İnsanın Mənşəyi
Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi" (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla "insanın təkamülü" iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.
Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə "insanın təkamülü" ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:
"Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı elm adamını gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz, "bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil yoxdur" deyəcək".182
Paleoantropologiya haqqında əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam Fiks isə belə deyir:
"İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox elm adamı hələ də var, ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının olmamasıdır..."183
İnsanın təkamülü iddiasının həqiqətdə elmi sübutu yoxdur. Sübut olaraq göstərilən bəzi fosillərin bir tərəfli olaraq şərh edilməsindən ibarətdir. |
İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. "Dəlil" kimi önə sürülənlər isə ancaq bəzi fosillərin (daşlaşmış canlı qalıqlarının) birmənalı və əsassız şərh olunmasından ibarətdir.
"Sübutu olmayan" bu təkamül iddiasına əsasən, insanın nəsil ağacı avstralopitek (australopithecus- lat. "australis"- cənub, yun. "pithecus"- meymun) adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur. 184
"İnsan təkamülü" tezisi nəyə əsaslanır?
Təkamülçülər əllərində olan çoxlu fosillər üzərində fərziyyələr qurmuş və insanın təkamülü tezisini əsasını bu fərziyyələrilə əsaslandırmışlar. Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Bunların böyük qisminin nəsli kəsilmişdir. Bu gün yer üzündə cəmi 120-yə yaxın meymun növü yaşayır. Məhz bu 6000-dən çox nəsli kəsilmiş meymun növünün fosilləri təkamülçülər üçün “dəlil” mənbəyi təşkil edir.
Digər tərəfdən, müxtəlif insan irqləri arasında da böyük fərqlər var. Qədim dövrdəki insan irqləri arasında fərqlər daha böyükdür. Zaman ərzində insan irqləri müəyyən qədər bir-biri ilə qarışmış və assimilyasiyaya uğramışdır. Buna baxmayaraq, bu gün dünyada yaşayan skandinavlar, zəncilər, piqmeylər, eskimoslar və ya Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.
Təkamülçü paleoantropoloqlar tərəfindən “insanabənzər” (hominid) adlandırılan fosillərin əslində müxtəlif meymun növlərinə və ya itmiş insan irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan ilə meymunlar arasında heç bir "ara keçid növ" nümunəsi yoxdur.
Bu ümumi izahlardan sonra "insanın təkamülü" ssenarisinin elmi kəşflərlə necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək.
İnsanın xəyali nəsil ağacı
Darvinist nəzəriyyə bu gün yaşayan insanın meymunabənzər varlıqlardan törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə bugünkü insan ilə “əcdadları” arasında bəzi "ara keçid növ"lərin yaşadığı iddia edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas "kateqoriya" sadalanır:
1—Australopithecines (Australopithecus cinsine ait türler)
2— Homo habilis
3— Homo erectus
4— Homo sapiens
Təkamülçülər insanların “ibtidai meymunabənzər əcdad”ını "cənub meymunu" mənasını verən Australopithecus adlandırırlar. Bu canlılar əslində nəsli kəsilmiş qədim meymun növüdür. Australopithecus cinsinin müxtəlif növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri isə daha kiçik və incə quruluşa malik meymunlardır.
İnsanın təkamülünün daha sonrakı mərhələsini isə Homo, yəni insan adı altında təsnif edirlər. İddiaya əsasən, Homo seriyasındakı canlılar Australopithecusdan daha təkmil canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə Homo sapiens, yəni bugünkü insanın meydana gəldiyi irəli sürülür.
Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr olunan, mediada tez-tez adı çəkilən Pitekantrop (Yava adamı), Sinantrop (Pekin adamı), "Lusi" kimi fosillər yuxarıda sadaladığımız dörd növdən birinə aid edilirlər. Bu növlər də həmçinin öz daxilində yarımnövlərə bölünür.
Bir vaxtlar çox iddialı olan Ramapithecus kimi ara keçid növ namizədlərinin adi meymun olduğu aşkar edilməsiylə birlikdə insanın xəyali nəsil ağacından səssiz-səmirsiz çıxarılıblar.185
Təkamülçülər "Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens" ardıcıllığını tərtib edərkən bu növlərin hər birinin özündən sonrakının əcdadı olduğu kimi təsəvvür verirlər. Halbuki paleoantropoloqların son kəşfləri Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif yerlərində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta Homo erectusa aid insanların bir qismi çox yaxın tarixə qədər yaşayıblar.
"Yava (adası)nın sonuncu Homo erektusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər ilə potensial çağdaşlığı" (Latest Homo erectus of Java; Potential contemporaneity with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə Yavada tapılan Homo erectus fosillərinin ortaq yaşının 27±2-dən 53,3±4 min il əvvəl" olduğu və onun "H.erectusun Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H.sapiens) ilə anatomik cəhətdən eyni dövrdə yaşadığı ehtimalını artırdığı"nı ifadə edir.186
Bundan əlavə, Homo sapiens neandertalensis və Homo sapiens sapiens (müasir insan) eyni yerdə yan-yana tapılmışdır. Bu isə həmin canlıların bir-birinin əcdadı olduğunun əsassızlığını üzə çıxarır.
Qısaca desək, bütün elmi kəşflər təkamülçülərin irəli sürdüyü fosillərin təkamül prosesini sübut etmədiyini göstərir. İnsanın əcdadları kimi ortaya atılan fosillərin bir qismi meymun növlərinə, bir qismi də müxtəlif insan irqlərinə aiddir.
Yaxşı, bəs əlimizdəki fosillərin hansı insan, hansı meymundur? Bunların hər hansı birinin həqiqi "ara keçid növ" hesab edilməsi nə üçün mümkün deyil? Bu sualların cavabını görmək üçün həmin "kateqoriyalara" ardıcıllıqla nəzər yetirək.
Avstralopitek (Australopithecus)
Australopithecus növləri kəllə sümükləri və bundan başqa skelet quruluşlarına görə indi yaşayan meymunlara cox oxşayırlar. Sağdakı rəsmdə bədənin sol tərəfi şimpanze, sağ tərəfi isə austrapithecus skeletini göstərir. Rəsmi çəkən antropoloq professor Andrien L.Zilman bu iki canlının skelet quruluşlarının cox oxşar olduqlarını qeyd edir. |
Australopithecus həm kəllə sümüyü, həm də skeletinin quruluşuna görə dövrümüzdəki meymunlara bənzəyir.
Australopithecus "cənub meymunu" mənasını verir. Bu canlıların 4 milyon il bundan əvvəl Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları güman olunur. Australopithecus növləri arasında bəzi fərqlər var. Təkamülçülər ən qədim Australopithecus növünün A.afarensis olduğunu hesab edirlər. Bundan ardınca daha incə skeletə malik olan A.africanus ilə ondan daha böyük sümükləri olan A.robustus gəlir. A.boisei isə bəzi tədqiqatçılar tərəfindən ayrı növ, bəziləri tərəfindən də A.robustusun yarımnövü qəbul edilir.
Australopithecus növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə gördüyümüz meymunlardakı kimi erkək Australopithecus dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə detal bir-
birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.
Təkamülçülər Australopithecusların adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər.
Australopithecus robustus növünə aid kəllə sümüyü. Günümüzdə yaşayan meymunlara cox oxşarlıqları var. |
Sözügedən "dik yerimə" iddiası Riçard Likey, Donald Cohanson kimi təkamülçü paleoantropoloqların 10 illərdir müdafiə etdiyi fikirdir. Amma bir çox elm adamı Avstralopitekin skeleti üzərində çoxlu tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. İngiltərə və ABŞ-dan olan iki məşhur anatomiyaçı Lord Soli Zakerman və prof. Çarlz Okxnardın Avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar bu canlıların iki ayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlar kimi eyni hərəkət formasına malik olduğunu göstərmişdir. İngiltərənin dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Lord Zakerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, Avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.187 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatomiyaçı Çarlz E.Oksnard da Avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.188
"ELVEDA
LUCY!" Bilimsel
bulgular, Australopithecus sınıfının en ünlü örneği
sayılan "Lucy" hakkındaki evrimci varsayımları
temelsiz bıraktı. Ünlü Fransız bilim dergisi Science
et Vie, Şubat 1999 sayısında "Elveda Lucy" (Adieu
Lucy) başlığı ile bu gerçeği kabul ediyor ve Australopithecus'un
insanın atası sayılamayacağını onaylıyordu. |
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il may sayında bu mövzunu ilk səhifəsində dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lusini "Adieu Lucy" (Əlvida Lyusi) başlığı altında Australopithecus növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. St W573 seriyalı yeni Australopithecus fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:
Yeni nəzəriyyə Australopithecus cinsinin insanın mənşəyi olmadığını deyir... St W573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer alan insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır... Australopithecuslar və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189
Homo habilis
Avstralopitekin skelet və kəllə sümüyü quruluşunun şimpanzelərdən o qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə çürüdülməsi təkamülçü paleoantropoloqları çətin vəziyyətdə qoymuşdur. Çünki xəyali təkamül sxemlərində Avstralopitekdən sonra Homo erectus gəlir. Homo erectus adının əvvəlindəki "homo" (yəni "insan") terminindən də bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür. Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur.
