalı və ya onurğasız – bütün heyvan siniflərinə və bütün dəstələrə aiddir. Açıq desək, eyni fakt bitkilərin fərqli kateqoriyalarına da aid edilir.152
Atın təkamülü əfsanəsi
Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.
“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir:
Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.153
Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını – “ara keçid formaları müəmmasını” gündəmə gətirmişdir.
Dr. Nayls Eldric atın təkamülü sxemi haqqında belə deyir:
Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm.154
Bəs “atın təkamülü” ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, eynisidir.155
İngiltərə “Təbiət Tarixi Mmuze”yində olan “Atın təkamülü” sərgisi. Bu və buna oxşar “atın təkamülü” sxemləri, fərqli dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil canlaı növlərinin, son dərəcə bir təfərli nöqteyi nəzəri ilə bir-birlərinin ardınca sıralanması ilə düzəldilir. Həqiqətdə “atın təkamülü” nə aid heç bir aydın elmi tapıntı yoxdur. |
Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir.156Bu, dövrümüzdəki at ilə onun “əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur.
Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:
Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir… Atın təkamül ardıcıllığı, əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.157
Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi, atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.
Yarasaların mənşəyi
Məməlilər sinfinə daxil olan ən maraqlı canlılardan biri, şübhəsiz, yeganə uçan məməli cinsi yarasalardır.
Yarasaların maraqlı xüsusiyyətlərindən ən əsası bu canlılardakı kompleks “sonar” sistemidir. Bu sonar sistemi sayəsində yarasalar zülmət qaranlıqda heç bir şey görmədən həddindən artıq qıvraq və qüsursuz manevrlər edərək uçurlar. Qaranlıq bir otağın döşəməsindəki kiçik bir tırtılı da görüb ovlayırlar.
Yarasaların sahib olduğu sonar sistemi, bu günə qədər düzəldilmiş bütün texnoloji sonarlardan ən həsas və səmərəlidir. |
Bu sonar heyvanın daima yüksək tezlikli səslər yayması bu səslərin əks-sədalarını təhlil etməsi və ətrafını hərtərəfli analiz etməsiylə işləyir. Həm də canlı bu işi qeyri-adi sürətlə havada uçduğu saniyələr boyu fasiləsiz və qüsursuz şəkildə yerinə yetirir.
Yarasaların sonar sistemi üzərində aparılan tədqiqatlar daha da təəccüblü nəticələr üzə çıxarmışdır. Heyvanın hiss etdiyi tezlik intervalı çox dardır, yəni ancaq müəyyən tezlikdəki səsləri hiss edə bilir. Ancaq elə burada çox mühüm problem ortaya çıxır. Doppler təsiri adlanan fiziki qanuna əsasən, hərəkət halındakı bir cisimlə toqquşan səsin tezliyi dəyişir. Buna görə, yarasa özündən uzaqlaşan bir milçəyə doğru səs dalğalarını yaydıqda qayıdan səs dalğaları yarasanın eşidə bilməyəcəyi intervala keçəcəkdir. Bu səbəbdən, yarasa hərəkətli cisimləri hiss etməkdə böyük çətinlik çəkməlidir. Amma belə olmur. Yarasa hər cür cismi qüsursuz şəkildə hiss etməkdə davam edir. Çünki yarasa Doppler təsirini bilirmiş kimi hərəkətli cisimlərə doğru yolladığı səs dalğalarını dəyişdirir. Məsələn, özündən uzaqlaşan mişçəyə ən yüksək tezlikli səs dalğasını yollayır ki, səs geri qayıtdıqda hiss etməyəcəyi qədər aşağı tezlikdə olmasın.
Bəs, bu tənzimləmə necə baş verir?
Yarasanın beynində sonar sisteminə nəzarət edən iki fərqli tipdə neyron (sinir hüceyrəsi) yerləşir, bunlardan biri geri qayıdan ultrasəsi hiss edir, digəri müəyyən əzələlərə əmr göndərib yarasanın səsini əmələ gətirir. Bu iki neyron beyində bir-birilə əlaqədar şəkildə fəaliyyət göstərir, belə ki, əks-sədanın tezliyi dəyişdikdə birinci neyron bunu hiss edir və ikinci neyrona təzyiq göstərərək və ya xəbər göndərərək səsin tezliyinin əks-sədanın tezliyinə uyğunlaşmasını təmin edir. Nəticədə yarasanın səsi mühitin vəziyyətinə görə tezliyini dəyişdirir və ən faydalı şəkildə istifadə edilir.
Bütün bu sistemin təkamül nəzəriyyəsinin “təsadüfi mutasiyalarla mərhələli təkamül” açıqlamasına vurduğu zərbəni görməmək mümkün deyil. Yarasadakı sonar sistemi olduqca kompleks quruluşdur və əsla təsadüfi mutasiyalarla açıqlana bilməz. Sistem bütün hissələri ilə birlikdə qüsursuz şəkildə mövcud olduqda funksional olur. Yarasa həm yüksək tezliklərdə səs yayan quruluşa, həm bu səsləri hiss edib təhlil edən orqanlara, həm də hərəkət dəyişikliklərinə görə səs tezliyini tənzimləyən sistemə malik olmalıdır ki, sonar işə yarasın. Əlbəttə, bütün bunlar təsadüflərlə açıqlana bilməz və yarasanın qüsursuz şəkildə yaradıldığını göstərir.
