Gerçək Təbiət Tarixi -I- (Onurğasızlardan Sürünənlərə)
Təbiət tarixi anlayışı bəzi insanlara təkamül nəzəriyyəsini xatırladır. Bunun səbəbi bu istiqamətdə aparılan təbliğatdır. Bir çox ölkədə təbiət tarixi muzeyləri materialist təkamülçü bioloqların nəzarətindədir və bu muzeylərdəki materiallar da onlar tərəfindən şərh edilir. Tarixən yaşamış canlılar və bu canlılara aid fosil izləri daima darvinist məfhumlarla birlikdə xatırlanır. Bunun bir nəticəsi kimi, bir çox insan təbiət tarixini nəzərdən keçirdikdə “təkamül” adlanan anlayışla qarşılaşacağını düşünür.
Lakin həqiqətlər çox fərqlidir. Təbiət tarixi bizlərə müxtəlif canlı siniflərinin yer üzündə heç bir “təkamül” olmadan bir anda və kompleks formaları ilə birlikdə meydana gəldiyini göstərir. Müxtəlif canlı növləri müstəqil şəkildə, aralarında heç bir “ara forma” olmadan üzə çıxmışlar.
Bu fəsildə fosil qeydlərinə əsaslanaraq təbiətin gerçək tarixini təhlil edəcəyik.
Canlıların təsnifatı
Canlılar bioloqlar tərəfindən təsnif olunurlar. “Taksonomiya” və ya “sistematika” adlanan bu təsnifatın tarixi Linney kimi tanınan XVIII əsrin isveçli elm adamı Karl von Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi təsnifat sistemi dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir.
Bu təsnifatda iyerarxik kateqoriyalar var. Canlılar əvvəlcə “aləm”lərə ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər öz daxilində şöbələrə bölünür. Şöbələr də alt qruplara ayrılır. Təsnifat yuxarıdan aşağıya doğru belədir:
Aləm (Kingdom)
Şöbə/ tip (filum)
Sinif (Class)
Dəstə (Order)
Fəsilə(Family)
Cins (Genus, cəmi Genera)
Növ (Species)
Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul edir. Bitkilər və heyvanlardan başqa göbələklər, protista (yosun və amöb kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və monera (bakteriyalar kimi hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm hesab edilir. Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki yarımqrupa ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar aləminin öz daxilindəki ən böyük təsnifat isə, əvvəldə də bildirdiyimiz kimi, müxtəlif şöbələrdir. Bu şöbələr müəyyən edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn, artropodlar (həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir şöbədir və şöbəyə daxil edilən bütün canlılar, əsasən, bənzər bədən quruluşuna malikdirlər. Chordata (xordalılar) adlandırılan şöbə isə notochord (embrionun arxa tərəfində onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya daha çox onurğaya malik olan canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi onurğaya malik olan heyvanların hamısı Chordatanın yarımsinfi olan onurğalılar yarımtipinə daxildir.
Təqribən 35 fərqli canlı şöbəsi arasında osminoqlar kimi yumşaqbədənli canlıları əhatə edən molyusklar şöbəsi və ya girdə soxulcanların daxil olduğu nemotada şöbəsi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən mühüm xüsusiyyəti isə, əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən quruluşlarına malik olmalarıdır. Şöbələrin yarımkateqoriyaları əsasən bənzər bədən quruluşlarına malikdir, amma şöbələr bir-birlərindən çox fərqlidir.
Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan sonra indi də bu şöbələrin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.
Fosillər “həyat ağacını” təkzib edir...
Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi, darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya əsasən, canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin artması da zaman ərzində paralel baş verməlidir.
Təkamülçü bioloq Ernst Hekkelin 1866-cı ildə çəkdiyi "həyat ağacı". |
Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə israrla vurğulanır və “həyat ağacı” (tree of life) anlayışı tez-tez işlədilir. Bu həyat ağacına əsasən, canlılar arasındakı ən əsas təsnifat vahidi olan şöbələr də sol tərəfdəki sxemdə göründüyü kimi, mərhələli şəkildə ortaya çıxmış olmalıdır.
Darvinizmə əsasən əvvəlcə bir şöbə əmələ gəlməli, sonra digər şöbələr kiçik dəyişikliklərlə və uzun zaman kəsikləri ərzində yavaş-yavaş meydana çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan şöbələrinin sayında da mərhələli artım baş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə əsasən, heyv an şöbələrində nəzərdə tutulan mərhələli say artımını göstərir.
Darvinizmə əsasən, canlılar bu şəkildə inkişaf etməlidirlər. Yaxşı, bəs, həqiqətən bu, belə olub?
Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə üzə çıxdıqları dövrdən etibarən çox fərqli və çox kompleksdirlər. Bu gün məlum olan bütün heyvan tipləri yer üzündə eyni anda Kembri dövrü kimi tanınan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 570-505 milyon il kimi hesablanan 65 milyon illik geoloji dövrdür.
Əsas heyvan qrupları Kembri dövrünün “Kembri partlayışı” adlandırılan daha qısa yarım dövründə ani surətdə üzə çıxmışdır. Stefen C.Meyer, Pol A.Nelson və Pol Çien dərin elmi-ədəbi tədqiqata əsaslanan 2001-ci il tarixli məqalələrində “Kembri partlayışı geoloji dövrün 5 milyon ildən artıq davam etməyən, çox dar zaman intervalında əmələ gəlmişdir” yazırlar.56
Bu dövrdən əvvəlki fosil qeydlərində təkhüceyrəli canlılar və çox bəsit bir neçə çoxhüceyrəlidən başqa heç bir canlı izinə rast gəlinmir. Kembri dövrü kimi olduqca qısa dövr ərzində isə (5 milyon il geoloji cəhətdən çox qısa zaman kəsiyidir) bütün heyvan tipləri heç bir çatışmazlıq olmadan bir anda üzə çıxmışlar!