A.Afarensis və şimpanze
Yuxarıda Australopithecus afarensis AL 444-2 fosilinin kəllə sümüyü, altda isə indi yaşayan şimpanzenin kəllə sümüyü görünür. Arada cox oxşarlıq var. A.afarensisin heç bir insani xüsusiyyəti olmayan adi meymun növü olduğunun cox açıq sübutudur. |
Homo habilis 1960-cı illərdə ailəliklə "fosil ovçusu" olan Likeylər tərəfindən ortaya atıldı. Likeylərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq Breys kimi tədqiqatçılar onların "alətdən istifadə edən insan" mənasını verən Homo habilis əvəzinə "alət istifadə edən Cənubi Afrika meymunu" mənasını verən Australopithecus habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki meymunlarınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmi də onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən ara keçid forma adlandırılan Homo habilis əslində bütün digər avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi.
Sonrakı illərdə aparılan tədqiqatlar Homo habilisin həqiqətən də Avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə Tim Uayt tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün dövrümüzdəki meymunlarınkı kimi kiçik beyinə, budaqlara dırmaşmağa yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.
Amerikalı antropoloq Holi Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də Homo habilisin əslində "homo", yəni insan deyil, meymun olduğunu göstərdi. Smith Australopithecus, Homo habilis, Homo erectus və Homo neandertalensis növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi:
Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonveld adlı üç anatomiyaçı tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonveld gəldikləri nəticəni belə yekunlaşdırdılar:
Dişlərin inkişafı və quruluş meyarına əsaslanaraq etdiyimiz təhlillər Australopithecus və Homo habilis növlərinin Afrika meymunları ilə eyni kateqoriyaya aid olduğunu, lakin Homo erectus və Neandertal növlərinin dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.190
KNM-ER 1470 Bud sümüyü. Bu bud sümüyü günümüzdə yaşayan insanın bud sümüyündən fərqlənmir. Bu sümüyün Homo habilis fosilləri ilə eyni təbəqədə, ancaq bir neçə kilometr kənarda tapılması Homo habilisin iki ayaqlı canlı olduğu yanlış şərhinə səbəb olmuşdur. 1987-ci ildə tapılan OH 62 fosili isə Homo habilisin hesab edildiyi kimi iki ayaqlı canlı olmadığını göstərir. Bu gün bir cox elm adamı Homo habilis sinifləməsinin Austraiopitcecusa cox oxşar meymun növü olduğunu qəbul edir.
|
Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonveld adlı üç anatomiyaçı tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonveld gəldikləri nəticəni belə yekunlaşdırdılar:
"Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, cənubi Afrikadan gələn və Australopithecus və Paranthropus adlandırılan kəllə sümüyündəki yarımdairəvi kanal ölçüləri dövrümüzə qədər yaşayan iri meymunlarınkına bənzəyir"191
Stw 53 adlı Homo habilis nümunəsi üzərində tədqiqat aparan Spur, Vud və Zonveld "Stw 53-ün Australopithecinelərdən daha az "ikiayaqlı kimi davrandığını" müəyyən etdilər. Bu, H.habilisin Australopithecusdan daha çox meymuna bənzədiyini göstərir. Bu səbəbdən, həmin elm adamları Stw 53-ün "Australopithecine və H.erectus arasında morfoloji ara keçid formasının olmadığı" nəticəsinə gəldilər.192
Austraiopithecus və Homo habilis sinifləmələrinə daxil edilən meymunların ayaq üstə yeridikləri iddiası Fred Spoorun rəhbərliyində aparılan iç qulağın analızləri bu iddianı yalanlayır. Spoor və onun komandası iç qulaqdakı tarazlıq ərkəzlərini müqayisə edərək apardıqları yoxlamalarda hər iki sinifləmənin də dövrümüzdə yaşayan meymunlara oxşar hərəkət şəklinə sahib olduğunu göstərir. |
Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:
1. Homo habilis adlandırılan fosillər əslində "homo"- yəni insan deyil, Australopithecus (meymun) sinfinə daxildir.
2. Həm Homo habilis, həm də Australopithecus növləri əyri yeriyən, yəni meymun skeletinə malik canlılardır. İnsanla heç bir əlaqəsi yoxdur.
Homo rudolfensis haqqında yanılma
Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə qalıq hissəsinə verilən addır. Bu qalıq hissələri Keniyadakı Rudolf çayı ətrafında tapıldığı üçün qalığın təmsil etdiyi güman edilən növə Homo rudolfensis adı verilmişdir. Bir çox paleoantropoloqlar bu qalıqların əslində ayrı bir növə aid olmadığını, Homo rudolfensis adlandırılan canlının da əslində bir Homo habilis, yəni meymun növü olduğunu qəbul edir.
Riçard Likey
Homo rudolfensis mövzusunda həm özünü, həm də paleontologiya aləmini yanıltdı. |
Qalıqları tapan Riçard Likey 2,8 milyon illik tarixə malik olduğunu deyərək və "KNM-ER 1470" adlandırdığı kəllə sümüyünü antropologiya tarixinin ən böyük kəşfi elan edərək böyük əks-səda doğurmuşdu. Likeyin fikrincə, bu qədim canlı Avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik olan və Avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq bir müddət sonra aydın oldu ki, KNM-ER 1470 kəllə sümüyünün bir çox elmi jurnalların üz səhifəsində dərc olunan "insanabənzər" siması əslində sümük parçalarını birləşdirərkən bəlkə də qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir:
"KNM-ER 1470 bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə daha maili birləşdirilməlidir. Bu isə eynilə Avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir".193
Təkamülçü paleoantropoloq C.E.Kronin bu mövzu ilə bağlı belə deyir:
"Kobud şəkildə formalaşdırılmış üz, kəllə sümüyünün kiçikliyi və böyük azı dişlər kimi primitiv xüsusiyyətlər KNM-ER 1470 ilə Avstralopitek arasında oxşarlıq təşkil edir... KNM-ER 1470 digər Homo nümunələri kimi, başqa incə quruluşlu Avstralopiteklər ilə bir çox ortaq xüsusiyyət daşıyır. Bu xüsusiyyətlər sonrakı Homo nümunələrində (yəni Homo erectusda) yoxdur".194
Miçiqan Universitetindən C.Lorinq Breys isə çənə və diş üzərində apardığı təhlillərdə bu kəllə sümüyü haqqında eyni nəticəyə gəlir:
"Çənənin böyüklüyü və azı dişlərin əhatə etdiyi yerin genişliyi ER 1470-in sözün əsl mənasında Avstralopitek üzünə və dişlərinə malik olduğunu göstərir"195
KNM-ER 1470 üzərində ən az Likey qədər araşdırma aparmış Con Hopkins Universitetinin paleoantropoloqu prof. Alan Uolker də bu canlının Homo erectus və ya Homo rudolfensis kimi "homo", yəni insan növünə deyil, əksinə, Avstralopitek sinfinə daxil edilməsinin tərəfdarıdır.196
Qısaca desək, Avstralopitek ilə Homo erectus arasında ara keçid forma kimi göstərilməyə cəhd edilən Homo habilis və ya Homo rudolfensis kimi siniflər tamamilə xəyalidir. Bu canlılar Avstralopitek ardıcıllığına məxsusdur. Bütün anatomik xüsusiyyətlər bu canlıların adi meymun növü olduğunu göstərir.