ABŞ-nın Vayominq ştatında tapılmış ən qədim yarasa fosili. 50 milyon illik bu fosil ilə bu gün yaşayan yarasalar arasında heç bir fərq yoxdur. |
Belə ki, fosil qeydləri də yarasanın yer üzündə ani surətdə və bu günkü kompleks quruluşu ilə ortaya çıxdığını göstərir. Təkamülçü paleontoloqlar Con E.Hil və Ceyms D.Smit “Yarasalar: Təbiət tarixi” (Bats: A natural history) adlı kitablarında bu həqiqəti “etiraf” edərək belə açıqlayırlar:
Yarasaların fosilləri erkən Eosen dövrünə qədər gedib çıxır… və beş ayrı qitədə birdən-birə üzə çıxır. Bütün yarasa fosilləri, hətta ən qədimləri belə olduqca təkmilləşmiş yarasalardır və ona görə quruda yaşayan əcdadlarından nə cür ara keçidlə törədikləri məsələsi qaranlıq qalır.158
Təkamülçü paleontoloq L.R.Qodfrey isə eyni mövzuda belə yazır:
Erkən Tertir dövrünə aid çox sayda yaxşı qorunmuş yarasa fosili var, məsələn, icaronycteris kimi. Amma icaronycteris bizə yarasalarda uçuşun təkamül keçirməsi haqqında heç bir şey deyə bilmir, çünki bu, onsuz da qüsursuz şəkildə uçan yarasadır.159
Təkamülçü elm adamı Cef Hekt də eyni problemi 1998-ci il tarixli “New scientist” jurnalındakı məqaləsində belə etiraf edir:
Yarasaların mənşəyi bir tapmacaya çevrilmişdir. Ən qədim yarasa fosilləri belə 50 milyon il əvvəl bu günkü yarasaların qanadlarına bənzəyən qanadlara malikdirlər.160
Qısaca desək, nə yarasaların kompleks bədən sistemlərinin təkamüllə meydana gəlməsi mümkündür, nə də fosil qeydləri belə bir təkamülün baş verdiyini göstərir. Əksinə, yer üzündə ilk dəfə ortaya çıxan yarasalarla bu gün yaşayan nümunələri eynidir. Yarasalar heç vaxt dəyişməmişlər.
Dəniz məməlilərinin mənşəyi
Balinalar və delfinlər “dəniz məməliləri” kimi məlum olan canlı qrupunu təşkil edirlər. Bu canlılar məməlilər sinfinə daxildir, çünki eynilə qurudakı məməlilər kimi bala doğur, əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər. Dəniz məməlilərinin mənşəyi isə təkamülçülər tərəfindən açıqlanması ən çətin olan məsələlərdən biridir. Bir çox təkamülçü mənbədə əcdadları quruda yaşayan dəniz məməlilərinin uzun təkamül prosesi nəticəsində dəniz mühitinə keçəcək şəkildə təkamül keçirdikləri irəli sürülür. Buna əsasən, sudan quruya keçidin əksinə hərəkət edən dəniz məməliləri ikinci təkamül prosesinin nəticəsi kimi, yenidən su mühitinə geri qayıdıblar. Lakin bu nəzəriyyə heç bir paleontoloji dəlilə əsaslanmır və məntiqi cəhətdən də ziddiyyətlidir. Belə ki, təkamülçülər də uzun illər boyu bu mövzuda susublar.
Bu səbəbdən, təkamülçülər bu mövzu ilə bağlı uzun müddətdən bəri bir şey demirlər.
Ancaq 1990-cı ildə dəniz məməlilərinin mənşəyi haqqında yeni təkamülçü ssenarilər ortaya çıxdı. Bu ssenarilər 1980-ci ildə tapılan pakicetus və ambulocetus kimi bəzi yeni fosil tapıntıları üzərində quruldu. Dördayaqlı və quruda yaşayan canlı olduqları açıq şəkildə bəlli olan bu nəsli kəsilmiş məməlilərin balinaların əcdadı olduğu iddia edildi və beləliklə, bir çox təkamülçü mənbə onları “yeriyən balinalar” adlandırmaqda tərəddüd etmədi. (Əslində bu canlının tam adı “yeriyən və üzən balina” mənasını verən ambulocetus natansdır). “National geographic” jurnalı isə 2001-ci il, noyabr sayında “Balinaların təkamülü” ssenarisini gündəmə gətirdi. Ssenari elmi dəlillərin deyil, təkamülçü ön mühakimələrin üzərində qurulmuşdu.
Yeriyən balina nağılı
Tam adı pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina” olduğunu iddia etdilər.
Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.
Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.
Təkamülçülərin “yeriyən balina” elan etdiyi pakicetus da fərqli anatomik xüsusiyyətləri özündə ehtiva edən xüsusi cinsdir. Belə ki, onurğalılar paleontologiyası mütəxəssislərindən Karol pakicetusun da daxil edilməli olduğu mesonixid (Mesonychia) ailəsinin “qəribə xüsusiyyətlərdən ibarət kombinasiyaya malik olduğunu” bildirir.161 Bu cür “mozaik canlıların” təkamül xarakterli ara keçid forma hesab edilmədiyini Quld kimi qabaqcıl təkamülçülər də qəbul edirlər.
National |
Paleontoloqlar Pakicetusun dörd ayaqlı quru məməlisi olduğuna inanırdılar.” Nature” jurnalında (no.412.20 .09.2001) dərc edilən soldakı skelet quruluşu, bunu açıqca göstərməkdədir. Bu skelet quruluşuna əsaslanaraq Karl Buell tərəfindən düzəldilən Pakicetusun bərpa edilmiş rəsmi də həqiqidir. (solda aşağıda).
Amma “National Geographic” jurnalı canlını yeriyən balina olaraq göstərmək üçün, bu obrazı oxuculara qəbul etdirmək üçün, Pakicetusu üzən vəziyyətdə göstərən bir rəsmi seçmişdir. (altda)
Rəsmdə Pakictusu“ balinalaşdırmaq” üçün kiçik hiylə diqqət çəkir. Canlı üzən vəziyyətdə təsvir edilib, arxa ayaqları geriyə tərəf çəkilərək “üzgəz” təsürratı yaratmaq istənilib, ön və arxa pəncələri də aralayaraq üzgəcə oxşadılıb.