FOSİLLƏR TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ QARŞI
|
||
Təkamül nəzəriyyəsinə görə təbiət tarixi |
Fosil qeydlərinin sübut etdiyi gerçək təbiət tarixi |
|
Təkamül nəzəriyyəsi əsas canlı tiplərinin ortaq əcdaddan törədiyini, uzun illər ərzində müxtəlifləşib inkişaf etdiyini iddia edir. Yuxarıdakı cədvəldə gördüyümüz kimi, darvinizmə görə canlılar getdikcə şaxələnən ağac kimi bir-birlərindən törəməli və fərqlənməlidirlər. Fosillər isə bu iddianı tamamilə çürüdür. Aşağıdakı cədvəldə isə müxtəlif canlı tiplərinin yer üzündə bir anda və tamamilə fərqli quruluşlarda ortaya çıxdığı aydın görünürr. Kembri dövründə 100-ə yaxın canlı tipinin anidən üzə çıxdığı elmə məlumdur. Daha sonra bu canlı siniflərinin sayı getdikcə azalmışdır. (çünki bəzi canlıların nəsli kəsilmişdir.) |
Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, qabıqlı dəniz canlıları və dəniz zanbaqları (crinoidea) kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların əksəriyyətində dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar nəzərə çarpır. Bu formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science news” yazıçılarından biri olan Riçard Monestarski Kembri partlayışı haqqında belə məlumat verir:
Yarım milyard il əvvəl... Bu gün gördüyümüz olduqca kompleks heyvan formaları ani surətdə üzə çıxmışlar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün məhz başlanğıcına uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu təkamül xarakterli partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız heyvan qrupları erkən Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi, bir-birlərindən çox fərqli idilər.57
Eyni məqalədə Çinin Çenqcianq ərazisindəki Kembri təbəqələrini tədqiq edən paleontoloq Jan Berqstrom belə deyir: “Çenqcianq faunası dövrümüzdəki böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu gün olduğu kimi bir-birlərindən çox fərqli olduğunu üzə çıxarır."58
Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri ilə necə dolub-daşması, heç bir ortaq əcdada malik olmayan fərqli canlıların necə meydana gəlməsi təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi suallardır. Darvinizmin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Dokinz bu həqiqət haqqında belə deyir:
... Kembri təbəqələri əsas onurğas ız canlı qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən artıq təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə malik olmadan, o vəziyyətdə orada meydana gəliblər.59
Bu şəkil, Kembri dövründəki mürrəkəb quruluşa sahib canlıları təsvir edir. Belə fərqli canlıların heç bir əcdadları olmadan meydana çıxması darvinst nəzəriyyəni elə ilk mərhələdə mənasız edir. |
Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkeley və Kaliforniya Universitetinin professoru Filip Conson paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət təşkil etdiyini belə açıqlayır:
Darvinist nəzəriyyə canlıların bir növ “getdikcə genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın əslində başıaşağı dayandığını göstərir: şöbələr elə ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır.60
(Solda)
Burqes Şeyl fosil yatağında tapılan canlı fosillərindən biri (Sağda)Marrella Kembri dövrünə aid fosil |
Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur, hətta sonrakı dövrlərdə bəzilərinin əsli kəsilmişdir. 53-cü səhifədəki qrafiklər fosil qeydlərinin tiplərin mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir:
Göründüyü kimi, Kembridən əvvəlki (Prekembri) dövrdə ancaq təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər gəlib çıxmışdır.
Maraqlı tikanlar: Kembri dövründə anidən meydana çıxan canlılardan biri Hallucigenia (solda). Bunlara kimi xeyli Kembri canlısına aid fosillərdə hücümlara qarşı qorunmaq üçün tikanlar və ya sərt qabıqlar mövcuddur. Heç bir “ovçu” canlının olmadığı bir dövrdə bu heyvanlar necə olur ki, bu cür müdafiə sisteminə sahib olurlar. Ovçu heyvanın mövcud olmaması, bu məsələni təbbi seçmə ilə açıqlamağı imkansız edir. Bu da Təkamül nəzəriyyəsinin cavabsız qaldığı məqamlardan biridir. |
Elmi yazıçı Rocer Levin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs edir:
“Heyvanların ümumi tarixindəki ən mühüm təkamül xarakterli hadisə” kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını qoruyacaq bütün əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların bir qisminin daha sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə müqayisə edildikdə Kembri partlayışının təqribən 100-ə qədər fərqli tipi üzə çıxardığı təxmin edilir.61
Burqes Şeyl fosil yatağı
Levin darvinizmə olan sədaqəti naminə Kembri dövründəki bu qeyri-adi hadisəni “təkamül xarakterli hadisə” kimi tanıtmağa davam edir, amma əldə olan tapıntıların təkamüllə heç bir əlaqəsi yoxdur. Maraqlısı budur ki, yeni fosil tapıntıları təkamül nəzəriyyəsinin Kembri problemini getdikcə daha da böyüdür. Məşhur elmi jurnal olan “Trends in genetics” (TİG) 1999-cu il fevral tarixli say ında bu mövzudan bəh s edir. Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən Burqes Şeyl adlı fosil yatağındakı Kembri dövrü fosillərindən bəhs edilən məqalədə bu ərazidəki fosil tapıntılarının təkamül nəzəriyyəsinin iddialarını heç cür təsdiqləmədiyi qəbul edilir.
Burqes Şeyldəki sözügedən fosil yatağı dövrümüzün mühüm paleontoloji tapıntılarından biri hesab edilir. Kembri dövrünə adi bu canlı fosillərinin xüsusiyyəti çox fərqli şöbələrə aid olmaları və əvvəlki təbəqələrdə heç bir əcdadları olmadan bir anda ortaya çıxmalarıdır. “TİG” jurnalı darvinizmin qarşısındakı bu böyük paleontoloji problemi belə ifadə edir:
Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yer alması olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey Kembri dövründə yaşayan heyvanların fosil qeydlərində təəccüblü dərəcədə çox və birdən-birə üzə çıxmalarıdır. Radiometrik tarixləndirmənin qəti nəticələri və ya getdikcə artan yeni fosil tapıntıları isə bu bioloji inqilabın aniliyini və sahəsini kəskinləşdirmişdir. Canlılar aləmindəki bu böyük dəyişiklik bir açıqlama tələb edir. İndiyə qədər bir çox tezis irəli sürülsə də, heç biri inandırıcı olmamışdır.62
“Heç bi ri inandırıc ı olmayan” bu fikirlər təkamülçü paleontoloqlara aiddir. “TİG” jurnalı bu mövzuda iki məşhur nüfuzlu şəxsdən bəhs edir: Stefen J.Quld və Saymon Konvey Moris. Hər ikisi də Burqes Şeyldəki “ani surətdə üzə çıxmanı” təkamüllə açıqlamaq üçün kitab yazmışdır. Quldun kitabı “Qəribə həyat” (Wonderful life), Morisin kitabı isə “Yaradılış küpü: Burqes Şeyl və canlıların meydana gəlməsi” (The crucible of greation: The Burgess Shale and the rise of animals) adlanır. Ancaq bu iki müəllifin heç biri “TİG” jurnalının vurğuladığı kimi, nə Burqes Şeyl fosillərini, nə də ümumiyyətlə, Kembri dövrünə aid digər fosil qeydlərini heç cür açıqlaya bilmir.