Bu həqiqət Bernard Vud və Mark Kolard adlı iki təkamülçü antropoloqun 1999-cu ildə “Science” (Elm) jurnalında dərc olunan tədqiqatları ilə daha da aydınlaşdı. Vud və Kolard Homo habilis və Homo rudolfensis (Skull 1470 növü) kateqoriyalarının da xəyali olduğunu, əslində bu kateqoriyalara daxil edilən qalıqların Avstralopitek sinfi daxilində araşdırılmasını qeyd etmişdi:
"Yaxın dövrdə fosillər beyin həcmi, dil qabiliyyəti, əlin funksiyası və daşdan alət düzəltmək bacarığı ilə bağlı təsəvvürlər qondarma dəlillərə əsaslanaraq Homo kateqoriyasına daxil edilmişdi. Bir neçəsi istisna olmaqla, bu (Homo) cinsin insanın təkamülü çərçivəsindəki tərifi və Homo sərhədlərinin müəyyən olması sanki problemsiz fakt kimi qəbul edilmişdi. Amma... yeni kəşflər, bu kəşflərə dair şərhlər və paleoantropoloji qeydlərdəki məhdudiyyətlər növləri Homo cinsinə daxil etmək üçün istifadə edilən meyarları əsassız hala salıb... Praktikada fosilləşmiş hominid növlər Homo kateqoriyasına dörd əsas meyardan biri və ya daha çoxuna əsasən daxil edilir... Halbuki indi daha da aydın olmuşdur ki, bu meyarların heç biri qənaətbəxş deyil. Kəllə həcmi problemlidir, çünki mütləq beyin həcminin bioloji əhəmiyyətinin olduğu fərziyyəsi mübahisəlidir. Eyni şəkildə nitq funksiyasının beyinin ümumi görünüşünə əsaslanaraq izah edilməsinin qeyri-mümkünlüyünə dair olduqca tutarlı sübutlar var və beyinin nitq ilə əlaqədar hissələrinin daha əvvəlki araşdırmaların eyham etdiyinin əksinə, lokalizə olmadığına dair dəlillər var..."
Bir sözlə, H.habilis və H.rudolfensisə aid fosil kəşflərini də əlavə etsək, Homo cinsi yaxşı cins deyil. Dolayısı ilə, H.habilis və H.rudolfensis Homo cinsindən çıxarılmalıdır... Bu an üçün, həm H.habilisin, həm də H.rudolfensisin Australopithecus cinsinə keçirilməsini təklif edirik"197
Vud və Kolardın gəldiyi nəticə qeyd etdiyimiz həqiqəti təsdiqləyir: tarixdə "insanın ibtidai əcdadları" olmamışdır. Bu cür göstərilən canlılar əslində Australopithecus kateqoriyasına aid olan meymunlardır. Fosillər bu nəsli tükənmiş meymunlar ilə fosil qeydlərində birdən-birə üzə çıxan Homo-yəni insan növü arasında heç bir təkamül əlaqəsinin olmadığını göstərir.
Homo erectus
Təkamülçülərin xəyali sxeminə görə Homo növünün təkamülü (növdaxili təkamülü) belədir: Əvvəlcə, Homo erectus, sonra Homo sapiens archaic və Neandertal (Homo sapiens neanderthalensis) insanı, sonra da Cro-magnon (Kromanyon) adamı (Homo sapiens sapiens)... Halbuki bu siniflərin hər biri əslində ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya piqmey ilə avropalı arasındakı fərqdən çox deyil.
Əvvəlcə, təkamülçülərin ən ibtidai insan növü hesab etdiyi Homo erectusu təhlil edək. "Erect" termini "dik" deməkdir. Homo erectus isə "dik yeriyən insan" mənasını verir. Təkamülçülər bu insanları "erect" xüsusiyyəti ilə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində qalmışdılar. Çünki mövcud Homo erectus fosilləri Avstralopitek və ya Homo habilis fosillərində müşahidə olunmayan dik yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti ilə Homo erectus skeleti arasında heç bir fərq yoxdur.
Homo erectus kəllə sümüklərində böyük qaş cıxıntıları, arxaya doğru əyilmiş alın quruluşu kimi xüsusiyyətlər dövrümüzdə yaşayan bəzi irqlərdə görülür. Soldakı Malayziya yerlisində olduğu kimi. |
Təkamülçülərin Homo erectusu "ibtidai" hesab etməsinin səbəbi isə beyin həcminin (900-1100 sm3) bugünkü insanın beyin həcmindən nisbətən kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da dünyada Homo erectusla eyni kəllə həcminə malik bir çox insan yaşayır. (Məsələn, piqmeylər) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları var. (məsələn, Avstraliya yerliləri).
Kəllə həcmindəki fərqin zəka və bacarıqla əlaqəsi yoxdur. Zəka beyinin həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.198
10 min illik
Homo erectuslar
10 oktyabr, 1967-ci ildə Avstraliya Viktoriyadakı Kou Svamp gölü yaxınlığında tapılan bu iki kəllə sümüyünə Kou Svamp l və Kou Svamp V adları verildi |
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış Sinantrop (Pekin adamı) və Yava adamı fosilləri idi. Ancaq bir müddət sonra hər iki fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş modellərdən ibarət idi, Yava adamı isə bir kəllə sümüyü parçası ilə ondan metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan Homo erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda Homo erectus adlandırılan fosillərdən bir qisiminin bəzi təkamülçülər tərəfindən Homo ergaster adlı ikinci sinfə daxil edildiyini də qeyd etmək lazımdır. Bu barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını Homo erectus sinfi daxilində araşdıracağıq).
Afrikada tapılan Homo erectus nümunələrinin ən məşhuru Keniyadakı Turkana gölü yaxınlığında tapılan "Turkana uşağı" fosilidir. Bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən olundu. Fosilin özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan fərqlənmir. Amerikalı paleoantropoloq Alan Uolker "bu skelet ilə bugünkü insan skeletini bir-birindən fərqləndirmək çox çətindir" deyir. Uolker kəllə sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə həddən artıq bənzədiyini yazır.199 Növbəti səhifələrdə təhlil edəcəyimiz neandertallar bugünkü insana bənzər irqlərdəndir. Bu səbəbdən, Homo erectus da bugünkü insanın bir irqidir.
Təkamülçü paleoantropoloq Riçard Likey də Homo erectus ilə dövrümüzdəki insan arasındakı fərqin irqi fərqdən başqa məna daşımadığını belə ifadə edir:
Hər insan bu fərqləri sezə bilər: kəllənin forması, üzün mailliyi, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün müxtəlif coğrafi bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə bir variasiya insan icmaları bir-birlərindən uzun zaman ayrı qaldıqda üzə çıxır"200
Fosilləri tapan Alan Thorn və Filip Macumber, bu fosillərin Homo sapiens kəllə sümüyü olduğunu qeyd etmişlər.
Ancaq bu kəllə sümükləri artıq dərəcədə Homo erectus xüsusuyyətlərini göstərir. Homo sapiens olaraq tanıdılmalarının yeganə səbəbi isə 10 min il hesablanan yaşları idi. Təkamülçülər dövrümüzdəki insandan 500 min il əvvəl yaşamış ibtidai növ olaraq bildirdikləri Homo erectusların bundan 10 il əvvəl yaşamış insan irqi olduğu gerçəyini qəbul etmək istəməmişdilər. |
Konnektikat Universitetindən prof. Uilyam Laflin eskimoslar və Aleut adaları insanları üzərində uzun illər anatomik tədqiqatlar aparmış və bu insanlar ilə Homo erectusun heyrətamiz dərəcədə bir-birinə bənzədiyini görmüşdür. Laflin bütün bu irqlərin əslində Homo sapiens növünə (müasir insana) aid müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir:
Hamısı Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi bir-birindən uzaq qruplar arasındakı böyük fərqləri nəzərə alsaq, Homo erectusun da öz daxilində müxtəlif fərqlər daşıyan bu növə (Homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.201
Son illərdə Homo erectus kateqoriyasına aid edilən fosillərin əslində Homo sapiensdən ayrı növ sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə daha çox dilə gətirilir. “American scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu mövzu ilə bağlı təşkil edilən bir konfransın nəticəsi belə yekunlaşdırıldı:
Homo erectus və Aborigen
Soldakı Turkana uşağı skeleti. Bu günə qədər tapılmış bütöv Homo erectus nümunəsi. Maraqlı olan 1,6 milyon illik fosilin skeleti ilə dövrümüzdə yaşayan insan arasında heç bir gözəçarpan bir fərqin olmamasıdır. Xüsusilə üstdəki Aborigen yerlisi fosili, Turkana uşağına çox oxşayır. Bu vəziyyət
Homo eractusun hər hansı bir ibtidai xüsusiyyəti olmayan əsl insan irqi olduğunu göstərir. |
"Senkenberq konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Uolpoff, Kanberra Universitetindən Alan Torn və həmkarları tərəfindən başlanan Homo erectusun taksonomik statusuna dair qızğın müzakirələrə qatıldılar. Bunlar (Uolpoff və Torn) qətiyyətlə Homo erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu müdafiə etdilər. Onların fikrincə, Homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər müxtəlifləşərək çox açıq və geniş sahələrə yayılmış yeganə növ, yəni Homo sapiens növü idi və bu növ daxilində təbii fərqlər və yarımsiniflər tapılmırdı. Konfransda Homo erectusun mövcud olmadığı müzakirə olunurdu.202
Homo erectusun dənizçilik mədəniyyəti |
“Qədim dənizçilər: ilk insanlar güman etdiyimizdən daha ağıllı idilər”“New scientist” jurnalında 14 mart, 1998-ci ildə dərc olunan məqaləyə görə, təkamülçülərin Homo erectus adlandırdıqları insanlar dövrümüzdən 700 min il öncə gəmiçiliklə məşğul olurdular. Gəmi inşa etmək üçün bilik, texnologiya və mədəniyyətə sahib olan insanların ibtidai hesab edilmələri, əlbəttə ki, mümkün deyil.