|
Gerçek Pakicetus |
|
National Geographic'in Pakicetus çizimi |
Yaradılış həqiqətini müdafiə edən yazıçı Eşbi L.Kemp “balina təkamülünün mübaliğəli təbliğatı” (The overselling of whale evolution) adlı məqaləsində pakicetus kimi quruda yaşayan məməlilərin də daxil olduğu mesonixidlər sinfinin archaeoceteaların, yəni nəsli kəsilmiş balinaların əcdadı olması iddiasının əsassızlığını belə açıqlayır:
Təkamülçülərin mesonixidlərin archaeocetealara çevrildiyi ilə bağlı əminliklə davranmalarının səbəbi həqiqi nəsil əlaqəsində yer alan bir növü tərif edə bilməmələrinə baxmayaraq, məlum olan mesonixidlər və archaeocetealar arasında bəzi bənzərliklər olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqlər işığında bir əcdad əlaqəsi olduğunu iddia etmək üçün kifayət deyil. Bu cür müqayisələrin çox subyektivliyi indiyə qədər bir çox fərqli məməli və hətta sürünən qrupunun balinaların əcdadı kimi irəli sürülməsindən bəllidir.162
Ambulocetus natans: pəncələrinə pərdə keçirilən saxta balina
Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci fosil ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla balinalaşdırılmaq” istədikləri quruda yaşayan canlıdır.
Ambulocetus natans termini latınca ambulate (yerimək), cetus (balina) və natans (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən balina” mənasını verir. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya şəklində) yaşadığı iddiasının təkamülçülərin ön mühakimələrindən başqa heç bir əsası yoxdur.
Bu mövzuda elmlə təxəyyül gücü arasındakı sərhədi görmək üçün təkamül nəzəriyyəsinin ən qabaqcıl müdafiəçilərindən biri olan və 2001-ci il, noyabr sayını “Balinaların təkamülü” təbliğatına həsr edən “National geographic”in ambulocetus uydurmasına bir nəzər salaq. Jurnalda dərc edilən ambulocetus rəsmi belədir:
Rəsmə diqqətlə baxsanız, quruda yaşayan canlı olan ambulocetusu “balinalaşdırmaq” üçün qurulmuş kiçik hiyləni asanlıqla görə bilərsiniz:
- Heyvanın arxa ayaqları yeriməyə yarayan ayaqlar olaraq deyil, üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə canlının ayaq sümüklərini tədqiq edən Karol bu canlının “quruda yaxşı yerimə bacarığına malik olduğunu” bildirir.163
- Heyvanın ön ayaqlarına “fırça” görüntüsü vermək üçün üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə əldə olan ambulocetus fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Fosil qeydlərində bu cür yumşaq toxumalar heç vaxt görünmürlər. Ona görə canlının skeletindn başqa xüsusiyyətləri üzərində aparılan bərpa işləri şübhəlidir. Bu da təkamülçülərin əlinə geniş təbliğat materialı verir.
Ambulocetusun yuxarıdakı göstərilən rəsmindəki kimi təkamülçülər tərəfindən edilən düzəlişlərlə istənilən canlını başqa canlıya bənzətmək mümkündür. İstəsəniz, meymun skeletini də ayaqlarını arxaya doğru çəkib “üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkməklə “balinaların əcdadı olan primat” kimi təqdim edə bilərsiniz.
Ambulocetus fosili üzərində edilən bu rəsm hiylələrinin əsassızlığı elə “National geographic”in eyni sayında dərc edilən aşağıdakı rəsmdən də məlum olur:
“National geographic” canlının skeletinin rəsmini yayımlayarkən istər-istəməz bərpa edilmiş rəsmdəki “balinalaşdırıcı” düzəlişlərdən əl çəkmək məcburiyyətində qalmışdır. Canlının ayaq sümükləri, skeletin açıq şəkildə göstərdiyi kimi, onun quruda daşıya biləcək quruluşdadır. Ayaqlarında isə xəyali “pərdələrdən” əsər-əlamət yoxdur.
Yeriyən balina nağılının əsassızlığı
Əslində nə pakicetusun, nə də ambulocetusun balinalarla qohumluq əlaqələri olduğuna dair heç bir dəlil yoxdur. Bunlar sadəcə nəzəriyyələrinə əsasən, dəniz məməliləri üçün quruda yaşayan bir əcdad tapmaq məcburiyyətində olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri “əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç bir dəlil yoxdur.
Təkamül sxemində pakicetus və ambulocetusun ardınca sözügedən dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi archaeocetea (nəsli kəsilmiş balina) növləri düzülür. Sözügedən canlılar həqiqətən də suda yaşayan nəsli kəsilmiş məməlilərdir (bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakicetus və ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. Canlıların fosilləri təhlil edildikdə onları bir-biriləri ilə əlaqələndirən “ara keçid formalar” olmadığı açıq şəkildə görünür:
- Quruda yaşayan dördayaqlı məməli olan ambulocetusda onurğa çanaq (pelvis) sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Belə ki, ambulocetusdan 10 milyon il sonra yaşadığı hesab edilən basilosaurus eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan ambulocetus ilə tipik balina olan basilosaurus arasında isə heç bir “ara keçid forma” yoxdur.
- Basilosaurusun və kaşalot onurğalarının alt hissəsində onurğadan ayrı kiçik sümüklər yerləşir. Təkamülçülər bunların “rudiment ayaqlar” olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər basilosaurusda “cütləşmə vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək olur”.164 Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini başqa bir funksiyanın “rudiment orqanı” kimi tərif etmək təkamülçü ön mühakimədən başqa bir şey deyil.