Bütün canlı tiplərinin eyni anda üzə çıxması
Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi üçün nə qədər çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki tapıntılar ən əsas heyvan sinifləri olan şöbələrin, demək olar ki, hamısının Kembri dövründə ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə dərc edilən bir məqalədə “təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcı bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan növlərinin (filumların) fosil qeydlərində ani surətdə ortaya çıxmasına səhnə oldu” deyilir.63 Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət olmadığı belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən daha əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma buna dair bir fosil dəlili yoxdur."64
Kabriyen dövrünün canlılarını təsvir edən başqa bir şəkil |
Kembri dövrü fosillərinin ortaya qoyduğu bu mənzərə təkamül nəzəriyyəsinin fərziyyələrini təkzib edərkən bir tərəfdən də fövqəltəbii yaradılışla var olduqlarını göstərən çox önəmli bir dəlildir. Təkamülçü bioloq Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:
Canlılar dünyada ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxmışdırlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül yolu ilə meydana gəlmişlər. Əgər tam və mükəmməl şəkildə ortaya çıxmışlarsa, deməli, üstün bir Ağıl tərəfindən yaradılmışdırlar.65
Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proses keçirdiyini deyil, bir anda və ən mükəmməl şəkildə üzə çıxdıqlarını göstərir. Bu isə canlıların şüursuz təbii proseslərlə deyil, şüurlu yaradılışla var olduğuna dəlildir. Nyu York Steyt Universitetindən ekologiya və təkamül professoru Cefri S.Levinton “Elmi amerikan” (Scientific american) jurnalında yazdığı “Heyvan təkamülünün Biq bənqi” adlı bir məqaləsində bu həqiqəti istəmədən də olsa, qəbul edir və “Kembri dövründə çox xüsusi və sirli yaradıcı gücün varlığını görürük” deyir.66
Molekulyar müqayisələr təkamülün Kembri müəmmasını dərinləşdirir
Təkamül nəzəriyyəsini Kembri partlayışı ilə əlaqədar çıxılmaz vəziyyətə salan digər həqiqət isə fərqli canlı kateqoriyaları arasında aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə qədər “yaxın qohum” hesab etdikləri heyvan kateqoriyalarının genetik cəhətdən çox fərqli olduqlarını üzə çıxarır, beləliklə, onsuz da yalnız nəzəriyyə şəklində mövcud olan “ara forma” fərziyyələrini kökündən məhv edir. “Proceedings of the National Academy of Sciences” jurnalında 6 elm adamının imzası altında dərc olunmuş 2000-ci il tarixli bir məqalədə DNT analizlərinin “əvvəllər ara forma hesab edilən” kateqoriyaları bu siyahıdan çıxardığı belə açıqlanır:
DNT ardıcıllığı analizləri filogenetik ağaclar haqqında yeni izahlar verir. Metazoa (çoxhüceyrəli canlılar) ağacının ən aşağısında yer alan və daha əvvəl bir-birini təqib edən komplekslik dərəcələrini təmsil edən canlı sinifləri ağacın daha yuxarı hissələrinə doğru yerlərini dəyişdirirlər. Bunun nəticəsində geridə heç bir “ara forma” qalmır və bizi bilateria (hər iki tərəfi simmetrik orqanizmə malik canlıların) kompleksliyinin mənşəyi haqqında yenidən düşünməyə vadar edir.67
Eyni məqalədə təkamülçü müəlliflər daha əvvəl süngərlər, cnidaria, ctenophora kimi onurğasız dəniz canlıları qrupları arasında “ara forma” hesab etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə artıq belə hesab edilməyəcəklərini bildirir və bu cür təkamül ağacları uydurma məsələsində artıq “ümidlərini itirdiklərini” belə ifadə edirlər:
Yeni molekulyar əsaslı filogeniyanın bəzi mühüm nəticələri var. Bunlardan ən mühümü süngərlər, cnidaria və ctenophora arasındakı “ara forma” siniflərinin və bilaterial canlıların son ortaq əcdadının, yəni “urbilateria”nın aradan qalxmasıdır... Bunun təbii nəticəsi olaraq urbilateriyaya gedən nəsil ağacında çox böyük boşluğumuz var... Mərhələli şəkildə getdikcə artan komplekslik ssenarisi vasitəsilə “boşluqdakı əcdadı” yenidən inşa etməklə bağlı ümidimizi (klassik təkamül məntiqində bu vasitəyə çox müraciət olunub) itirmişik.68
Trilobitlər və Darvin
Kembri dövründə ani surətdə üzə çıxan müxtəlif canlı tiplərinin ən maraqlılarından biri sonradan nəsli kəsilmiş trilobitlərdir. Artropodlar (buğumayaqlılar) tipinə daxil olan trilobitlər bərk qabıqları, buğumlu bədənləri və kompleks orqanları ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin gözləri haqqında da çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir trilobit gözü yüzlərlə kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər birinin içində cüt göz bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Deyvid Roup “450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır” deyir.69
Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks quruluşu belə darvinizmi tək başına əsassız edir. Çünki daha əvvəlki geoloji dövrlərdə bu canlılara bənzər heç bir kompleks canlı yaşamamışdır və bu da göstərir ki, trilobitlər heç bir təkamül prosesi olmadan üzə çıxmışdırlar. “Elm” (Science) jurnalındakı 2001-ci il tarixli bir məqalədə belə deyilir:
Trilobitlərin gözü, hər biri cüt göz bülluru olan yüzlərlə kiçik pətək gözdən ibarət bir yaradılış möcüzəsidir. |
Buğumayaqlı filogeniyalarının kadist təhlilləri (müqayisəli anatomiyaya əsaslanan üsullarla aparılan təhlillər) trilobitlərin eucrustacea kimi artropod ağacındakı olduqca təkmil “budaqlar” olduğunu göstərir. Bu iddia edilən təkmil buğumayaqlı əcdadların varlığına dair isə heç bir fosil yoxdur... (Trilobitlərin) daha qədim mənşəyi olduğu kəşf edilsə belə, yenə də Kembri dövrünün əvvəlindəki bu qısa zaman kəsiyində nə üçün bu qədər çox heyvanın bədən ölçüsü baxımından böyüdüyünü və qabıq qazandığını açıqlamaq problem olaraq qalacaqdır.70
Darvin “əgər nəzəriyəm doğrudursa, trilobitlərdən əvvəlki dövrlər,bu canlıların ataları ilə dolub daşmalıdır”.Amma Darvinin xəyal etdiyi bu canlılardan bir dənə belə tapılmamışdır. |
Kembri dövründəki bu qeyri-adi vəziyyət Çarlz Darvin “Növlərin mənşəyi”ni qələmə alarkən də az-çox məlum idi. O dövrün fosil qeydlərində də Kembri dövründə canlıların birdən-birə ortaya çıxdığı müşahidə edilmiş, trilobitlərin və digər bəzi onurğasızların ani surətdə üzə çıxdıqları müəyyən edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya toxunmaq məcburiyyətində qaldı. O dövrlərdə Kembri dövrü Silur dövrü adlandırılırdı. Darvin isə “məlum olan qədim fosil qeydlərində fərqli növlərin ani surətdə üzə çıxmasına dair” başlığı altında bu mövzuya toxunmuş və Silur dövrü haqqında belə yazmışdı:
Beləliklə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim silur təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun zaman kəsikləri keçməlidir, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun zaman kəsikləri. Lakin hələ də məlum olmayan bu zaman kəsikləri ərzində dünya canlı məxluqlarla dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid fosil qeydlərini nə üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş cavabım yoxdur.71
Darvin “əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır” demişdi. Bu canlıların nə üçün heç bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər çox azdır” bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil qeydlərinin kifayət qədər olduğu və Kembri dövrü canlılarının əcdadları olmadığı üzə çıxmışdır. Bu isə Darvinin “əgər nəzəriyyəm doğrudursa” deyə başladığı cümləsini əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını tapmamışdır və ona görə də nəzəriyyəsi doğru deyil.