|
Yuxarıdakı tezisi müdafiə edən elm adamlarının gəldiyi nəticə "Homo erectus Homo sapiensdən fərqli növ deyil, Homo sapiens daxilindəki irqdir" şəklində ifadə edilə bilər. Adi insan irqi olan Homo erectus ilə "insanın təkamülü" ssenarisində ondan əvvəl gələn meymunlar (Australopithecus, Homo habilis və Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən-birə meydana gəliblər.
Neandertallar: anatomiyaları və mədəniyyəti
Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.
Həqiqətə qarşı təbliğat Fosil tapıntıları Neandertal insanının bizə görə heç bir ibtidai yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam “ olaraq sərgilənir. Bu darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir. |
Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman "ibtidai növ" qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı "cüssəli" insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
"Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey yoxdur.203
Bu səbəbdən, hal-hazırda bir çox tədqiqatçı Neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo sapiens neandertalensis adlandırır.
Digər tərəfdən, fosil tapıntıları Neandertalların mütərəqqi mədəniyyətə malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri Neandertal insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən düzəldilmiş bu fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Yuqoslaviyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 yaşı olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarım tonlar və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink "qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki misli" olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə yarımnotu təmsil edir. "Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki kimi səs çıxarır" deyən Fink Neandertalların musiqi zövqü və biliyi olan insanlar olduğunu ifadə edir.204
Digər bəzi fosil kəşfləri də Neandertalların ölüləri basdırdıqlarını, xəstələrə baxdıqlarını, boyunbağı və digər bəzək əşyalarından istifadə etdiklərini göstərir.205
Digər tərəfdən, qazıntılar əsnasında Neandertal insanları tərəfindən istifadə edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.206 Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar "ibtidai" sayıla bilməz.
Neandertal : İnsan irqi
Sağda İsraildə tapılan Homo sapiens neanderthalensis,Amud bir kəllə sümüyü var. Fosilin sahibinin 1,80 m uzunluğunda olduğu təxmin edilir. Beyinin həcmi bu günə qədər tapılanların ən böyüyüdür. 1,740 sm3. Altda isə Neandertal irqinə aid fosil skelet və bu skeletin sahibi tərəfindən istifadə olunduğu hesab edilən bir daş alət var. Əldə olunan bu və buna oxşar tapıntılar Neandertalların zaman ərzində itmiş özünəməxsus bir insan irqi olduqlarını göstərir. |
Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu Mexiko Universitetindən antropologiya və arxeologiya professoru Stiven L.Kuhn və Mary C.Stiner tədqiqat aparmışlar. Hər iki elm adamının təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış Neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.207
Neanderalların tikiş iynəsi Neandertal insanının dövrümüzdən on minlərlə il əvvəl geyinməyi bilmələrini göstərən maraqlı fosil: 26 min illik iynə.( D.Joanson, B.Edqar, From Lucy to language, s 99) |
Kuhn və Stiner bu mağaralarda müxtəlif alətlər tapmışdılar. Nizə ucları da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının kənarlarındakı təbəqələrin yonulmasıyla düzəldilmişdir. Şübhəsiz, daşları "nə qədər vurmalıyam" və ya əyri bir alət düzəldirsə, "nə qədər əyməliyəm" deyə qərar vermək və dəqiq hesablama aparmaq məcburuyyətindədir.
Kaliforniya Universitetindən Marqaret Konkey neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin ağıllı insanlar tərəfindən düzəldildiyini belə izah edir:
"Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadıqlarını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu və hansı dünyada yaşadıqlarının şüurundadırlar".208
Neandertalların fleytası
Neandertal insanına aid sümükdən düzəldilmiş fleyta. Bu fleyta üzərində aparılan hesablamalar deşiklərin doğru notlarda səs verəcək şəkildə açıldığını, yəni bunun cox ustalıqla düzəldilmiş bir alət olduğunu göstərmişdir. Yuxarıda Bob Fink adlı tədqiqatçının fleyta ilə əlaqədar hesablamaları görünür. Bu cür tapıntılar təkamülçü təbliğatın əksinə, Neandertal insanlarının ibtidai insan deyil, mədəni insan irqi olduğunu göstərir. ( The AAAS Science New Service Neanderthals Lived Harmoniously, 3 aprel, 1997) |
Bir sözlə, elmi kəşflər Neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla "ibtidai", "yarı-meymun" və s. deyil.
Homo sapiens archaic, Heydelberq adamı (Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon)
Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki pilləsini təşkil edir. Əslində bu insanlar haqqında təkamülçülərin baxış prizmasına görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox kiçik fərqlərə görə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin hal-hazırda hələ də yaşadıqlarını söyləyərək Avstraliya yerlilərini nümunə göstərirlər. Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru meyilli çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdir. Bundan əlavə, çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadıqlarına dair məlumatlar əldə edilmişdir.
Təkamülçü ədəbiyyatda Homo heilderbergensis adlandırılan sinif isə əslində Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir ayrılığıdır. Homo heilderbergensis sinfinə daxil edilən bütün fosillər anatomik cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan 500 min, hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.
Kromanyon kəllə sümüyü |
Kromanyon (Cro-magnon) adamı isə 30.000 il əvvələ qədər yaşadığı təxmin edilən irqdir. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.
Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, Kromanyonun kəllə quruluşu və həcmi hal-hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar Kromanyon və Neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini göstərir.
Nəticə etibarı ilə bu insanların heç biri "ibtidai növ"lər deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir.
Təkamül ağacının məhvi
Buraya qədər təhlil etdiklərimiz əsasında bu nəticəyə gəlirik: "insanın təkamül" ssenarisi tamamilə fantastikadır. Çünki belə bir nəsil ağacının mövcud olması üçün meymunlardan insanlara doğru ortaq əcdaddan gələn mərhələli təkamül baş verməli və bu prosesə dair daşlaşmış qalıqlar (fosillər) tapılmalıdır. Halbuki meymunlarla insan arasında keçilməz uçurum var. Skelet quruluşları, beyin həcmləri, dik və əyri yerimə kimi xüsusiyyətlər insan ilə meymunu bir-birindən ayırır. (1994-cü ildə daxili qulaqdakı müvazinət kanalları üzərində aparılan tədqiqatların Avstralopitek və Homo habilisi meymun sinfinə, Homo erectusu isə insan sinfinə aid etdiyini qeyd etmişdik).
Bu fərqli növlər arasında nəsil ağacının olmadığını göstərən başqa bir kəşf isə bir-birinin əcdadı kimi göstərilən növlərin eyni tarixdə və eyni yerdə yaşamasıdır! Əgər təkamülçülərin iddia etdikləri kimi Avstralopitek zaman ərzində Homo habilisə, onlar da Homo erectusa çevrilsəydilər, bu növlərin yaşadıqları dövrlər də eyni ardıcıllıqla bir-birini əvəz etməliydilər. Halbuki belə bir xronoloji ardıcıllıq yoxdur.
Təkamülçülərin hesablamalarına görə, Avstralopitek bundan 4 milyon il əvvəldən 1 milyon il əvvələ qədər yaşamışdır. Homo habilis kimi tərif edilən canlıların isə 1,7-1,9 milyon il bundan əvvəl yaşadıqları hesablanır. Homo habilisdən daha "təkmil" olduğu deyilən Homo rudolfensisin yaşı isə 2,5-2,8 milyon il hesablanır! Yəni Homo rudolfensis "əcdadı" hesab edilən Homo habilisdən təxminən 1 milyon il qədimdir. Digər tərəfdən Homo erectusun yaşı 1,6-1,8 milyon ildir. Yəni Homo erectusa aid nümunələr də "əcdadları" Homo habilis ilə təxminən eyni zaman intervalında meydana gəlib.