Nəticədə dəniz məməlilərinin quru məməliləri ilə aralarında “ara keçid forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. Ortada heç bir təkamül zənciri yoxdur. Robert Karol bu həqiqəti istəmədən və təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mesonixid zənciri qurmaq mümkün deyil”.165 Balinaları öyrənən məşhur mütəxəssis olan rus elm adamı Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif edir.166
Qulaq və burunun təkamülü hekayələri
Quruda yaşayan məməlilər ilə dəniz məməliləri arasında irəli sürülən təkamül ssenarisi bu canlı qrupları arasındakı fərqli qulaq və burun quruluşlarını açıqlamalıdır. Əvvəlcə, qulaq quruluşunu nəzərdən keçirək. Quru məməliləri insanlar kimi xarici aləmdəki səsləri qulaq seyvanları ilə toplayır, orta qulaqdakı sümüklərlə gücləndirir və daxili qulaqda siqnallara çevirirlər. Dəniz məməlilərinin isə qulaqları yoxdur. Səsləri alt çənələrindəki xüsusi titrəyən reseptorlarla eşidirlər. Bu iki forma arasında mərhələli təkamül mümkün deyil. Mükəmməl bir eşitmə sistemindən tamamilə fərqli quruluşa malik başqa bir sistemə mərhələli təkamüllə keçmək qeyri-mümkündür. Çünki ara mərhələlər faydasız olacaqdır. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi ilə eşitmə qabiliyyəti isə hələ təkmilləşməmiş canlı təkmil deyil.
Sözügedən “təkmilləşmənin” necə baş verəcəyinə gəlincə, elə bu, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin irəli sürdükləri mexanizm mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt müşahidə edilməmiş mutasiyalar nəticəsində dəniz məməlilərinin son dərəcə kompleks duyğu sistemlərinə malik olduqlarını irəli sürmək ağlasığmazdır.
Belə ki, fosillər ortada heç bir təkamül olmadığını göstərir. Pakicetus və ambulocetusun qulaq sistemi quruda yaşayan məməlilərinki ilə eynidir. “Təkamül sxemində” bu iki quru məməlisinin ardınca gələn basilosaurus isə tipik balina qulağına malikdir. Yəni xarici qulaq seyvanı ilə deyil, çənəsinə gələn titrəmələrlə ətrafındakı səsləri eşidən canlıdır. Pakicetus və ambulocetusun qulaq quruluşu ilə basilosaurusun qulaq quruluşu arasında heç bir “ara keçid forması” yoxdur.
Buna bənzər vəziyyət “sürüşkən burun” hekayəsi üçün də keçərlidir. Təkamülçü mənbələr pakicetus, rodhocetus və dövrümüzün göy balinasına aid üç kəllə sümüyü skeletini alt-alta düzür və bunların “təkamül prosesi”ni təşkil etdiklərini irəli sürürlər. Halbuki bu üç fosilin, xüsusilə də rodhocetus və dövrümüzdəki balinanın burun quruluşları eyni ardıcıllığın ara keçid formaları kimi qəbul edilməyəcək qədər fərqlidir.
Habelə nəfəs dəliklərinin burundan ənsəyə qədər davam etməsi sözügedən canlıların anatomiyasında çox ciddi “yenidən dizayn” tələb edir ki, bunun təsadüfi mutasiyalar yolu ilə əmələ gəldiyinə inanmaq xəyal qurmaqdan başqa bir şey deyil.
“National geographic”in lamarkçı nağılları
Əslində təkamülçü zümrənin böyük hissəsinin canlıların mənşəyi haqqında əsas batil inancı var və problem də elə bundan qaynaqlanır. Bu batil inanc canlılara ehtiyacları olan orqanları, biokimyəvi formaları və ya anatomik xüsusiyyətləri qazandıran sanki sehirli bir “təbii güc” düşüncəsidir.
Bunu görmək üçün “National geographic”in 2001-ci il, noyabr sayında “Balinaların təkamülü” başlıqlı məqaləsindəki bəzi maraqlı abzaslara nəzər salaq:
...Bu ərazidə tapılan balinaların bəzi əcdadlarını gözümün önündə canlandırmağa çalışdım... Hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlarından istifadə edərək şappıltı ilə hərəkət etməyə çalışırdılar... Bir tərəfdən arxa ayaqları, digər tərəfdən də gövdələrini saxlayan bud sümükləri getdikcə kiçilirdi... Boynu qısaldı, beləliklə, gövdənin ön hissəsi suyu ən az müqavimətlə yarıb keçməyi təmin edən boru şəklində sualtı qayığın gövdəsinə bənzəyən formaya çevrilərkən qollar da üzgəc formasını almağa başladı. Xarici qulaqlara olan ehtiyacın azalması ilə bəzi balinalar sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib xüsisi yağ kisələri vasitəsilə daxili qulağa ötürürdülər.
Diqqət edilsə, bütün bu hekayələrdə təkamülçü məntiq uydurması sadəcə canlıların dəyişən mühitə görə dəyişən ehtiyaclarınin olduğunu bildirir və bu ehtiyacı özbaşına “təkamül mexanizmi” kimi qavrayır: bu məntiqə əsasən, ən az ehtiyac hiss olunan orqanlar yox olur, ehtiyac olan yeni orqanlar öz-özünə meydana gəlirlər!
Lakin biologiya sahəsində ən əsas məlumatlara malik olan bir insan bilər ki, ehtiyaclarımız orqanlarımızı irsi şəkildə formalaşdıra bilməz. Bu, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” tezisinin təkzib edilməsindən bəri, yəni təqribən 100 ildir ki, məlum olan qəti həqiqətdir. Amma təkamülçü KİV-lərə baxdıqda görürük ki, hələ də Lamarkın nəzəriyyəsinə görə düşünürlər.
Əgər onlara etiraz etsəniz, “xeyr, biz lamarkçı deyilik, ətraf mühit şərtlərinin canlılara təkamül xarakterli təzyiq göstərdiyini, bu təzyiq nəticəsində uyğun canlıların seçildiyi və beləliklə, növün təkamül keçirdiyini nəzərdə tuturuq” deyəcəklər. Amma elə məsələnin əsli də buradadır: təkamülçülərin “təkamül xarakterli təzyiq” dedikləri şey canlılara ehtiyaclarına uyğun olaraq yeni xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə reaksiya verəcəyini nəzərdə tutduqları iki “təkamül mexanizmi”, yəni təbii seçmə və mutasiyanın canlılara yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:
- Təbii seçmə ancaq mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir xüsusiyyət əmələ gətirə bilməz.