Kembri dövrünə aid qeydlər həm trilobitlər kimi kompleks canlı orqani zmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni anda ortaya çıxması ilə darvinizmi təkzib edir. Darvin kitabında “əgər eyni sinifə aid çox saydakı növ həqiqətən həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsinə öldürücü zərbə olar” deyə yazmışdır.72 Kembri dövründə isə əvvəlcədən də bildirdiyimiz kimi, növlər kimi bənzər kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan tipi həyata bir anda və birlikdə başlamışdır. Bu tam mənada Darvinin “öldürücü zərbə” kimi tərif etdiyi mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq Stefan Benqston Kembri dövründən bəhs edərkən “Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də təəccübləndirir” deyir.73
Trilobitlər haqqında digər məsələ də bu canlılardakı 530 milyon illik pətək göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni göz quruluşuna malikdir.74 Bu tapıntı təkamül nəzəriyyəsinin canlıların ibtidaidən aliyə doğru inkişaf etməsi iddiasına da “öldürücü zərbə” vurur.
Onurğalı canlıların təkamülü iddiası
Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər.
Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa bir şöbənin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq bütün şöbələr kimi, chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız hala salır.
Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.
Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75 Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə edir:
Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76
Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur ki, “bu təkamülün baş verdiyinə şübhə yoxdur” deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:
Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77
Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda fosil qalığı var. Kembri dövrü canlılarının hamısı onurğasızdır və bu növlərə aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı Burqes Şeyl yatağında yumşaqtoxumalı bir çox canlılnın fosili var, elm adamları Burqes Şeyl kimi bölgələrdə canlıların oksigen faizi çox aşağı olan palçıq təbəqələri ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan fosilləşdiyini düşünürlər.78
Təkamül nəzəriyyəsi pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən hər hansı ara forma fosili tapılmadığı kimi, “balıqların təkamülü” iddiasını dəstəkləyən fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar.
Robert Karol təkamülçülərin qədim dövr onurğalıları arasındakı müxtəlif siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti belə etiraf edir:
Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə bağlı heç bir dəlilimiz yoxdur. Onsuz da kəlləlilərin fosillərdə saxlamasını gözlədiyimiz bütün əyani xüsusiyyətləri kifayət qədər məlumatımız olan ən qədim dövrə aid olan onurğalılar sərgiləyir. Çənəli onurğalıların mənşəyini üzə çıxaracaq məlum heç bir fosil yoxdur.79
Bilinen en eski kordalı canlı olan Pikaia'nın fosili ve canlının tahmin edilen anatomisi |
Başqa bir təkamülçü paleontoloq Cerald T.Tod “Sümüklü balıqların təkamülü” adlı məqaləsində bu həqiqət qarşısında bu cür çarəsiz sualları sıralayır:
Sümüklü balıqların hər üç sinfi də fosil təbəqələrində eyni anda və ani surətdə ortaya çıxırlar... Bəs bunların mənşəyi nədir? Bu cür fərqli və kompleks məxluqları ortaya çıxaran nədir? Nə üçün onların əcdadları olan canlıların izlərindən əsər-əlamət yoxdur?80
BALIQLARIN KEÇMİŞİ
Fosil qeydləri, digər canlı sinifləmələri kimi balıqlarında yey üzündə birdən bə fərqli quruluşları ilə meydan çıxdıqlarını göstərməkdədir. Balıqlar, arxalarında heç bir “təkamül” mərhələsi olmadan, qüsursuz anatımiyaları ilə bir anda yaradılmışlar |
(Solda) Brazilyadakı Santana fosil mədənində tapılan 110 milyon illik balıq fosilləri, (Sağda) Devonien dövrünə aid,təxminən 360 milyon illik balq fosili. Osteolepis panderi adlandırılan canlı təxminən 20 sm uzunluğunda və günümüzdə yaşayan balıqlara cox oxşayır. |
Quruda yaşayan canlıların təkamülü iddiası
Dördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalı canlılara verilən ümumi addır. Bu təsnifata amfibiyalar, sürünənlər və məməlilər daxildir. Təkamül nəzəriyyəsinə əsasən, dördayaqlılar suda yaşayan balıqlardan təkamül yolu ilə törəyiblər. Lakin bu iddia həm fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, həm də fosil qeydləri baxımından əsassızdır.
Bir balıq quruda yaşamağa uyğunlaşmaq üçün tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli yerlərində çox böyük dəyişikliklər keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını daşıyacaq şəkildə ayaq xüsusiyyəti qazanmalı, orqanizmin artıqlarını təmizləmək üçün böyrəklər əmələ gəlməli, dəri maye itirməsinin qarşısını alan forma qazanmalıdır. Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən çox bir neçə dəqiqə yaşaya bilər.