Alan Uolker "Şərqi Afrikada Avstralopiteklərlə Homo habilis və Homo erectus növlərinin eyni vaxtda yaşadıqlarına dair qəti sübutlar var" deyərək bu faktı təsdiqləyir.209 Luis Likey Olduvay Corc bölgəsindəki Bed II təbəqəsində Avstralopitek, Homo habilis və Homo erectus fosillərini demək olar ki, yan-yana tapmışdı.210
Əlbəttə, belə bir nəsil ağacı ola bilməz. Harvard Universitetindən paleontoloq Stefen Cey Quld özü də təkamülçü olmağına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:
"Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana bənzər) cığırı varsa, bu halda bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən törəyə bilməz. Həmçinin, birini digəriylə müqayisə etdikdə, təkamül trendi göstərmirlər".211
Homo erectus'tan Homo sapiens'e doğru ilerlediğimizde de yine ortada bir soy ağacı olmadığını görürüz. Homo erectus'un ve Homo sapiens archaic'in günümüzden 27.000 yıl öncesine, hatta 10.000 yıl öncesine kadar yaşamlarını sürdürmüş olduklarını gösteren bulgular vardır. Avustralya'da Kow Bataklığı'nda 13 bin yıllık Homo erectus kafatasları bulunmuştur.212
Bu mövzuda ortaya çıxan ən maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava adasında tapılan 30 min illik Homo erectus, Neandertal və Homo sapiens qalıqlarıdır. "The New York times" qəzeti ön səhifəsində bu qalıqlar haqqında yazdığı xəbərdə "Bir neçə on il əvvələ qədər elm adamları insanın formalaşmasını bir növdən başqasına doğru irəliləyən xətti ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni dövrdə və ya bölgədə birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü" deyə yazmışdır.213Sözügedən kəşf insanın mənşəyi haqqında ortaya atılan "təkamül ağacı"nın əsassız olduğunu bir daha göstərir.
Homo sapiensin gizli tarixi
Bütün bu araşdırdıqlarımızla bərabər təkamülçülərin xəyali nəsil ağacını kökündən məhv edən ən mühüm həqiqət isə Homo sapiens, yəni bugünkü insanın tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan təxminən bir milyon il əvvəl də eynilə bizim kimi Homo sapiens insanlarının yaşadıqlarını göstərir.
İspaniyanın Atapuerka dağında tapılan üz sümüyü dövrümüzdəki insanlarla eyni üz quruluşuna sahib insanların 800 min il əvvəl yaşadıqlarını göstərirdi. |
Bu mövzudakı ilk tapıntılar məşhur təkamülçü paleoantropoloq Luis Likeyə aid idi. Likey 1932-ci ildə Keniyada Viktoriya gölü yaxınlığındakı Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi olmayan və Orta pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta pleystosen dövrü bundan bir milyon il əvvələ gedib çıxır.214 Bu kəşflər təkamül ağacını (nəsil ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən rədd edildi. Amma Likey fikrinin doğru olduğunu həmişə müdafiə etdi.
Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci ildə İspaniyada tapılan yeni bir fosil Homo-sapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya qoydu. Sözügedən fosil Madrid Universitetindən üç ispan paleoantropoloq tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında tapıldı. Fosil bugünkü insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. “Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi.
Atapuerka dağında tapılan fosildən istifadə edilərək bərpa edilən kəllə sümüyü (solda) ilə dövrümüzdəki insana aid kəllə sümüyü (sağda) son dərəcə oxşardır. |
İspaniyanın Atapuerka ərazisində tapılan üz sümüyü bugünkü insanlarla eyni üz quruluşuna malik olan insanların 800 min il əvvəl də yaşadıqlarını göstərirdi.
Bu fosil Qran Dolina tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə insa nın təkamülü haqqındakı inanclarını sarsıtmışdı. Ferreras belə deyirdi:
"Böyük, geniş, qabarıq, yəni primitiv bir şeylə qarşılaşacağımızı ümid edirdik. 800.000 il yaşı olan bu uşağın Turkana Uşağı kimi bir şey olmasını gözləyirdik. Amma bizim tapdığımız tamamilə müasir bir üz idi... Bunlar sizi sarsıdan faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və gözəl hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz bir şeyi keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Alt Pleystosen təbəqələrində maqnitofonlar, kasetlər tapmağı gözləmirik, ancaq 800 min illik "müasir" üz tapmaq da bunun kimi bir şeydir. Onu gördükdə çox heyrətlənmişdik.215
Bu fosil Homo sapiens tarixinin 800 min il geriyə çəkilməsinin lazım olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün nəsil ağacına əsasən, 800 min il əvvəl Homo sapiens yaşamamalıydı. Ona görə, Homo antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu ardıcıllığa daxil etdilər.
Daxmalar və ayaq izləri
Bu günə qədər kəşf edilən bir çox tapıntı Homo sapiensin tarixinin 800 min ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likeyin 1970-ci illərin əvvəllərində Olduvay Qorcdakı tapıntıları idi. Likey buradakı Bed II təbəqəsində Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni anda bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı Likeyin eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Likey burada daşdan tikilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu idi ki, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo sapienslər tikə bilərdi! Yəni Likeyin tapıntılarına görə Australopithecus, Homo habilis, Homo erectus və bugünki insan bundan təxminən 1,7 milyon il əvvəl bir yerdə yaşamış olmalıydılar.216Bu həqiqət, əlbəttə, bugünki insanların Australopithecus adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.
Əslində indiyə qədər bugünki insanların izlərini 1,7 milyon ildən daha qədimə aparan tapıntılar ələ keçdi. Bu tapıntıların ən əsası Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünki insanın ayaq izlərindən qətiyyən fərqlənmirdi.
Meri Likeyin aşkar etdiyi bu ayaq izləri daha sonra Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən də araşdırıldı. Əldə edilən nəticələr eyni idi. Uayt belə yazırdı:
"Qətiyyən şübhəniz olmasın... Bunlar bugünki insanın ayaq izlərindən qətiyyən fərqlənmir. Əgər bu izlər bu gün hər hansı Kaliforniya çimərliyində tapılsaydı və bir uşaqdan bunların nə olduğu soruşulsaydı, heç tərəddüd etmədən burada bir insanın gəzdiyini söyləyərdi. Bunları qumsalda olan yüzlərlə digər insan ayaq izindən ayıra bilməzdi. Heç siz də ayırd edə bilməzdiniz".217
Şimali Kaliforniya Universitetindən Luis Robins isə ayaq izlərini araşdırdıqdan sonra belə deyirdi:
"Ayaq qövsü hündürdür, kiçik ölçülü insanın ayağı mənimkindən daha hündürdür, yəni barmaqlar insan barmaqlarıyla eyni şəkildə yeri örtür. Bunu başqa heyvan növlərində görə bilməzsiniz".218
Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar, bunun adi bir insan, həm də bugünki insan (Homo sapiens) izi kimi qəbul edilməsini tələb edirdi. Ayaq izlərini araşdıran Rasel Tatl belə yazırdı:
"Bu izlər ayağı yalın Homo sapiens tərəfindən buraxılmalıdır... Aparılan bütün morfoloji tədqiqatlar bu izləri buraxan canlının ayağının günümüzdəki insan ayağından fərqli olmadığını göstərir".219
Bitərəf araşdırmalar ayaq izlərinin əsl sahiblərini də müəyyən etdi: ortada 10 yaşında bir insanın 20 ədəd və daha az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi vardı. Bunlar tamamilə bizim kimi normal insanlar idi.
Bu vəziyyət Laetoli ləpirlərini on illərlə müzakirə mövzusuna çevirdi. Təkamülçü paleoantropoloqlar insanın 3,6 milyon il əvvəl yer üzündə yeriyə bildiyini qəbul edə bilmir və buna dair izah verməkdə çətinlik çəkirdilər. 90-cı illərdə bu "izah" formalaşdı. Təkamülçülər bu izlərin bir Australopithecusa məxsus olduğuna qərar verdilər; çünki bundan 3,6 milyon il əvvəl Homo növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rasel Tatl 1990-cı il tarixli bir məqaləsində belə yazırdı:
"Nəticədə Laetoli G ərazisindəki 3,5 milyon illik ayaq izləri bugünki insanların izlərinə çox bənzəyir. Bu tapıntı izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən canlı olduğunu göstərir. Əgər ayaq izləri bu qədər qədim olmasaydı, bunların da bizim kimi adi Homo növü tərəfindən qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik... Amma yaş problemi səbəbi ilə bu ləpirlərin Lusi fosili ilə eyni növə, yəni Australopithecus afarensis növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etməliyik".220
Qısaca desək, 3,6 milyon illik bu ayaq izlərinin Australopithecusa aid olması qeyri-mümkün idi. Ayaq izlərinin Australopithecusa aid olduğuna dair fikir yaranmasının səbəbi isə sadəcə olaraq fosillərin tapıldığı 3,6 milyon illik vulkanik təbəqə idi. Bu qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini düşünərək ayaq izlərini Australopithecusa aid etmişdilər.