- Mutasiyalar canlılara genetik məlumat əlavə edə bilməzlər, sadəcə mövcud genetik məlumatı pozarlar. Genetik məlumat əlavə edən (yeni bir orqan və ya biokimyəvi forma əmələ gətirən) bir mutasiyaya əsla rast gəlinməmişdir.
Bu həqiqətlər işığında “National geographic”in yuxarıdakı “şappıltı ilə hərəkət edən balinalar” nağılına bir daha nəzər salsaq, əslində həqiqətən də olduqca bəsit lamarkçılıq etdiklərini görərik. Diqqət edilsə, “National geographic”in jurnalisti Duqlas H.Çedvik “hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlar”dan bəhs edir. Necə olur ki, “hər nəsildə” bir canlı növündə morfoloji dəyişiklik- həm də müəyyən bir istiqamətdə dəyişiklik olur? Bunun üçün, o növün hər nəsildəki təmsilçiləri ayaqlarının qısalmasına səbəb olan mutasiyalara uğramalı, bu mutasiyalar canlıya başqa heç bir zərər verməməli, mutasiyaya uğrayan fərdlər digərlərinə görə üstün olub seçilməli, sonrakı nəsildə (necə bir təsadüfdürsə) yenə eyni genin eyni yerində eyni mutasiya olmalı, bu nəsillər boyu heç dəyişmədən davam etməli, bütün bunlar təsadüfən qüsursuz şəkildə baş verməlidir.
Əgər “National geographic” yazıçıları buna inanırlarsa, “biz sülələ olaraq uçmağı çox sevirik, oğlum da baxın, təsadüfi mutasiya keçirdi və qoltuq altlarında quş tükünə bənzər bir neçə forma əmələ gəldi. Nəvəm də eyni mutasiyaları keçirəcək və tükləri bir az da artacaq, bu nəsillər boyu davam edəcək və nəticədə sülaləmiz qanadlanıb uçacaq” deyən bir insana da inana bilərlər. Çünki hər iki hekayənin cəfəngiyyat səviyyəsi eynidir.
Bu vəziyyət əvvəldə bildirdiyimiz həqiqəti, yəni təkamülçülərin canlıların tələbatlarının sanki təbiətdəki sehirli bir güc tərəfindən təmin edildiyinə dair batil inancını üzə çıxarır. Əslində maraqlıdır ki, animizmdəki (təbiətdəki canlı və cansız bütün varlıqların şüuru və ruhu olduğu inancı) “təbiətə şüur aid etmə” inancı XXI əsrdə “elm” adı ilə qarşımıza çıxır. Halbuki darvinizmin məşhur tənqidçilərindən biri olan Fransanın məşhur bioloqu Pol Pier Qrassenin bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir”.167
İnsanlara təlqin edilmək istənilən başqa bir ssenari də sözügedən canlıların bədən səthi ilə bağlıdır. Quruda yaşayan canlılar kimi qəbul edilən pakicetus və ambulocetusun digər məməlilər kimi tüklü bədənə malik olduğu hər kəsin ortaq fikridir. Belə ki, bərpa işlərində hər iki canlı sıx tüklərlə təsvir olunmuşdur. Ancaq daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçdikdə birdən tüklər yox olur. Bunun təkamül baxımından açıqlaması yuxarıda danışdığımıza bənzər lamarkçı hekayələrdən fərqli deyil.
Həqiqət isə sözügedən canlıların hər birinin yaşadıqları mühitə görə ən uyğun şəkildə yaradılmalarıdır. Bu qüsursuz canlıları mutasiyalarla və ya daha bəsit lamarkçı hekayələrlə açıqlamağa çalışmaq ağıldankənardır. Canlılardakı hər xüsusiyyət kimi, sözügedən canlıların mükəmməl sistemləri də bu canlıları Allahın yaratdığını sübut edir.
Dəniz məməlilərinin təkamülü ssenarisinin qarşısındakı çətinliklər
Buraya qədər dəniz məməlilərinin quru canlılarından təkamüllə törədiyi haqqında təkamülçü ssenarinin əsassızlığını təhlil etdik. Elmi kəşflər təkamülçülərin bu ssenarinin başlanğıcına yerləşdirdiyi iki quruda yaşayan məməli (pakicetus və ambulocetus) ilə dəniz məməliləri arasında heç bir əlaqənin olmadığını göstərir. Bəs, ssenarinin ardı?
Bu məsələdə də təkamül nəzəriyyəsi yenə çıxılmaz vəziyyətdədir. Nəzəriyyə elmi təsnifatda archaeocetea (arxaik, yəni qədim balinalar) kimi məlum olan nəsli kəsilmiş özünəməxsus dəniz məməliləri ilə yaşayan balina və delfinlər arasında qohumluq əlaqəsi qurmağa çalışırlar. Lakin əslində mövzu üzrə mütəxəssislər fərqli düşünürlər. Təkamülçü paleontoloq Barbara C.Stahl belə yazır:
Bu, archaeoceteaların qıvraq formada olan bədənləri və özünəməxsus mişar dişləri onların dövrümüzdəki balinaların əcdadı olmadığını açıq şəkildə ortaya qoyur. 168
Dəniz məməlilərinin mənşəyi ilə bağlı təkamülçü ssenari molekulyar biologiyanın kəşfləri baxımından da çıxılmaz vəziyyətdədir. Klassik təkamülçü ssenari balinaların iki böyük qrupunun, yəni dişli balinaların (odonotoceti) bığlı balinalarla (mysticeti) bir ortaq əcdaddan təkamüllə törədiyini güman edir. Amma Brüssel Universitetindən Mişel Milinkoviç yeni bir nəzəriyyə ilə bu fikirə qarşı çıxmış, anatomik bənzərliyə əsasən qurulan fərziyyənin molekulyar kəşflər tərəfindən təkzib edildiyini belə vurğulamışdır:
Cetaceanların (balinaların) böyük qrupları arasındakı təkamül əlaqələri morfoloji və molekulyar analizlərin çox fərqli nəticələrə aparması səbəbindən daha da problemlidir. Morfoloji və davranış xarakterli kəşflərə baxılaraq edilən ənənəvi şərhlər ekolokasiyaya malik dişli balinaların (təqribən 67 növ) və filter sistemiylə qidalanan bığlı balinaların (10 növ) iki fərqli monofilotik (öz daxilində tək mənşədən gələn) qrup olduğunu fərz edir... Digər tərəfdən, DNT üzərində aparılan filogenetik (təkamül qohumluğu) təhlilləri... və amin turşusu müqayisələri... uzun zamandan bəri qəbul edilən bu təsnifatla ziddiyyət təşkil edir. Dişli balinaların bir qrupu, yəni kaşalotlar morfoloji cəhətdən özlərindən tamamilə fərqlənən bığlı balinalara digər odontocetlərdən (dişli balinalardan) daha yaxın görünür.169
Qısaca desək, dəniz məməliləri xəyali təkamül sxemlərinin hər birinə üsyan edirlər.