Bəs quruda yaşayan canlıların mənşəyi təkamül nəzəriyyəsinə əsasən necə açıqlanır? Təkamülçü ədəbiyyata baxdıqda bu mövzuda bəzi səthi şərhlərin lamarkist məntiq daşıdığını görə bilərik. Məsələn, üzgəclərin ayaqlara çevrilməsi haqqında “üzgəclər balıqların quruda sürünməyə çalışması ilə yavaş-yavaş ayaq formasına çevrildi” kimi izahlar verilir. Türkiyənin qabaqcıl təkamülçü elm adamlarından biri olan prof. Əli Dəmirsoy belə yazır: “Bəlkə palçıqlı sularda sürünə-sürünə bu ağciyərli balıqların üzgəcləri bir müddət sonra amfibiya ayağı kimi formalaşmışdır."81
Bu izahlar əvvəldə də bildirdiyimiz kimi, lamarkist məntiqə əsaslanır. Çünki izahın əsasında “istifadəyə yararlı orqanın təkmilləşməsi” və bunun sonrakı nəsillərə ötürülməsi anlayışları durur. Lamarkın bir əsr əvvəl elmdən kənarlaşdırılmış nəzəriyyəsi göründüyü kimi, hələ də təkamülçü bioloqların şüurunda böyük təsirə malikdir.
Sözügedən lamarkist və dolayısı ilə, elmdənkənar ssenariləri bir kənara qoysaq, təbii seçmə və mutasiyaya əsaslanan ssenariləri təhlil etməliyik. Bu mexanizmləri düşündükdə isə sudan quruya keçid iddiasının tamamilə çıxılmaz vəziyyət olduğunu görürük.
Təkamül tərəfdarı olan nəşrlərdə yuxarıdakı şəklə oxşar xəyali rəsimlərlə müdafiə edilən sudan quruya keçiş senarisi, gərçəkdə təkamül nəzəriyyəsinin öz qəbul etdikləri ilə zidd olan Lamar kist məntiqlərə əsaslanmaqdadır. |
Sudan quruya çıxan bir balığın quruya necə uyğunlaşdığını düşünək: əgər bu balıq tənəffüs sistemi, ifraz at mexanizmi, skelet quruluşu kimi fərqli cəhətlərdən çox sürətlə dəyişiklik keçirməsə, heç şübhəsiz, öləcəkdir. Elə bir mutasiya zənciri olmalıdır ki, bu, balığa dərhal bir ağciyər qazandırmalı, üzgəclərini ayaqlara çevirməli, ona böyrək əlavə etməli, dərisini su saxlayacaq formaya salmalıdır. Bu mutasiya zəncirinin bir heyvanın həyatı ərzində baş verməsi də labüddür.
Belə bir mutasiya zəncirini heç bir təkamülçü bioloq müdafiə etmir, çünki bu düşüncənin cəfəngliyi və qeyri-mümkünlüyü ortadadır. Bunun əvəzində təkamülçülər “ön adaptasiya” (pre-adaptation) anlayışını işlədirlər. Bunun mənası balıqların quruda yaşamaq üçün lazım olan dəyişiklikləri hələ suda yaşayarkən əldə etmələridir. Yəni bu nəzəriyyəyə əsasən, bir balıq növü hələ suda yaşayarkən və heç ehtiyacı yox ikən quruda yaşamasını təmin edən xüsusiyyətləri qazanmışdır. “Hazır” formaya düşdükcə isə quruya çıxıb burada yaşamağa başlamışdır.
Ancaq belə bir ssenarinin təkamül nəzəriyyəsinin öz fərziyyələri daxilində belə məntiq yoxdur. Çünki dənizdə yaşayan bir canlının quruda yaşamağa uyğun xüsusiyyətlər qazanması onun üçün bir üstünlük olmaz. Ona görə də bu xüsusiyyətlərin təbii seçmə tərəfindən seçilib əmələ gəldiyini irəli sürməyin heç bir məntiqli əsası yoxdur. Əksinə, təbii seçmə “ön adaptasiya” keçirən bir canlını aradan çıxarmalıdır, çünki bu canlı quruda yaşamağa uyğun xüsusiyyətlər qazandıqca dənizdə yaşamaq üçün qeyri-uyğun formaya düşəcəkdir.
Qurbağaların mənşəyində də təkamül yoxdur. Bilinən ən qədim qurbağalar,balıqlardan tamamilə fərqli onlara xas quruluşları ilə meydana çıxmışdır.Bu günkü qurbağalarla eyni xüsusiyyətlərə sahibdirlər. Dominikan respublikasında tapılan amber içindəki qurbağa fosili ilə yaşayan nümunələri arasında heç bir fərq yoxdurr. |
Qısa desək, “dənizdən quruya keçid” ssenarisi tamamilə çıxılmaz vəziyyətdədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Cinin bu ssenarini qeyri-elmi hekayə hesab etməsinin səbəbi budur:
Təkamüllə bağlı “itmiş halqalarla” bağlı ənənəvi hekayələr də bir-birilə ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı var – hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə, bunu ancaq bir dəfə baş verəcək hadisə kimi görməkdə çətinlik çəkirik, çünki hekayənin gedişatı budur. Hekayəyə ya etibar edəcəksiniz, ya da etməyəcəksiniz, başqa alternativ yoxdur.82
Təkcə təkamülün “mexanizmləri” deyil, fosil qeydləri və yaşayan tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən tapıntılar da təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Robert Karol “nə fosil qeydləri, nə də müasir familiya cinslərindəki irəliləyişlər üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə oynaqlarla bağlanan orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir söyləyə bilmir” deyə etiraf etmək məcburiyyətində qalır.83
Gec Devonyen dövrünə aid Kanada da tapılan Eusthenopteron foordi fosili |
Balıqlarla quruda yaşayan canlılar arasındakı keçidi göstərdiyi iddia edilən canlılar isə əslində müxtəlif balıq və suda-quruda yaşayan canlı növləridir, bunların heç birində ara keçid forması xüsusiyyəti yoxdur.
Təkamülçü təbiət tarixçiləri, əsasən, rhipidistian və ya selakant siniflərinə aid balıqları dördayaqlıların əcdadı hesab edirlər. Bunlar crossopterygian dəstəsinə aid balıqlardır və təkamülçüləri ümidləndirən yeganə xüsusiyyətləri üzgəclərinin digər balıqlara nisbətən “ətli” olmasıdır. Lakin bu balıqların heç biri ara keçid forması deyil və suda-quruda yaşayanlarla aralarında anatomik və fizioloji cəhətdən uçurumlar var.