Laetoli izləri haqqında verilən bu izahlar bizə çox vacib həqiqəti göstərir. Təkamülçülər nəzəriyyələrini elmi nailiyyətlərə əsaslanaraq müdafiə etmirlər! Ortada kor-koranə müdafiə olunan bir nəzəriyyə var və əlimizə keçən hər bir elmi tapıntı bu nəzəriyyə ilə uzlaşdırılmaq naminə təhrif edilir və ya görməməzliyə vurulur.
Bir sözlə, təkamül nəzəriyyəsi elmi nəzəriyyə deyil, elmdənkənar cəfəngiyyatdır.
Son dəlil: Sahelanthropus tchadensis və təkamül ağacının məhvi
Təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı isə 2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil oldu.
Bu fosil darvinist aləmi bir-birinə qatdı. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə "tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər" deyə etiraf etdi.221
Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının "kiçik bir atom bombası qədər təsirli olacağı"nı söylədi.222
Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, "insanın ən qədim əcdadı" olduğu iddia edilən və 5 milyon illik Australopithecus növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha "insanabənzər" quruluşa malik olması idi. Bu vəziyyət əslində nəsli kəsilmiş bütün meymun növləri arasında çox subyektiv və ön mühakiməli "insanabənzərlik" meyarlarına görə qurulan təkamül əlaqələrinin tamamilə xəyal olduğunu göstərirdi.
Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature”jurnalında nəşr olunan "İnsan ailəsinin ən qədim üzvü tapıldı" başlıqlı məqaləsində Corc Vaşinqton Univesitesindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi:
"Universitetdə oxumağa başladığım 1963-cü ildə insanın təkamülü bir nərdivan kimi görünürdü. Bu nərdivanın pillələri meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymuna oxşayan ardıcıl ara keçid formadan təşkil olunmuşdu... Amma hal-hazırda insanın təkamülü qarmaqarışıq kola bənzəyir... Fosillərin bir-birləri ilə nə cür əlaqəyə malik olduğu və hər hansı birinin həqiqətən insanın əcdadı olub-olmadığı hələ də mübahisəlidir".223
Yeni tapılan meymun fosili haqqında “Nature”jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin verdiyi izahlar çox əhəmiyyətli idi. Ci “The guardian”qəzetində nəşr olunan məqaləsində fosil haqqındakı müzakirələrə toxunur və belə yazırdı:
"Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) "itkin halqa" düşüncəsi axmaqlıqdır... Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir".224
İki ayaqlılıq məsələsi
AL 666-1 : 2,3 milyon illik insan çənəsi
AL 666-1 fosili 1994-cü ildə Həbəşistanda Hadarda A.afarensis fosilləri ilə bərabər tapıldı. 2,3 milyon illik tarixi olan bu çənə tamamilə Homo sapiens xüsusiyyətlərini göstərirdi. AL 666-1 nə bir yerdə tapıldığı A.afarensis çənələrinə, nə də 1,75 milyon il yaşındakı Homo habilis çənəsinə oxşayırdı. Bu iki növün çənələri dar və dördkünc şəklindəki quruluşları ilə dövrümüzün meymunlarının çənələrinin oxşarları idi. Ancaq AL 666-1 fosilinin “Homo“ (insan) növünə aid olduğu qətidir. Təkamülçü paleontoloqlar bu həqiqəti qəbul edir, ancaq yenə də bu mövzuda qəti söz söyləməyə çəkinirlər. Çünki bu çənə üçün hesabladıqları 2,3 milyon illik yaş “Homo”, yəni insan növü üçün təyin etdikləri yaşdan artıqdır. |
AL 666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) çenesi | AL 666-1-in yan tərəfdən görünüşü |
AL 666-1 : 2,3 milyon illik Homo sapiens (insan) çənəsi | AL 222-1-in yan təfədən görünüşü. İki çənənin yan tərəfədən görünüşləri fosillər arasındakı fərqi daha yaxşı göstərir. AL 222-1 çənəsi çıxıntılıdır və irəli doğru uzanıb. Bu, tamamilə meymuna xas xüsusiyyətdir. Üstdəki AL 666-1 çənəsi isə tamamilə insan çənəsidir. |
Müasir insan irqlərindəki kəllə sümüyü fərqliliyi
Təkamülçü paleontoloqlar Homo erectus, Homo sapiens neanderthalensis, Homo sapiens archaic kimi fərqli insan fosillərini təkamülün müxtəlif dairələrini əmələ gətirən növlər olaraq göstərirlər. Buna əsas olaraq da bu fosillərin kəllə sümüyü quruluşlarındakı fərqliliyi göstərirlər. Ancaq bu fərqliliklər bu vaxta qədər yaşamış və bəziləri itmiş və ya assimilyasiyaya uğramış insan irqləri arasındakı fərqlənmədən ibarətdir. Zamanla insan irqləri bir-birləri ilə daha cox yaxınlaşdıqca bu fərqlər də azalmışdır.
Buna baxmayaraq, dövrümüzdə yaşayan insan irqləri arasında olduqca nəzərə çarpan fərqlililər müşahidə olunur. Bu səhifələrdə görünən və hamısı müasir insanlara aid kəllə sümükləri bu fərqliliklərə nümunədir. Keçmişdə yaşamış irqlər arasındakı buna oxşar quruluşca fərqlilikləri təkamülə sübut olaraq göstərmək isə bir tərəfli şərhdən başqa bir şey deyil. |
115-ci əsrdə yaşamış bir Peru yerlisi | Benqallı orta yaşlı bir kişi | Cənub-Şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə ölən bir kişi |
25-30 yaşlarında bir alman kişi | 35-45 yaşlarında zairli bir kişi | 35-40 yaşlarında bir kişi eskimos |
Buraya qədər təhlil etdiyimiz bütün fosillərlə bərabər insanlarla meymunlar arasındakı keçilməz anatomik sərhədlər də insanın təkamül nağılını təkzib edir. Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır.
İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən, çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda (məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət ərzində hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə malikdirlər və dörd ayaq üzərində yeriyirlər.
Bəs, görəsən, iki ayaqlılıq xüsusiyyəti təkamülçülərin iddia etdikləri kimi meymunların dörd ayaqlı yerişindən törəyib?
Xeyr... Araşdırmalar göstərir ki, iki ayaqlı yerişin təkamülü heç zaman baş verməmişdir, baş verməsi də mümkün deyil. Əvvəla, iki ayaqlılıq təkamüllə əldə olunan üstünlük deyil. Çünki meymunların hərəkət forması insanın iki ayaqlı yerişindən daha asan, daha sürətli və daha səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-budağa tullana bilər, nə də gepard kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət edə bilir və bu səbəbdən, təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Dolayısı ilə, təkamülçü məntiqə görə, meymunların iki ayaqlı yerişə meyil etməsinin heç bir mənası yoxdur. Təkamül nəzəriyyəsinə görə isə insanlar dörd ayaqlı vəziyyətə doğru təkamül keçirməlidirlər.
Meymunların əl və ayaqları ağaclarda yaşamağa uyğun dizayna malikdir.
Təkamülçü iddianın başqa bir müəmması isə iki ayaqlı yerişin darvinizmin "mərhələli təkamül" modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül nəzəriyyəsinin əsası olan bu model nəzəriyyənin müəyyən mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında "qarışıq", "ortaq" yeriş tərzinin olmasını zəruri edir. Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə kompyuterin köməyi ilə apardığı araşdırmalarda bu cür "qarışıq" yerişin qeyri-mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: "hər hansı canlı ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər".225 Bu iki yeriş arasında hər hansı tərzdə yeriş forması enerjiyə olan tələbatın həddən artıq artması səbəbiylə mümkün deyil. Ona görə də yarı iki ayaqlı canlının mövcudluğu mümkün deyil.