Dəniz məməlilərinin mənşəyi məsələsindəki təkamülçü təbliğat bir daha üzə çıxdığı kimi, əslində ortada həqiqi dəlillərə əsaslanan bir təkamül prosesi deyil, təkamül nəzəriyyəsinə görə sxemə yerləşdirilməyə çalışılan, amma heç cür bu sxemə uyğun gəlməyən dəlillər var.
Sübutların ön mühakiməsiz təhlil edilməsiylə ortaya çıxan nəticə budur ki, tarixdəki fərqli canlı qrupları bir-birlərindən asılı olmadan, ani surətdə ortaya çıxmışdırlar. Bu da bütün canlıların yaradıldığının elmi dəlilidir.
Məməlilər təkamül pillələrinin ən yuxarı hissəsində yerləşən canlılar kimi qəbul edilirlər. Vəziyyət belə olduğu hlada, əvvəla, bu canlıların nə üçün dəniz mühitinə keçdiyini açıqlamaq çox çətindir? Növbəti sual isə belədir: necə olub ki, bu canlılar dəniz mühitinə balıqlardan belə daha yaxşı uyğunlaşıblar? Çünki yırtıcı balinalar, delfinlər kimi məməli və ağciyərli canlılar suda tənəffüs edən balıqlardan belə daha mükəmməl şəkildə yaşadıqları mühitə uyğundurlar.
Dəniz məməliləri, yerləşdirildikləri xəyali sxemlərin hər birinə üsyan etməkdədir. Alınan nəticə, tarixdə ortaya cıxan canlı quruplarının, bir-birlərindən müstəqil, birdən ortaya çıxmalarıdır. Bu da bütün canlıların yaradılmış olduğu gərçəyinin elmi sübutudur. |
Dəniz məməlilərinin xəyali təkamülünün mutasiya və təbii seçmə vasitəsilə açıqlana bilmədiyi olduqca açıqdır. “GEO” jurnalında dərc olunan bir məqalə dəniz məməlilərindən mavi balinanın mənşəyindən bəhs edərkən darvinizmin bu mövzudakı çarəsizliyini belə ifadə edir:
Mavi balinalar kimi dənizdə yaşayan digər məməli heyvanların da bədən quruluşları və orqanları balıqlarınkına bənzəyir. Onların skeletləri də balıqlarınkı ilə oxşardır. Balinalarda ayaq adlandırdığımız arxa üzvlər tərs inkişaf edib yarımçıq qalmışdır. Ancaq bu heyvanların formalarını dəyişdirdikləri haqqında əldə ən kiçik məlumat belə yoxdur. Dənizə qayıdışın darvinizmin iddia etdiyi kimi, uzunmüddətli yavaş keçidlə deyil, ani sıçrayışlar şəklində olduğunu qəbul etməliyik. Paleontoloqlar dövrümüzdə balinanın hansı məməli heyvan növündən törədiyi haqqında kifayət qədər məlumata malik deyil.170
Quruda yaşayan kiçik məməli heyvanın təkamül prosesi nəticəsində necə olub 30 metr və 60 ton ağırlığında bir balinaya çevrildiyini düşünmək həqiqətən də çox çətindir. Darvinistlərin bu məsələdə edə biləcəkləri yeganə şey “National geographic” jurnalında dərc edilən aşağıdakı hekayədə olduğu kimi, təxəyyül güclərindən istifadə edərək ssenari uydurmaqdır:
Balinaların əmələ gəlməsi bundan 60 milyon il əvvəl dördayaqlı və tüklü məməlilərin qida axtarmaq üçün dənizə girmələriylə başladı. Zaman keçdikcə yavaş-yavaş dəyişikliklər əmələ gəldi. Arxa ayaqlar itdi, qabaq ayaqlar üzgəclərə çevrildi, tüklər yoxa çıxaraq qalın, yumşaq, hamar balina dərisinə çevrildi, burun dəlikləri başın təpəsinə doğru yerini dəyişdi, quyruq genişlənərək balinanın fırçayabənzər quyruğuna çevrildi və bədən suyun içində getdikcə böyüyərək nəhəngləşdi.171
Yuxarıda bəhs olunan mərhələli təkamül ssenariləri, bu ssenarini yazanlar da daxil olmaqla heç kimi qane etmir. Biz yenə də bu uydurmanı hərtərəfli təhlil edək və nə cür həqiqətdənkənar olduğunu mərhələ şəklində nəzərdən keçirək.
Dəniz məməlilərinin özünəməxsus quruluşu
Təkamülçülərin dəniz məməliləri ilə bağlı təkamül ssenarilərinin nə qədər qeyri-mümkün olduğunu göstərən digər bəzi dəlillər də bu canlıların olduqca özünəməxsus quruluşa malik olmalarıdır. Tənəffüs üçün ağciyərlərindən istifadə edən bir məməlinin dəniz mühitində keçirməli olduğu adaptasiyaları nəzərə aldıqda belə bir keçid haqqında “qeyri-mümkün” sözü belə qənaətbəxş deyil. Belə bir keçiddə təkamül prosesi daxilində ara mərhələlərdən hər hansı birinin əksikliyi canlını həyatdan məhrum edəcək və təkamül prosesini dayandıracaqdır.