Balıqların suda-quruda yaşayanların təkamül əcdadı hesab edilməməsinin ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik fərqlərdir. Bunun iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin çoxunda istifadə edilən eusthenopteron (nəsli kəsilmiş balıq) və aconthostegadır. (nəsli kəsilmiş suda-quruda yaşayan). Robert Karol “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar haqqında belə şərh verir:
Eusthenopteron və acanthostega balıq və suda-quruda yaşayanlar arasındakı keçidin son mərhələsi hesab edilə bilər. Bu iki cins arasında müqayisə ediləcək 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa uyğunlaşmağa meyilli dəyişikliklər göstərmişdir... Bu, paleozoik tetrapodların on beş əsas qrupunun mənşəyi ilə bağlı keçidlərin hər hansı birində üzə çıxan dəyişikliklərin sayından daha çoxdur.84
145 anatomik xüsusiyyət üzərində 91 dəyişiklik... Təkamülçülər bütün bunların təqribən 15 milyon illik proses ərzində bir sıra təsadüfi mutasiya nəticəsində əmələ gəldiyinə inanırlar.85 Bu cür qeyri-mümkün bir ssenariyə inanmaq təkamül nəzəriyyəsini xilas etmək üçün lazım ola bilər, ancaq bu elmə və məntiqə zidd inancdır. Eyni vəziyyət digər balıq-amfibiya (suda-quruda yaşayan) ssenariləri üçün də keçərlidir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Ci ichthyostega (acanthostegaya çox bənzəyən xüsusiyyətləri olan nəsli kəsilmiş suda-quruda yaşayan) üzərində qurulmuş başqa bir ssenari haqqında belə şərh verir:
İchthyosteganın balıqlar və daha sonrakı dövr tetrapodları arasındakı itmiş halqa olduğuna dair açıqlama daha çox ön mühakimələrimizi ortaya qoyur. Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha əcaib və daha fərqli olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi əsas götürərək məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.86
Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən digər bir xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyanın ani surətdə üzə çıxmasıdır. R.Karol “qurbağalar, əsl ayaqsızlar (caecilidae) və salamandrların ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən çoxunu daşıyır"87 deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar.
Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr
Selakant sinfinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.
Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsinin latimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq J.L.B.Smit “yolda dinozavrla qarşılaşsaydım, bundan daha az təəccüblənərdim” demişdi.88 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant tutuldu.
Əldə Selekantın sadəcə fosillər olduğu halda, təkamülçü paleontoloqlar canlı haqqında həddidən artıq Darvinist fərziyyə ortaya atmışlar. Ancaq həmin balıqdan canlı tutulanda bütün fərziyyələr alt-üst oldu. Altda Selekantın canlı nümunələri görsənir. Sağdakı şəkil 1998-ci ildə İndoneziyada tutulan ən son Coelacanth nümunələrə aididr. |
Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.89 Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90
Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir:
Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid edilmişdi... Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaq ənin sadəcə bir istəkdən ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91
Beləliklə, balıqlar və su da-quruda yaşayanlar arasındakı yeganə ara forma iddiası da əsassız oldu.
Üzgəclə Ayaq Arasındakı Fərq
Təkamülçülərin, Selekant və ona oxşar balıqları quruda yaşayan calıların atası olaraq fərz etmələrinin əsil səbəbi, bu balıqları üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zamanla ayaqlara çevrildiyi fərz edirldilər. Ancaq bu balıqların sümükləri ilə ichthyostega kimi quruda yaşayan canlıların ayaqlaqları arasında əsas bir fərq var: Selekant-da sümüklər 1-ci şəkildəki kimi onurğaya bitişik deyil. Ancaq ichthyostega-da sümüklər 2-ci şəkildəki kimi birbaşa onurğaya bitişikdir. Qısacası bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilmələri iddiası tamamilə əsasızdır. Selekant-ın üzgəclərindəki sümüklərin quruluşu ilə ichthyostega-nın ayaqlarındakı sümüklərin quruluşu da 33-cü və 4-cü şəkildə görsəndiyi kimi cox fərqlidir.
|
Sudan quruya keçid iddiasının fizioloji əngəlləri
Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiasının fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də əsassız olduğu sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:
1. Ağırlığın daşınması: Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.
Təkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.
Böyrək əngəli
Balıqlar bədənlərindəki zərərli maddəlri birbaşa suya buraxırlar. Quruda yaşayan canlıların isə böyrəyə ehtiyacları var. Qısacası “sudan quruya keçış” fərziyəsi böyrəklərində təsadüfən əmələ gəlməsi lazımdır. Ancaq böyrəklər son dərəcə mürrəkəb quruluşa sahibdir. Bir bəyrək öz işini görməsi üçün qüsursuz olması lazımdır. Yalnız 50%-i və ya 70%-i, hətta 90%-i əmələ gəlmiş böyrəyin heç bir funksiyası yoxdur. Təkamül nəzəriyyəsi işləməyən orqan atılmalı fərziyyəsinə əsaslandığına görə, 50%-i sağlam olan böyrək elə təkamülün başlağıcında bədəndən atılacaqdı. |
2. Temperaturun qorunması: Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Bir quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə qorunma sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyyatdır.
3. Sudan istifadə: Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən, suyun, hətta nəmin ölçülü istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.
4. Böyrəklər: Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki növü var. Köpək balıqları, skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq 2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün böyrəyi olmayan canlılar dərhal bir anda böyrək sisteminə malik olmalıdırlar.
5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar.Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür.
METAMORFOZ
Qurbağalar əvvəl suyun içində doğulurlar, bir müddət suda yaşayıb, sonra “metamorfoz“ adlanan dəyişmə ilə quruya çıxırlar. Bəzi insanlar isə, metamorfozu təkamülün sübutu və ya təkamülə nümunə hesab edirlər. Ancaq həqiqətdə metamorfozun təkamüllə heç bir əlaqəsi yoxdur.
Təkamül nəzəriyəsinin ortaya atdığı tək inkişaf mexanizması , mutasiyalardır. Metamorfoz isə, mutasiya kimi təsadüfi təsirlərlə baş verməz. Əksinə bu dəyişmə, qurbağaların genlərində başlanğıcdan bəri mövcuddur. Yəni qurbağa doğulduğu anda, onun sonra deyişimə keirib quruda yaşamağa uyğun bədənə sahib olacağı məlumdur.Son illərdə aparılan tədqiqatlar, metamorfoz mərhələsinin fərqli genllər tərəfindən idarə olunan mwrəkkəb bir əməliyyat olduğunu göstərməkdədir. Məsələn bu dəyişim zamanı quyruğun yoxa çıxması, “Science News” jurnalındakı ifadə ilə “ bir neçə gen” tərəfindən idarə olunmaqdadır.( Science News , 17 iyun,1999, s 43)
Təkamülçülərin “sudan quruya keçmə “iddiası isə, tamamilə suda yaşamaq üçün yaradılmış genetik məlumata sahib olan balıqların, təsadüfi mutasiyalar nəticəsində, təsadüfən quruda yaşayan canlılara çevildiyi şəklindədir.Buna görə də metamorfoz gerçekdətəkamülü müdafiə edən deyil, alt-üst edən bir sübutdur. Çünki metamorfoz mərhələsində ən kiçik xəta olsa canlı ölər və ya şikəst olar. Metamorfozun qüsursuz olaraq qurtarması şərtdir. Bu cür mürəkkəb və xətaya imkan verməyən bir mərhələnin, təkamülün iddia etdiyi kimi təsadüfi mutasiyalara meydana gəlməsi imkansızdır. |
Sürünənlərin mənşəyi
Dinozavr, kərtənkələ, tısbağa və ya timsah... Bütün bu canlılar “sürünənlər” adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir, amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var. Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar, yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq dünyaya gətirirlər.