İnsanla meymun arasındakı uçurum təkcə iki ayaqlılıqla məhdudlaşmır. Beynin həcmi, nitq kimi digər bir çox xüsusiyyətlər təkamülçülər tərəfindən əsla açıqlanmır. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur:
1) Niyə iki ayaq üzərində yeridilər? 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər? 3) Niyə bu cür böyük beyin formalaşdırdılar? 4) Niyə nitqi öyrəndilər?
Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar, amma cavab dəyişməyəcək.226
Təkamül: elmdən uzaq bir inanc
Lord Soli Zakerman İngiltərənin ən məşhur elm adamlarından biridir. O, on illərlə fosillər üzərində çalışmış, bir çox tədqiqat aparmış, hətta bu araşdırmalarına görə "Lord" titulu almışdır. Zakerman təkamülçüdür, yəni təkamül haqqında qəsdən əks-şərhlər verməz. Lakin insanın təkamülü ssenarisinə aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil ağacının olmadığına qənaət gətirmişdir.
Meymunların əl və ayaqları ağaclarda yaşamağa uyğun şəkildə qıvraqdır. |
Zakerman maraqlı "elm şkalası" tərtib etmişdir. Elmi hesab etdiyi məlumat mənbələrindən elmdənkənar hesab etdiyi sahələrə qədər sxem qurmuşdur. Zakermanın bu cədvəlinə görə, ən "elmi", yəni konkret məlumatlara əsaslanan elm sahələri kimya və fizikadır. Sxemdə bunlardan sonra biologiya, daha sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən "elmdən uzaq" sayılan bölmədə isə Zakermanın fikrincə, telepatiya, altıncı hiss kimi "duyğulardan kənar qavrayış" anlayışları və bir də "insanın təkamülü" yerləşir! Zakerman sxemin bu hissəsini belə izah edir:
İnsan skeleti dik yeriməyə uyğun olaraq yaradılmışdır. Meymun skeleti isə önə əyilmiş quruluşu, qısa ayaqları və uzun qolları ilə dörd ayaqlı hərəkət şəklinə uyğundur. Bu iki quruluş arasında bir keçid formasının əmələ gəlməsi isə bu keçid formasının əlverişsizliyinə görə mümkün deyildir. |
"Obyektiv həqiqətin sərhədlərindən çıxıb bioloji elm kimi qəbul edilən bu sahələrə, yəni duyğulardan kənar qavrayışa və insanın fosil tarixinin izah olunmasına keçdikdə öz nəzəriyyəsinə inanan insan üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə tamamilə inanan bu insanların bəzi təzadları eyni anda qəbul etmələri belə mümkündür".227
İnsanın mənşəyi haqqında məşhur KİV-lərdən biri olan “Discovering archeology” jurnalında isə jurnalın redaktoru Robert Lok tərəfindən yazılan məqalədə "insanın əcdadını axtarmaq, işıqdan çox istilik verir" deyilir və məşhur təkamülçü paleoantropoloq Tim Uaytın bu etirafı verilir:
"Bu günə qədər cavablandıra bilmədiyimiz suallara görə hamımız ümidsizliyə düşmüşük".228
Məqalədə təkamül nəzəriyyəsinin insanın mənşəyi ilə bağlı qarşılaşdığı müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı belə izah edilir:
"Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən daha mübahisəli deyil. Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən əsas budaqları üzərində belə müəmma içindədirlər. Yeni budaqlar böyük mübahisələrlə ortaya qoyulur, ancaq yeni fosil tapıntıları qarşısında etibarını itirib yox olurlar".229
Eyni həqiqət məşhur “Nature” jurnalının redaktoru Henri Ci tərəfindən də yaxın zamanlarda qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan“İn search of deep time” adlı kitabında "insanın təkamülü ilə əlaqədar 5-10 milyon il əvvələ aid bütün fosillər kiçik bir qutuya sığa biləcək qədər azdır" deyir. Cinin buradan gəldiyi nəticə də çox maraqlıdır:
"Əcdad-xələf əlaqələrinə əsaslanan insanın təkamül sxemi tamamilə həqiqətdən uzaq insan icadıdır və insanların ön mühakimələrinə görə formalaşdırılmışdır... Bir yığın fosil götürmək və bunların qohumluq əlaqələrini iddia etmək təcrübi yolla sübut ediləcək elmi fərziyyə deyil, nağıllarla eyni mahiyyət daşıyan iddiadır - əyləndirici, bəlkə də yönləndiricidir, amma elmi deyil".230
Göründüyü kimi, təkamül nəzəriyyəsinin əsası bu nəzəriyyəni dəstəkləyən hər hansı elmi nailiyyət deyil, bu nəzəriyyəyə kor-koranə inanmış bəzi elm adamlarıdır. Bu elm adamları heç bir elmi əsası olmasa da, təkamül əfsanəsinə həm özləri inanır, həm də onlarla əməkdaşlıq edən mediadan istifadə edərək kütlələri inandırırlar.
Rekonstruksiya yalanı
Təkamülçülər nəzəriyyələrini sübut edəcək elmi nəticələr əldə edə bilməsələr də, başqa məsələdə olduqca mahirdirlər: təbliğat. Bu təbliğatın ən əsas elementi isə "rekonstruksiya" adı verilən saxta şəkillərdir.
Rekonstruksiya "yenidən inşa", "bərpa" deməkdir və ancaq kiçik bir sümüyü tapılmış canlının şəklinin və ya maketinin düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz "meymun adam"ların hər biri rekonstruksiyadır.
Ancaq insanın mənşəyi ilə əlaqədar fosil qeydləri çox vaxt yarımçıq olduğu üçün bunlara əsaslanaraq hər hansı ehtimal vermək tamamilə təxəyyülə əsaslanır. Buna görə də təkamülçülər tərəfindən fosillərə əsaslanaraq düzəldilən rekonstruksiyalar tamamilə təkamül ideologiyasının əsaslarına uyğun olaraq hazırlanır. Harvard Universiteti antropoloqlarından Devid Pilbim "Mənim məşğul olduğum paleoantropologiya sahəsində daha əvvəl aldığım təəssüratlardan meydana gəlmiş nəzəriyyə daim həqiqi məlumatlara üstün gəlir" deyərkən bu həqiqətə diqqət çəkir.231 231 İnsanlar əyani vasitələrdən daha tez təsirləndikləri üçün məqsəd bu insanları təxəyyül yolu ilə bərpa edilmiş varlıqların keçmişdə həqiqətən yaşadığına inandırmaqdır.
Burada bir cəhətə diqqət yetirmək lazımdır: sümük qalıqlarına əsaslanaraq görülən bu cür işlərdə yalnız əldə olan predmetin olduqca ümumi xüsusiyyətləri ortaya çıxarıla bilər. Halbuki əsl müəyyənedici detallar zaman ərzində məhv olan yumşaq toxumalardır. Təkamülə inanan hər hansı bir insanın bu yumşaq toxumalara istədiyi kimi forma verib xəyali varlıq uydurması çox asandır. Harvard Universitetindən Ernst A.Huten bu vəziyyəti belə izah edir:
"Yumşaq hissələrin rekonstruksiyası (yenidən bərpası) olduqca riskli işdir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, Neandertal kəlləsini meymuna və ya bir filosofa bənzədə bilərsiniz. Qədim insanların fosillərinə əsaslanaraq edilən bu cür rekonstruksiya işlərinin heç bir elmi dəyəri yoxdur və cəmiyyəti idarə etmək məqsədiylə istifadə edilirlər... Bu səbəbdən də rekonstruksiyalara çox güvənmək olmaz".232
Təkamülçülər bu məsələnin o qədər "ağını çıxardıbar" ki, eyni kəllə sümüyünə bir-birindən olduqca fərqli simalar, üz cizgiləri yapışdırırlar. Australopithecus robustus (Zinjanthropus) adlı fosil üçün edilən bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya buna misaldır.
Fosillərin birtərəfli şərh olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin təbliğatdan hansı tərzdə istifadə etdiklərini göstərən faktdır. Lakin bunları təkamül nəzəriyyəsi tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə etdikdə çox adi görünür.
Mediyada və akademik nəşrlərdə mütəmadi olaraq təlqin edilən "meymun-insan" imicini dəstəkləyən heç bir konkret fosil yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu canlıların daşlaşmış qalıqlarının olmaması onlar üçün böyük problemdir. Bu problemi "həll etmək" üçün istifadə etdikləri maraqlı üsullardan biri isə tapa bilmədikləri fosilləri "düzəltmək"dir. Elm tarixinin ən böyük qalmaqalı olan Piltdaun adamı bunun bir nümunəsidir.