Dəniz məməlilərinə su mühitinə keçərkən lazım olan adaptasiyalar (uyğunlaşmalar) belə sıralana bilər:
1- Suyun qorunması. Dəniz məməliləri su mühitində yaşamalarına baxmayaraq, su ehtiyaclarını balıqlar kimi, yəni duzlu sudan faydalanaraq təmin edə bilməzlər. Yaşamaq üçün şirin suya ehtiyacları var. Dəniz məməlilərinin su mənbələri çox yaxşı məlum olmasa da, su ehtiyaclarınn böyük hissəsini tərkibində okeandakı duz nisbətinin üçdə biri qədər su olan canlıları yeyərək təmin etdikləri düşünülür. Bu qədər qıt su mənbələrinə malik olan dəniz məməliləri üçün suyun mütləq qorunması və suya qənaət edilməsi olduqca vacibdir. Elə bu səbəbdən, dəniz məməliləri dəvələrdəki kimi suyun qorunması mexanizminə malikdirlər. Eynilə dəvələr kimi dəniz məməliləri də tərləmirlər. Böyrəklər sidiyi insanlardan daha yaxşı şəkildə toplayaraq onlara su qazandırır. Beləliklə, su itkisi ən az səviyyədə olur. Suya qənaət ən kiçik detallarda belə özünü göstərir. Məsələn, ana balina balasını pendir qatılığında olan südlə bəsləyir. Bu süd insan südündən 10 dəfə yağlıdır. Südün bu qədər yağlı olmasının bəzi kimyəvi səbəbləri var. Yağ bala tərəfindən qəbul edildikdən sonra orqanizmdəki parçalanma prosesi nəticəsində su meydana gəlir. Beləliklə, ana az su itkisiylə balasının su ehtiyacını təmin edir.
2- Görmə və xəbərləşmə. Delfinlərin və balinaların gözləri fərqli yönlərdə görməyə imkan verən formadadır. Suyun altında və üzərində eyni dərəcədə mükəmməl şəkildə görə bilirlər. (halbuki insan da daxil olmaqla bir çox canlı işığın qırılmasındakı fərqlərə görə öz təbii mühiti xaricində yaxşı görə bilmir). Bir delfin suyun 6 metrə qədər üzərinə tullana bilir və havada onun üçün tutulan qidanı həssaslıqla ala bilir.
Dəniz məməlilərinin gözü ilə quruda yaşayan canlıların gözü həddindən artıq fərqli xüsusiyyətlərə malikdir. Quruda gözü gözləyən təhlükələr fiziki zərbələr və tozdur. Bu səbəbdən quruda yaşayan heyvanların göz qapaqları var. Su mühitində isə ən böyük təhlükələr duzluluq nisbəti, dərinliklərə dalarkən meydana gələn təzyiq və dəniz axınlarının əmələ gətirdiyi zərərlərdir. Axınlarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Bundan əlavə, dərinlərə daldıqda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə də var. 9 metr dərinlikdən sonra dənizin dibi qaranlıq olduğu üçün su məməlilərinin gözü qaranlıq mühitə uyğunlaşan bir çox xüsusiyyətlərə malikdir. Göz bülluru mükəmməl dairə formasındadır. İşığa həssas olan çöpcüklər rənglərə və detallara qarşı həssas olan kolbacıqlardan daha çoxdur. Habelə gözlərdə xüsusi fosforlu təbəqə var. Bu səbəbdən, dəniz məməlilərinin qaranlıq mühitlərdə görmə qabiliyyəti güclüdür.
Dəniz məməliləri özlərinə xas xüsusiyyətlərə sahibdirlər. Bunlar yaşadıqları mühitə ən uyğun şəkildə yaradılmışdır. |
Amma dəniz məməlilərin ilkin duyğuları görmə deyil. Quru məməlilərinin əksinə, onlarda eşitmə daha vacibdir. Görmə üçün işıq lazımdır, amma eşitmə üçün belə bir ehtiyac yoxdur. Bir çox balina və delfin dəniz dibindəki qaranlıq ərazilərdə bir növ təbii “sonar” sayəsində qida tapır. Xüsusilə dişli balinalar səs dalğaları vasitəsilə “görürlər”. Səs dalğaları eynilə görmə prosesində olduğu kimi fokuslanır və bir nöqtəyə göndərilir. Geri qayıdan dalğalar heyvanın beynində təhlil edilir və şərh olunur. Bu yolla heyvan qarşısındakı cismin formasını, ölçüsünü, sürətini və mövqeyini açıq şəkildə müəyyən edir. Bu canlılardakı radar sistemi inanılmaz dərəcədə həssasdır. Məsələn, bir delfin suya tullanan bir şəxsin “daxilini” də hiss edə bilir. Səs dalğaları istiqaməti müəyyən etməklə bərabər xəbərləşmə üçün də istifadə edilir. Bir-birindən yüz kilometrlərlə aralıqdakı iki balina səs vasitəsilə xəbərləşirlər.
Bu heyvanların xəbərləşmək və istiqaməti müəyyən etmək üçün səsi necə çıxardıqları hələ də məlum deyil. Ancaq delfinin bədənindəki maraqlı bir təfərrüat diqqət çəkir: heyvanın kəllə sümüyünün quruluşu beynini dağıdacaq qədər güclü və fasiləsiz səs bombardmanından qorunmaq üçün izolyasiyalıdır.
İndi bütün bunların üzərində düşünək. Dəniz məməlilərinin malik olduğu bütün bu heyranedici xüsusiyyətlər təkamül nəzəriyyəsinin iki yeganə mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə əmələ gələ bilərmi? Hansı mutasiya bir delfinin bədəninə radar sistemini yerləşdirə bilər və sonra da heyvanın beynini radardan qorumaq üçün kəllə sümüyünü izolyasiya edər? Hansı mutasiya bu canlılara qaranlıq sularda görmələrini təmin edən göz quruluşu qazandıra bilər? Hansı mutasiya əvvəlcə quruda yaşadıqları irəli sürülən bu heyvanların “suya keçidlərini” təmin edə bilər? Hansı mutasiya bu heyvanların bədənlərinə sudan ən qənaətli şəkildə istifadə etmək üçün həssas mexanizmlər yerləşdirə bilər?