Yumurtların Fərqi
Suda-quruda yaşayan sürünən təkamülü fərziyyəsinin ziddiyətlərindən biri də, yumurtaların quruluşudur.Suda inkişaf edən amfibiya yumurtaları , şirəli quruluşa və keçirici bir pərdəyə sahibdir.Ancaq sürünən yumurtaları ,sağdakı dinozavr yumurtasınin bğrpasında görüldüyü kimi, quru şəraitinə sərt və su keçirməyən quruluşdadır. Bir amfibiyanın sürünənə çevrilməsi üçün yumurtalarının təsadüfən qüsursuz sürünən yumurtasına çevrilməsi. |
Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia edirlər. Amma bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə, suda-quruda yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox böyük fizioloji fərqlər olduğunu və “yarısürünən-yarısuda-quruda yaşayan” canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.
Bunun bir nümunəsi iki fərqli canlı qrupunun yumurta formalarıdır. Amfibiyalar (suda-quruda yaşayanlar) suda yumurtlayırlar. Yumurtalar suyun içində inkişaf etmək üçün uyğun formadadırlar, olduqca keçirici və şəffaf pərdə və jeleyə bənzər qatılığa malikdirlər. Lakin sürünənlər quruda yumurtlayırlar və ona görə də yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. “Amniotik yumurta” adlandırılan sürünən yumurtasının bərk qabığı havanı keçirir, amma suyu keçirmir. Bunun sayəsində balanın ehtiyacı olan maye o yumurtadan çıxana qədər saxlanılır.
Suda-quruda yaşayanlar əgər quruda yumurtlasalar, qısa zamanda yumurtaları quruyar və içindəki embrionlar da ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən problemdir. Çünki quruda yaşamağa başlayarsa, amfibiya yumurtası bir nəsil daxilində amniotik yumurtaya çevrilməlidir. Bunun təkamül mexanizmləri kimi irəli sürülən təbii seçmə-mutasiya tərəfindən necə əmələ gətirilməsi açıqlana bilmir. Bioloq Maykl Denton bu barədə təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə izah edir:
Bütün təkamül dərslikləri sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürürlər, ancaq heç biri sürünənlərin əsas ayırdedici adaptasiyası olan amniotik yumurtanın bir-biri ardınca meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ gəldiyini açıqlaya bilmir. Sürünənlərin amniotik yumurtası suda-quruda yaşayanlarınkından daha böyük, daha kompleks və tamamilə fərqlidir. Bütün heyvanlar aləmində bir-birindən bu qədər fərqli iki yumurta yoxdur... Amniotik yumurtanın və amfibiya-sürünən keçidinin mənşəyi təkamül sxemlərində heç vaxt göstərilə bilməyən əsas onurğalı bölmələrindən biridir. Məsələn, bir suda-quruda yaşayanın ürək və aorta damar kanallarının necə mərhələli şəkildə sürünən və məməli şərtlərinə çevrildiyini planlaşdırmaq mütləq qorxunc problemlər ortaya çıxaracaqdır....92
Digər tərəfdən fosil qeydəri də sürünənlərin mənşəyinin təkamül yolu ilə açıqlanmasını əsassız edir.
Seymouria xətası
Təkamülçülərin bir vaxtlar solda fosili olan Seymouria adlı canlının suda-quruda yaşayan ilə sürünən arası bir keçid formu olduğunu iddia etmişdirlər. Bu ssenariyə görə Seymouria “sürünənlərin ibtidai atası” idi. Ancaq sonralar tapılan fosil tapıntıları , Seymourianın yerüzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəlində də sürünənlərin yaşadığını göstərdi.Bu vəziyyət qarşısında , təkamülçülər, Seymouria haqqındakı şərhlərini dayandırmağa məcbur oldular. |
Robert L.Karol “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqlarını və əcdadlarının hələ də tapılmadığını” qəbul etmək məcburiyyətində qalmışdır. Klassik əsəri olan “Onurğalıların paleontologiyası və təkamül” (Vertebrate paleontology and evolution) adlı kitabında “qədim dövr amniodları Paleozoy dövrünun bütün suda-quruda yaşayan canlılarından olduqca fərqlidir və əcdadları məlum deyil”93 yazır. 1997-ci ildə nəşr olunan “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı sonrakı kitabında isə “müasir suda-quruda yaşayan canlı növlərinin mənşəyi və qədim dövr tetrapodları arasındakı keçid və digər bir çox əsas qrupun mənşəyi haqqında hələ də çox az məlumat var” deyə etiraf edir.94
Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld “heç bir suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş və ya məməlilərin) əcdadına bənzəmir” deyir.95
qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm canlı isə seymouria adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin əslində seymourianın ara keçid forma olmadığı seymourianın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum olması ilə aşkar olmuşdur. Ən qədim seymouria fosilləri Erkən perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən növləri olan hylonomus və paleouthyris Erkən pensilvan təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.96 “Sürünənlərin əcdadı”nın sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.
Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda üzə çıxdıqlarını göstərir.
İlanlar və tısbağalar
Digər tərəfdən ilan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli sürünən sinifləri arasında da keçilməz sərhədlər var. Bu fərqli siniflərin hər biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla birdən-birə üzə çıxırlar. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına baxaraq təkamül prosesinin baş verdiyini fərz edirlər. Amma bu fərziyyələr fosil qeydləri ilə dəstəklənmir. Məsələn, çox yayılmış təkamülçü bir fərziyyəyə əsasən, ilanlar kərtənkələlərin mərhələli şəkildə ayaqlarını itirərək təkamül yolu ilə əmələ gəlmişdir. Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan bir kərtənkələnin daha “üstün quruluşa” necə malik olması və təbii seçmə tərəfindən “seçilməsi” sualı cavabsızdır.