Piltdaun adamı qalmaqalı
Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı çuxurda çənə sümüyü və kəllə parçası tapdığını iddia etdi. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələrə "Piltdaun adamı" adı verildi, 500 min il yaşı olduğu deyildi və müxtəlif muzeylərdə insan təkamülünə konkret dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu qalıq haqqında elmi məqalələr yazıldı, müxtəlif fikirlər söyləndi və şəkillər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox alim Piltdaun adamı üzərində doktorluq müdafiə etdi.233 Məşhur amerikalı paleoantropoloq H.F.Osborn da 1935-ci ildə “British museum”i ziyarət edəndə demişdi: "Təbiət sürprizlərlə doludur; bu, insanlıq tarixindən əvvəlki dövrlər haqqında əhəmiyyətli faktdır".234
Rekonstruksiya rəsmləri sadəcə təkamülçülərin xəyal gücünü əks etdirir; elmi tapıntılar deyil... |
Rekonstruksiyalar sadəcə təkamülçülərin təxəyyülünü əks etdirir, elmi kəşfləri deyil...
1949-cu ildə isə “British museum”in paleontologiya fakültəsindən Kennet Oakley yaş təyin etmək üçün əsas metodlardan "flor testi" metodunu bəzi qədim qalıqlar üzərində sınamaq istədi. Bu metod Piltdaun adamı qalığı üzərində də sınaqdan keçirilir. Nəticə çox təəccüblü olur. Aparılan testdə Piltdaun adamının çənə sümüyündə flor olmadığı aydın oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flor ehtiva edən kəllənin isə yalnız bir neçə min il yaşı olmalıydı.
Flor metoduna əsaslanan sonrakı xronoloji araşdırmalar kəllənin sadəcə bir neçə min illik olduğunu ortaya qoydu. Çənə sümüyündəki dişlərin isə süni olaraq aşındığı, qalıqların yanına əlavə edilən primitiv əl alətlərinin isə polad alətlərlə yonulmuş adi suvenir tipli əşyalar olduğu aydın oldu. Vaynerin etdiyi analizlərlə bu saxtakarlıq 1953-cü ildə qəti olaraq ortaya qoyuldu. Kəllə 500 yaşında bir insana, çənə sümüyü isə yenicə ölmüş oranqutana aid idi! Dişlərin insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və oynaq yerləri də hamarlanmışdı. Daha sonra da bütün hissələr qədimi görüntü yaratmaq üçün kalium-dixromat ilə ləkələndirilmişdi. Sümüklər turşuya batırıldığında bu ləkələr itirdi. Saxtakarlığı ortaya qoyan qrupdan Le Qros Klark "dişlər üzərində süni şəkildə qədimilik təəssüratı vermək cəhdləri o qədər bilinir ki, necə olub ki, bu izlər diqqətdən qaçıb?" deyərək təəccübünü gizlədə bilmirdi.235Bütün bunlardan sonra "Piltdaun adamı" 40 ildən çox nümayiş etdirildiyi “British Museum”dən tələm-tələsik çıxarıldı.
Piltdaun adamı qalığı 40 il boyunca insanın təkamülü iddiasının ən böyük dəlili olaraq qəbul edildi. Təkamülçü poleontoloqlar kəllə sümüyündə təkamülə bir sıra sübut tapdıqlarını iddia edirdilər. Qalığın saxtakarlıq olduğu isə sonradan ortaya çıxdı.
Nebraska adamı qalmaqalı
Piltdaun adamı fosili 40 il boyu insanın təkamülü iddiasının ən böyük sübutu olaraq qəbul edildi. Təkamülçü fosil tətqiqatçıları kəllə sümüyündə çoxlu sayda “təkamülə sübut“ tapdıqları iddiasında idilər. Fosilin saxta olduğu isə sonralar meydana çıxdı. |
1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin direktoru Henri Feirfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçməmiş mövzu ilə əlaqədar çox dərin elmi qalmaqallar başladı. Bəziləri bu dişi Pitekantrop erectus adlandırdılar, bəziləri isə bunun insana daha yaxın olduğunu dedilər. Böyük mübahisələrə səbəb olan bu daşlaşmış qalığa "Nebraska adamı" adı verildi. Elmi don geyindirmək üçün dərhal "elmi" ad da qoyuldu: Hesperopithecus haroldcooki.
Bir çox təkamülçü Ozbornu dəstəklədi. Bircə dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəninin rəsmləri çəkildi. Hətta bir az da irəli gedərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də dərc olundu.
Nebraska adamı və onu adlandıran Henri Fairfeld Osborn. |
Bütün bu ssenarilər bircə dənə dişə görə uyduruldu. Təkamülçü dairələr bu "xəyali adamı" o dərəcə mənimsədilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər qəti qərarların verilməsinə qarşı çıxdıqda hər cür tənqidə məruz qaldı.
Lakin 1927-ci ildə skeletin digər hissələri tapıldı. Məlum oldu ki, bu diş nə meymuna, nə də insana aiddir. Diş "prosthennops" adlı vəhşi Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid imiş.
“Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər verdiyi məqaləsinin başlığı belə idi: "Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də insan”236 Nəticədə Hesperopithecus haroldcookinin və "ailəsi"nin bütün şəkilləri dərhal elmi ədəbiyyatdan çıxarıldı.
Nəticə
Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar və ön mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha çox ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar ki, əllərinə keçən hər yeni kəşfi, təkamüllə heç bir əlaqəsi olmadığı halda nəzəriyyəyə böyük dəlil hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən böyük yalandır; çünki elm dünyasının əsassız bir doqma uğrunda səhv istiqamətləndirildiyini göstərir.
Skandinaviyalı elm adamı Soren Lovtrup isə “Darvinizm: bir əfsanənin təkzibi” (Darwinism: The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir:
"Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının böyük bir uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir: uzun zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə edir: "adaptasiya", "seleksiya təzyiqi" və ya "təbii seçmə" kimi anlayışlarla. Sonra da bu mübahisələrlə təbiət hadisələrini izah etdiklərini zənn edirlər. Amma əslində heç bir izah vermirlər... İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən böyük yalan kimi tanınacaq".237
Darvinizmin "elm tarixindəki ən böyük yalan" olduğunun ən əsas sübutlarından bəziləri isə molekulyar biologiyadan gəlir.
Ota benqa: qəfəsə qoyulan afrikalı yerli
Darvin “İnsanın mənşəyi” adlı kitabı ilə insanın meymunabənzər canlılardan təkamüllə əmələ gəldiyini iddia etdikdən sonra bu ssenarini dəstəkləyən fosil axtarışına başlandı. Ancaq bəzi təkamülçülər "yarı meymun, yarı insan" canlıların yalnız fosillərdə deyil, dünyanın müxtəlif yerlərində canlı tapılacağına da inanırdılar. 20-ci əsrin əvvəllərində bu "canlı ara keçid forması" axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən biri Ota benqa adlı piqmeyin hekayəsi idi.
Ota benqa 1904-cü ildə Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən Konqoda tutulmuşdu. Adı öz dilində "dost" mənasını verən bu yerli evli və iki uşaq atası idi. Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a aparıldı. Buradakı təkamülçü alimlər Müqəddəs Luis Dünya Sərgisində onu müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq "insana ən yaxın ara keçid forma" kimi nümayiş etdirdilər. İki il sonra isə Nyu Yorkdakı Bronks zooparkına apardılar və bir neçə şimpanze, Dina adlı qorilla və Dohunq adlı oranqutan ilə birlikdə "insanın qədim əcdadları" adı altında nümayiş etdirdilər. Zooparkın təkamülçü müdiri dr. Uilyam T.Hornadey bu nadir "ara keçid forması"nın zooparkda olmasının ona verdiyi şərəf haqqında uzun-uzun danışmış, ziyarətçilər də qəfəsə qoyulan Ota benqaya heyvan kimi münasibət göstərmişdilər. Ota benqa məruz qaldığı münasibətə dözə bilməyərək intihar etmişdi. (Philips Verner Bradford, Harvey Blume, Ota Benga: The Pygmy en The Zoo, New York: Delta Books, 1992)
Piltdaun adamı, Nebraska adamı yaxud Ota benqa... Bütün bu qalmaqallar təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün hər cür elmdənkənar üsula əl atmaqdan çəkinmədiklərini göstərir. Şüurlu şəkildə "insanın təkamülü" əfsanəsinin digər “dəlillərinə” baxdıqda yenə də buna bənzər vəziyyətlə qarşılaşarıq: ortada tamamilə cəfəng olan hekayə və bu hekayəni dəstəkləmək üçün hər yola müraciət edən könüllülər ordusu var.