Bu cür yüzlərlə sual vermək mümkündür. Təkamülün bunların heç birinə verəcək cavabı yoxdur. Balıqların sularda “təsadüfən” əmələ gəldiklərini, sonra yenə təsadüflər nəticəsində quruya çıxıb təkamüllə sürünənlərə və məməlilərə çevrildiklərini, daha sonra bu məməlilərin yenidən suya qayıdaraq suda yaşamaq üçün lazımi xüsusiyyətləri təsadüfən qazandıqlarını irəli sürən, bütün bu fantastik hekayəni yazan təkamül nəzəriyyəsi bu mərhələlərdən hansını sübut edə bilər? Heç bir cavab qənaətbəxş deyil. Təkamül nəzəriyyəsi bu mərhələlərin baş verdiyini sübut etməyi bir yana qalsın, heç bunların baş verməsi üçün ən kiçik ehtimalın olduğunu belə sübut edə bilmir.
Bir-birindən əmələ gəldiyi iddia edilən canlılar arasında böyük morfoloji fərqlər.
Hilonomusdan təkamülləşdiyi iddia edilən dəniz sürünəni Mesosaurus |
Bura qədər, fərqli canlı növlərinin arasından heç bir “ara keçid forması” olmadan yer üzündə meydana çıxdıqlarını araşdırdıq. Canlılar fosil qeydlərində bir-birlərindən o qədər fərqli quruluşları ilə çıxmaqdadır ki, aralarında hər hansı bi təkamül əlaqəsi qurmaq mümkün deyil.
Təkamülçülərin bir-birlərinin atası olaraq qəbul etdikləri canlıların skeletlərini müqaisə etdikdə, bu gərçək cox açıq şəkildə görsənməkdədir. Bir-birinin atası olaraq irəli atılan canlılar arasında son dərəcə böyük fərqlər var.
Burada bəzi nümunələri nəzərdən keçirəcəyik. Rəsmlərin hamısı onurğalı canlılar barəsində səlahiyyətli olan təkamülçü mənbələrdən götürülmüşdür. |
Hilonomusdan təkamülləşdiyi iddia edilən dəniz sürünəni İchthyosaur
|
|
Bilinən ən qədim sürünən Hilonomus
|
|
İki ayrı cinsdə dəniz sürünəni və təkamülçülərə görə bu canlıların ən yaxın atası olan quru canlısı. Canlılar arasındakı böyük fərqlərə fikir verin. |
1- Bilinən ən qədim quş, Archaeopteruux 2- Bilinən ən qədim uçan sürünənlərdən biri olan və bu qrupun səciyəvi nümayədəsi sayılan Dimorphodon 3- Bir cox təkamülçü mənbə tərəfindən Quşların və uçan sürünənlərin atası sayılan quru sürünəni Euparkeria Bilinən ən qədim quş ( Archaeopteryx), bir uçan sürünən və təkamülçülərə görə bu canlıların ən yaxın qohumu sayılan quru sürünəni. Canlılar arasında fərq yenə cox böyükdür. |
|
1- Eocen dövrünə aid ən qədim yarasanın (İcaronycteris) skeleti 2- Yarasaların atasıı olduğu iddia edilən və qədim həşərat yiyənlərə cox bənzəyən dövrümüzə aid Shrew Bilinən ən qədim yarasa və təkamülçülərə görə yarasaların ən yaxın atası. Yarasa ilə guya atası arasındaki böyük fərqə diqqət edin. |
1- Ən qədim Plesiosaur-un skeleti 2- Eocen dövrü nə aid ən qədim balinalardan biri, Zigorhiza |
|
1- Eocen dövrünə aid ən qədim balinalardan biri, Zigorhiza 2- Balinaların əcdadı mövzusu təkamülçü mənbələr arasında mubahisə mövzusudur. Ancaq bəziləri qədim bir məməli qurupu olan Creodontlarda qərara gəliblər. Yan tərəfdə Creodontların bir növü olan Sinopa. |
1-Miocene dövrünə aid ən qədim suitinin 2-Təkamülçülər tərəfindən suitinin quruda yaşayan ən yaxın əcdadları olaraq qəbul etdikləri məməli Cynodictis gregarius Tipik bir fok balığı iskeleti ve evrimcilere göre fok balıklarının karada yaşayan en yakın atası. Yine canlılar arasında büyük bir fark var. |
|
1- Oligocene dövrünə aid ən qədim dəniz inəyi Halitherium 2- Dəniz inəklərinin daxil olduğu sirenian sinifinə aid dəniz məməlilərin ən yaxın əcdadı hesab edilən Hyrax Bir dəniz inəyi və təkamülçülərə görə onun quruda yaşayan ən yaxın əcdadı |
Nəticə
Buraya qədər təhlil etdiyimiz bütün tapıntılar göstərir ki, canlı növləri yer üzündə heç bir təkamül prosesi olmadan, ani surətdə və qüsursuz şəkildə üzə çıxmışlar. Bu vəziyyət- təkamülçü bioloq Duqlas Futuymanın “əgər canlılar dünyada tam və mükəmməl şəkildə ortaya çıxmışdırlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar” deyərkən qəbul etdiyi kimi,172 canlıların yaradıldıqlarının konkret sübutudur.
Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən sıra ilə ortaya çıxdıqlarını, təkamül keçirdiklərinin göstəricisi kimi izah etməyə çalışırlar. Lakin əslində canlıların yer üzündə üzə çıxma ardıcıllığı ortada heç bir təkamül olmadığına görə “yaradılış ardıcıllığıdır”. Fosillər yer üzünün üstün və qüsursuz yaradılışla, əvvəlcə dənizlərdə, daha sonra quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardınca insanın yaradıldığını göstərir.