50 milyon illik piton ilanı fosili Növün adı :Palaeopython |
Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar da heç bir “ara keçid forma” xüsusiyyəti daşımayan və dövrümüzdəki ilanlardan fərqi olmayan canlılardır. Məlum olan ən qədim ilan fosili Cənubi Amerikada Üst təbaşir dövrünə aid qayalıqlarda tapılmış dinilysiadır. Robert Karol bu canlının “həddindən artıq təkmilləşmiş təkamül səviyyəsində olduğunu”, yəni ilanların xarakterik xüsusiyyətlərinə malik olduğunu qəbul edir.97
Digər sürünən sinfi olan tısbağalar da fosil qeydlərində özünəməxsus qabıqları ilə bir anda üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi haqqında bu ifadələr işlədilir:
Təəssüf ki, tısbağaların digər onurğalılara nisbətən daha çox və yaxşı qorunmuş fosilləri qaldığına baxmayaraq, bu cinsin mənşəyi erkən dövr fosillərinin çatışmazlığına görə məlum deyil. Trias dövrünün (təqribən 200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur və əsas tısbağa xüsusiyyətlərinə malik idi… Tısbağalar ilə qurbağaların təkamül yolu ilə törədikləri ibtidai sürünənlər olan kotilozavrlar arasındakı keçid tamamilə boşdur.98
Robert Karol da tısbağaların mənşəyini “hələ çox az məlum olan mühüm keçidlər” arasına qatmağa məcbur olmuşdur.99
Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda və ayrı-ayrı ortaya çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi sübutudur.
Üst tərəfdə , Almaniyada tapılan 45 milyon ilik şirin su tısbağası fosili. Sağda isə, bilinən ən qədim dəniz tısbağaının qalığı : Brazılyada tapılan 110 milyon illik fosil, bu gün yaşayan nümunələrindən fərqsiz. |
Uçan sürünənlər
Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir. Bunlar təqribən 200 milyon il əvvəl Üst trias dövründə ilk dəfə üzə çıxmış və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar: soyuqqanlı canlılardır (öz temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür. Ancaq güclü qanadlara malikdirlər və bu qanadlar sayəsində uçduqları düşünülür.
Pterodactylus khoci növünə aid uçan sürünən fosili. Bavyera bölgəsində tapılan nümunənin 240 milyon yaşındadır. |
Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda belə bir təsəvvür canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda yaşayan sürünənlərlə aralarında heç bir ara keçid forma olmadan bir anda və tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur. “Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.
Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu cür xəyali canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala düşəcəkdilər. Belə olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan çıxaraq nəsli kəsiləcəkdi.
Belə ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə onların əsla təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər barmaqlardan təxminən 20 dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamül yolu ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu təsadüfi mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün xüsusiyyət qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Ciş bu barədə belə deyir:
Ən qədim uçan sürünən növlərindən biri olan Eudimorphodon-un fosil . Şimali İtaliyada tapılan bü nümunə, təxminən 220 milyon il yaşındadır. |
Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı digər formaların mərhələli şəkildə təkamüllə əmələ gəlməsini təmin etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən 25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya bilməz. 25% qanad toxuması ona nə üstünlük gətirə bilər? Aydındır ki, bu canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.100
Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq bu gün tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan sürünənlər var. Heç bir ara forma yoxdur. R.Karol təkamülçü olmasına baxmayaraq, bu məsələ ilə bağlı belə etiraf edir:
Trias dövründə üzə çıxan bütün uçan sürünənlər (pterozavrlər) uçuş üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə olduğu məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur.101 Karol daha sonra “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı əsərində pterozavrları haqqında çox məlumat olmayan mühüm ara keçid növləri arasında sayır..102
Göründüyü kimi, uçan sürünənlərin təkamülə dəlil olan heç bir yönü yoxdur. Ancaq sürünən termini çox insan üçün sadəcə quruda yaşayan canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı ilə “sürünənlərin qanadlanıb uçması” təsəvvürünü verməyə çalışırlar. Lakin əslində quruda yaşayan sürünənlər ilə uçan sürünənlər aralarında heç bir təkamül xarakterli əlaqə olmadan yaranmışlar.
Uçan sürünənlərin qanadları, digər barmaqlardan təxminən 20 dəfə cox uzun olan “dördüncü barmaq “ boyunca uzanır.Mühüm olan məsələ bu maraqlı qanad quruluşunun fosili bir anda və qüsursuz şəkildə meydana gəlmişdir.”Dördüncü barmaq”-ın mərhələli şəkildə , yəni təkamüllə uzndğını göstərən ara fosil yoxdur. |
Dəniz sürünənləri
Sürünənlər sinfinin digər maraqlı kateqoriyası isə dəniz sürünənləridir. Bu canlıların böyük hissəsinin nəsli kəsilmişdir, dəniz tısbağaları isə bu qrupun hələ də yaşayan cinsidir. Dəniz sürünənlərinin mənşəyi eynilə uçan sürünənlər kimi, təkamülçü yanaşma ilə açıqlana bilmir. Məlum olan ən əsas dəniz sürünəni ichthyosaur adlı canlıdır. Edvin H.Kolbert və Maykl Morales “Onurğalıların təkamülü” (Evolution of the vertebrates) adlı kitablarında bu canlıların mənşəyinin təkamül baxımından izah edilə bilməməsini belə qəbul edirlər:
Stenopterygius növünə aid ichthyosaur fosili: təxminən 250 milyon illik. |
Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan ichthyozavr Erkən trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olması son dərəcə ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən əvvəlki dövrlərə aid fosil yataqlarında ichthyozavrların əcdadlarına aid heç bir iz yoxdur... İchthyozavr əlaqələri haqqında ən əsas problem bu sürünənləri məlum olan başqa hər hansı bir sürünən dəstəsinə daxil etmək üçün heç bir dəlilin tapılmamasıdır.103
Başqa bir onurğalı tarixi mütəxəssisi Alfred S.Romer isə belə yazır:
(İchthyozavr haqqında) heç bir ibtidai forma məlum deyil. İchtyhozavrın özünəməxsus xüsusiyyətləri təkmilləşmək üçün çox uzun zaman tələb edir və ona görə də bu canlıların mənşəyi çox qədim olmalıdır. Amma bu canlıların əcdadı kimi qəbul ediləcək heç bir Perm dövrü sürünəni məlum deyil.104
Təxminən 200 milyon illik bir ichthyosuar fosili |
Karol ichthyozavrlar və nothozavrların (başqa dəniz sürünəni ailəsi) mənşəyinin təkamülçülər üçün “haqqında çox şey məlum olmayan” bir çox canlıdan biri olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.105
Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də keçərlidir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır (delfinlər və balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar.
Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.